Lavrov Cənubi Afrikaya səfər edib
Dünya
3757
31 May 2023 | 23:32

Lavrov Cənubi Afrikaya səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 1-2-də BRIKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Cənubi Afrikaya səfər edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə gündəmdəki məsələlər, aparıcı çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək.

Həmçinin assosiasiyanın strateji tərəfdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Lavrovun bir sıra ikitərəfli görüşləri də keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər