Rusiyanın Tambov vilayətində yanğın nəticəsində 3 nəfər ölüb
Dünya
1610
24 Jul 2024 | 08:21

Rusiyanın Tambov vilayətində yanğın nəticəsində 3 nəfər ölüb

Rusiyanın Tambov vilayətinin Lukino kəndində fərdi yaşayış binasında baş vermiş yanğın 3 nəfərin həyatına son qoyub.
 
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
 
“Yanğın nəticəsində ev 50 kvadratmetr sahədə tamamilə yanıb. Yanğının söndürülməsi zamanı üç nəfərin meyiti tapılıb”, – məlumatda diqqətə çatdırılıb.
 
Hazırda ölənlərin kimliyi, həmçinin yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər