Banqladeş yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb
Dünya
205
21:05, Bu gün

Banqladeş yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb

Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan gəmidə rohinca qaçqınları və Banqladeş vətəndaşları olub.

Gəmi Teknaf bölgəsindən Malayziyaya yola düşüb və ehtimala görə, həddindən artıq yüklənmə, güclü külək və fırtına səbəbindən batıb.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər