İranın uranı zənginləşdirməsini dayandırması ilə bağlı yeni təklif
Dünya
432
13:25, Bu gün

İranın uranı zənginləşdirməsini dayandırması ilə bağlı yeni təklif

İslamabadda ABŞ ilə danışıqlarda İran uranın zənginləşdirilməsini beş ilə qədər təxirə salmağı təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
 
Qeyd edək ki, buna bənzər digər təklif fevral ayında Cenevrədə baş tutan dialoq zamanı da səsləndirilmişdi.
 
İran əvvəllər zənginləşdirmə prosesini 10 ildən az müddətə dayandırmağı təklif etmişdi.
 
İslamabadda keçirilən son görüşlərdə ABŞ isə Tehrana uranın zənginləşdirilməsində 20 illik məhdudiyyət tətbiqini istəyib.
 
Vaxtla bağlı ciddi fikir ayrılıqları olsa da, tərəflərin razılığa gəlmək ehtimalı qalır.
 
Ağ Ev bu məsələdə yekun qərar olmadığını, yalnız danışıqların davamının razılaşdırılmasının müzakirə edildiyini bildirib.
 
Aprelin 11-dəki görüşdə də razılıq əldə olunmayıb və dialoqun gələcəyi hələ qeyri-müəyyəndir. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər