Mirzoyan Brüsseldə Kallasla görüşüb
Dünya
402
17:38, Bu gün

Mirzoyan Brüsseldə Kallasla görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Ermənistan–Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl icrası məsələləri müzakirə olunub.

May ayında İrəvanda keçiriləcək Ermənistan–Aİ sammitinə hazırlıq məsələləri ətraflı nəzərdən keçirilib. Ermənistan vətəndaşları üçün real nəticələr verəcək proqramların həyata keçirilməsi ilə bağlı razılıq vurğulanıb.

Tərəflər iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, eləcə də enerji sahəsində əməkdaşlıq üzrə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin vacibliyini də vurğulayıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər