Tanınmış iş adamı nəvələri ilə birgə təyyarə qəzasında öldü - FOTO
Dünya
1517
16 Aug 2024 | 13:45

Tanınmış iş adamı nəvələri ilə birgə təyyarə qəzasında öldü - FOTO

Braziliyanın mərkəzi Matu-Qrosu ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bu barədə yerli "G1" portalı ştatın hərbi polisinə istinadən məlumat yayıb.
 
Qeyd olunub ki, "King Air" təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb. Təyyarə qəzasının qurbanları 70 yaşlı iş adamı Arni Spirinq, onun iki nəvəsi, Spirinqin həmkarı və pilot olub.
 
Ştat polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər