Heroin və “met”: Taliblərin hakimiyyətə gəlişi ilə ölkədə narkotik ticarəti çiçəklənib... - REPORTAJ
Dünya
Oxunub: 13529
19 Dec 2021 | 01:00
Heroin və “met”: Taliblərin hakimiyyətə gəlişi ilə ölkədə narkotik ticarəti çiçəklənib... - REPORTAJ

Əfqan bazarlarının birində açıq şəkildə tiryək satılır

 

Əfqanıstanın cənubundakı kəndlərn birində kiçik bir otaqda içərisində parlaq ağ kristallar olan şəffaf plastik torbalar dağı göndərilməyə hazırdır. Bu, "eksport üçün keyfiyyətli" qısaldılmış şəkildə “met” adlandırılan metamfetamindir.

 

Moderator.az BBC-nin rus xidmətinin Əfqanıstandan hazırladığı reportajı oxucularına təqdim edir.

 

Otaqda bazar dəyəri 2,6 milyon dollar olan 100 kiloqram narkotik maddə var. Tezliklə o, bütün dünyaya, uzaq Avstraliyaya qədər daşınacaq. Həyətdə yeni partiyaların hazırlandığı iki çəlləkdən tüstü qalxır.

 

Narkotiklər yerli iqtisadiyyatın mühüm hissəsidir. Taliblər tərəfindən hakimiyyət ələ keçirildikdən sonra narkotik ticarəti daha da çiçəklənir. Əvvəllər Əfqanıstan ilk növbədə heroinlə əlaqələndirilirdi, lakin indi təhlükəli asılılıq potensialına malik psixostimulyator olan kristal metamfetaminin istehsalı üçün əsas mərkəzə çevrilib. Rusiyada və bir sıra digər ölkələrdə o, qadağan olunmuş dərman kimi təsnif edilir, ABŞ-da tibbdə "deoksin" ticarət markası adı ilə istifadə olunur.

 

BBC-nin bu bizneslə əlaqəli həmsöhbəti anonimlik şərti ilə bildirib ki, təkcə ölkənin cənub-qərbindəki bir ucqar ərazidə hər gün təxminən üç ton metamfetamin istehsal edən 500-dən çox müvəqqəti laboratoriya var. Bum puştu dilində “oman adlanan adi yabanı efedra otunun tərkibində met”in əsas tərkib hissələrindən birinin, efedrinin olduğu aşkar edildikdən sonra başladı. Səhranın ortasındakı efedra mərkəzi kimi tanınan bazar onu əvvəlkindən daha çox miqdarda satır.

 

Əvvəllər taliblər efedra istehsalçılarını və tədarükçülərini vergiyə cəlb edirdi, bu yaxınlarda onun becərilməsini tamamilə qadağan edən bir fərman verdi, lakin sənəd geniş ictimaiyyətə açıqlanmadı. Qeyri-leqal fabriklər istehsalı azaltmadı. Həmsöhbətimiz təbəssümlə dedi ki, görülən tədbirin yeganə nəticəsi metamfetaminin topdansatış qiymətinin iki dəfə bahalaşması olub və artıq yığılmış efedra ehtiyatı uzun müddət bəs edəcək.

 

Əfqanıstanın narkotik ticarəti üzrə aparıcı ekspert Devid Mensfild işləyən laboratoriyaları göstərən kosmosdan çəkilən şəkillər əsasında "met" istehsalının miqyasını təxmin edir. Onun sözlərinə görə, fərman 2021-ci il efedra məhsulu artıq yığılan zaman verilib və onun təsiri gələn iyul ayına qədər, yəni yenisi yetişənədək hiss olunmayacaq.

Taliblər hələ ki, qeyri-leqal fabriklərlə mübarizə aparmırlar

 

Devid Mensfildin sözlərinə görə, Əfqanıstanda metamfetamin istehsalı adi heroin istehsalını ötüb keçib. Bu o demək deyil ki, ənənəvi narkotik biznesi geriləyir. Heroinin xammalı xaşxaşdan əldə edilən tiryəkdir. Onun dünya üzrə istehsalının təqribən 80%-i Əfqanıstanın payına düşür və o da əkilir.

 

Son həftələr bütün ölkədə kəndlilər yorulmadan çalışırlar: tarlaları hazırlayır və tiryək əkirlər. "Biz bunun zərərli olduğunu bilirik, lakin digər məhsullar sərfəli deyil. Vəziyyət tez-tez baş verən quraqlıqlarla daha da ağırlaşır. Quyular qazılmalıdır və əgər siz suvarılan yerə bamya (tərəvəz bitkisi, bamya və abelmos kimi də tanınır) və ya pomidor əksəniz, çəkdiyiniz xərcin yarısını ödəməyəcək”, - deyə Qəndəhar yaxınlığında yaşayan Məhəmməd Qani öz əkin sahəsini səylə dırmıqlayaraq bildirir.

 

“Taliban”ın xaşxaş becərilməsinə qadağa qoya biləcəyi ilə bağlı şayiələr qiymətləri artırır və bu da öz növbəsində fermerləri onu daha çox əkməyə həvəsləndirir. Hələ ki, ticarət çiçəklənir. Əvvəllər tiryək alverçiləri korrupsioner məmurlara rüşvət verib gizli fəaliyyət göstərirdilərsə, indi bazar piştaxtalarında onun qatı qara rəngli əzməsini açıq şəkildə satırlar. ““Taliban” ölkəni azad edəndən sonra biz də tam azad olduq”, - deyə onlardan biri gülərək bildirir.

 

Taliblər mövzuya həssas yanaşırlar. Onlar Gilmənd əyalətində böyük və məşhur tiryək bazarını çəkməyi bizə qadağan etdilər, dedilər ki, bura “məhdud ərazidir”. Əyalət mədəniyyət komissiyasının rəhbəri Hafiz Rəşiddən qadağanın bəzi “Taliban” rəhbərlərinin narkotik ticarətindən qazanc əldə etməsi ilə bağlı gəzən şayiələrdən qaynaqlandığını soruşduqda o, əsəbləşərək söhbəti davam etdirməkdən imtina etdi və səs yazısını silməsək, kameramızı sındıracağı ilə hədələdi.

 

Rayonların birində guya bizə tiryək bazarı icarəyə götürməyə icazə vermişdilər, amma həmin yerə çatanda bunun mümkün olmadığını bildirdilər. “Taliban”ın Kabildəki sözçüsü Bilal Kərimi bizə bildirdi ki, təşkilat fermerlər üçün alternativlər axtarır. "Biz əvəzində heç bir şey təklif etmədən insanları bundan məhrum edə bilmərik", - deyə o əlavə etdi.

 

Taliban 1994-2001-ci illərdə hakimiyyətdə olduğu ilk dönəmdə xaşxaş becərilməsini qadağan etmişdi, lakin sonrakı müqavimət illərində xaşxaş vergisi onlar üçün vacib maliyyə mənbəyi idi, baxmayaraq ki, bunu inkar edirlər. Taliblərin hakimiyyətə ikinci gəlişindən sonra beynəlxalq yardımların dayandırılması Əfqanıstan iqtisadiyyatını çökdürdü. Bu şəraitdə xaşxaş bir çox kəndli üçün yeganə ümid oldu.

 

Bəzi ticarətçilər hesab edirlər ki, yeni hakimiyyət istəsə, köhnə qadağanı asanlıqla bərpa edə bilər. Digərləri isə hər şeyin o qədər də asan olmadığına əmindirlər. “Onlar əldə etdikləri hər şeyə görə tiryəkə borcludurlar. Biz onun aradan götürülüb qadağan olunmasına imkan verməyəcəyik. Yeganə variant xarici köməyin bərpa olunmasıdır, yoxsa biz ailəlicə aclıqdan öləcəyik”, - deyə bir kəndli əsəbi halda bildirdi.

 

Devid Mensfild qeyd edir ki, böhranla əlaqədar ərzaq və əmtəə qiymətlərinin artması kəndliləri və laboratoriya sahiblərini ən azı əvvəlki rifah səviyyəsini saxlamaq üçün istehsalı artırmağa məcbur edəcək.

