10:00
20°C
Bakı
Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının nümayəndələri Qırmızı dənizdə gəmilərin mühafizəsi üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum edəcək.
Bunu “Ənsar Allah” siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.
Hərəkatın sözçüsü İranın ərəbdilli “Al Alam” telekanalına müsahibəsində deyib: “Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq”.