İranla əlaqəsi olan ən azı üç gəmi Hörmüz boğazından Fars körfəzinə daxil olarkən ABŞ-nin tətbiq etdiyi blokadanı yarmaq məqsədilə əvvəllər istifadə olunmayan marşrutu seçib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Gəmilər ABŞ hərbi donanmasının nəzarətində olan əsas su yolu ilə hərəkət etmək əvəzinə, İranın Larak və Qeşm adalarının arasındakı yoldan istifadə ediblər. Seçilmiş bu yeni istiqamət tankerlərə İran limanlarına giriş-çıxış zamanı ABŞ qüvvələrinin müdaxiləsindən kənarda qalmağa şərait yaradır.
Qida məhsulları daşıyan "Rosalina" yük gəmisi digərlərindən bir neçə saat tez öncə qeyd olunan adaları keçib. Onun ardınca isə ABŞ-nin sanksiya siyahısında yer alan boş "G Summer" qaz daşıyıcısı ilə "Hong Lu" supertankeri həmin istiqamətdə hərəkət ediblər. Bir müddət sonra "Nobler" adlı daha kiçik tanker boğaz ərazisini tərk edərək Oman körfəzi istiqamətində üzüb.