Dünya
1578
22 Jun 2023 | 13:35

"Vaqner"in başçısı: "Rəhbərliyə müharibənin gedişi barədə yalan məlumatlar verilir"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov müharibənin gedişi ilə bağlı ölkə rəhbərliyinə yalan məlumatlar verir.

Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojın “Novıy den” adlı qəzetə cəbhədəki vəziyyətlə bağlı müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində cəbhə xəttinin 25 km-liyində yerləşir.

Y.Priqojin deyib ki, müdafiə naziri və Baş Qərargah rəisi rəhbərliyə “dəhşətli dərəcədə yalan” məlumatlar verir.(report.az)

Link kopyalandı!
Son xəbərlər