 

Ölkənin bir çox yerlərində narkotik biznesi uzun müddətdir ki, yerli iqtisadiyyatla sıx əlaqədədir. Gilmənd əyalətindəki bir qrup kəndə ancaq tozlu torpaq yolla getmək olar. Hətta Əfqanıstan standartlarına görə bura uzaq bir yerdir. Və eyni zamanda burs bütün dünyanın heroin ticarətinin mərkəzidir. Burada tiryək satılan çoxsaylı bazarlarla yanaşı, hər birində onu heroinə çevirən 60-70 nəfərin çalışdığı bir neçə fabrik var. Daha sonra narkotik qaçaqmalçılıq yolu ilə Pakistan və İrana gətirilir və oradan da bütün dünyaya, o cümlədən Avropaya daşınır.

 

Yerli sakinlərin sözlərinə görə, bir kiloqram heroin 210 min Pakistan rupisinə (1190 dollar) ixrac edilir. Keçmiş britaniyalı narkotik satıcısı BBC-yə bildirib ki, Birləşmiş Krallıqda onun hətta qatqı əlavə olunmuş kiloqramı pərakəndə şəkildə 66 min dollara satılır. Qazancın böyük hissəsi narkotikanı son istifadəçilərə çatdıranların payına düşür. Taliban istehsalçılardan xərac almaqla kifayətlənir.

 

Devid Mensfildin sözlərinə görə, taliblərin narkotik biznesindən əldə etdiyi gəlirlər çox vaxt şişirdilir və bu, onların əsas maliyyə mənbəyi deyil. Ekspert 2020-ci il üçün bunun təxminən 35 milyon dollar olduğunu bildirir. Amma bu pul da təşkilat üçün artıqlıq etmir. "Taliblərə ilk dəfə hakimiyyətə gəldikdən sonra narkotik sənayesini dayandırmaq üçün altı il lazım gəldi, özü də həmin vaxt söhbət yalnız tiryəkdən gedirdi", - deyə Mensfild bildirir. Ekspert qeyd edir ki, əvvəlki təcrübəni təkrarlamaq cəmiyyətin hər zaman taliblər üçün əsas dəstək bazası olmuş hissəsinə zərbə vurmaq deməkdir.

 

Bilal Kəriminin BBC-yə dediyi kimi, həm Əfqanıstan, həm də beynəlxalq ictimaiyyət narkotik istehsalını dayandırmalıdır, ona görə də bu işdə “dünya da kömək etməlidir”. Əfqan narkobiznesi təkcə ixracla məhdudlaşmır. O, narkomaniyanın yüksək səviyyədə olduğu ölkənin əhalisinə dağıdıcı təsir göstərir.

Minlərlə narkoasılılıqdan əziyyət çəkən əfqan müalicə gözləyir

 

Kabil ətrafında hərəkətli yolun kənarında bir neçə yüz kişi kiçik qruplar halında oturub. İndi narkotiklər Əfqanıstanda istehsal olunduğu üçün ucuzlaşıb. Onlar əvvəllər İrandan gətirilirdi. "Met"in qramı 1500 əfqani (15 dollar) idi, indi isə 30-40 əfqaniyədir", - deyə onlardan biri izah edir. Şərait acınacaqlıdır, bəzi narkomanlar kanalizasiya arxlarında gecələyirlər. Hətta it belə yaşamaz, - deyə söhbətə qoşulan başqa bir kişi deyir.

 

Taliblər vaxtaşırı kifayət qədər kobud şəkildə bu insanları reabilitasiya mərkəzlərinə aparır, lakin əksəriyyəti lazım olan şeylərin çatışmazlığı üzündən əziyyət çəkdiyinə görə köhnə yerlərinə qayıdır.

 

Hələlik görünən odur ki, Əfqanıstan və xarici ölkələrin şəhərlərinin küçələrinə narkotik axını ancaq artmaqda davam edir...

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
26 Apr 2024 | 09:37
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
26 Apr 2024 | 09:37
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO