Malyar:
1470
24 Jun 2023 | 21:33

Malyar: "Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib"

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib.

Bu barədə "RBC-Ukraina" Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadən xəbər verir.

"Bütün istiqamətlərində ağır döyüşlər davam edir. Müdafiəyə çəkilən düşmən bizim hücum hərəkətlərimizi dayandırmaq üçün çoxlu səylər göstərir", - Malyar bildirib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya tərəfi xeyli canlı qüvvə, silah və texnika itkisi verir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər