19:30
14°C
Bakı
Slovakiyada dəmir yolu keçidində sərnişin qatarının yarımqoşqulu yük avtomobili ilə toqquşması nəticəsində vaqonlar relsdən çıxıb. Qəza nəticəsində bir nəfər həyatını itirib, 20-dən artıq şəxs isə xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə "Aktuality" məlumat yayıb.



İnsident Bratislava yaxınlığında yerləşən Dunayska Ştreda (Dunajska Streda) şəhərinin tənzimlənməyən dəmir yolu keçidində qeydə alınıb. Bölgələrarası sərnişin qatarı keçiddə hərəkətdə olan yük avtomobili ilə toqquşub və şiddətli zərbənin təsirindən relsdən çıxıb.
Ağır toqquşma yük maşınını idarə edən sürücünün ölümü ilə nəticələnib. Qatarda olan 21 sərnişin isə müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb.