İspaniya miqrantlarla bağlı leqallaşdırma prosesinə başlayır
Dünya
285
19:20, Bu gün

İspaniya miqrantlarla bağlı leqallaşdırma prosesinə başlayır

İspaniya Nazirlər Şurası ölkədə olan minlərlə miqrantın yaşamasının qanuniləşdirilməsinə yönəlmiş fərmanı təsdiqləyib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu İspaniya hökumətinin rəsmi nümayəndəsi Elma Sais mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu fərmanın qüvvəyə minməsi İspaniyada yaşayan minlərlə əcnəbi üçün növbədənkənar leqallaşdırma prosesinin başlanğıcı olacaq.

"Sənədləri təqdim etmək üçün son müddət 2026-cı il yanvarın 1-ə qədər idi. Müraciət zamanı ən azı beş ay fasiləsiz İspaniyada yaşamaq, məhkumluğun olmamağı və ictimai qaydaya və ya təhlükəsizliyə təhdid yaratmamaq tələb edilirdi", - deyə Sais bildirib.

Məlumata görə, təşəbbüs təxminən 500 min nəfərə təsir edə bilər.

2022-ci ildə "Esensiales" hərəkatı İspaniyada yarım milyona yaxın miqrantla bağlı leqallaşdırma prosedurunun dəstəklənməsi üçün təxminən 700 min imza topladığını bildirmişdi. Təşkilat İspaniyada yaşayan və işləyən təxminən yarım milyon əcnəbinin əmək hüquqlarına, layiqli mənzilə, tibbi sığortaya və digər əsas ehtiyaclara çıxış əldə etmək üçün lazımi sənədləri almasının vacibliyinə diqqət çəkmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər