Rusiyada müəmmalı səfərbərlik - Ehtiyat qüvvə niyə yığılır, BARS-2021 layihəsini kim yaradıb?
Oxunub: 2216
19 Sep 2021 | 15:17
Rusiyada müəmmalı səfərbərlik - Ehtiyat qüvvə niyə yığılır, BARS-2021 layihəsini kim yaradıb?
Bu günlərdə Rusiyanın Müdafiə Nazirliyi orduda canlı qüvvə rezervinin artırılacağını açıqlayıb. Amma maraqlıdır ki, bunun təbliğatıyla məşğul olan, ölkə vətəndaşlarını sözügedən prosesə qoşulmağa səsləyən sayt nazirliyin öz serverində yerləşmir.
 
Bu haqda BBC rus xidmətinin məqaləsində deyilir.
 
Ehtiyatda olanlar nazirliklə müqavilə bağlayacaq, buna görə müəyyən məbləğdə pul alacaq və vaxtaşırı hərbi təlimlərdə iştirak edəcəklər. Bu praktika eksperiment olaraq 2016-cı ildən etibarən tətbiq edilməyə başlanıb. Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, sentyabrın əvvəllərində Kalininqrad vilayətindəki təlimlərə ehtiyatda olanların da cəlb edilib. Nazirlik orduya cəmi neçə rezervistin lazım olduğunu açıqlamayıb. Müdafiə Nazirliyində yeni strukturu kimin və hansı qərara əsasən yaratdığı məlum deyil.
 
 
BARS-2021 (Boyevoy Armeyskiy Rezerv Stranı - ölkənin döyüş ordusu rezervi) layihəsi çərçivəsində rezervistlərin təlimlərə çağırılması xəbəri yerli icra orqanlarının saytlarında son həftələrdə peyda olub. Amma həm üslub, həm də məzmun baxımından xəbərlər bir-birindən çox fərqlənir.
 
Məsələn, Moskvanın Şimal Dairəsi prefekturası öz saytında "mobil hazırlığı daha yüksək səviyyədə olan" (rezervistlər nəzərdə tutulur) şəxslərlə bağlı geniş material yayımlayıb, Velikiy Novqorodda isə rezervist olmaq üçün hərbi komissarlığa gələn gənclər haqqında kiçik videoçarx hazırlanıb.
 
Bəziləri "Müdafiə Nazirliyinin yeni BARS-2021 layihəsinə həsr olunmuş" sayta istinad edirlər, ancaq bu, nazirliyin rəsmi saytı deyil; pulsuz bir domen zonasında yerləşir; "Tilda" saytlarının hazırlanmasında istifadə edilən, hər kəsə açıq olan alətin köməyilə hazırlanıb.
 
 
Saytın hüquqi informasiya bölümündə əsasən 2015-ci ilə və daha əvvələ aid sənədlər barədə, məsələn, Vladimir Putinin 2015-ci ildə imzaladığı "Rusiya Federasiyası Hərbi Qüvvələrinin mobil insan rezervinin artırılması haqqında" 370 saylı fərmanı haqqında məlumat var. Hərbi ekspertlər bu fərmanın faydalılığını ölkə miqyasında qiymətləndirmək mümkün olmayacaq qədər kiçikmiqyaslı eksperiment adlandırırlar.
 
Mətbuatda BARS-ın - mobil insan rezervini əvəz edəcək və ya ona əlavə olunacaq qurumun yaradılmasıyla bağlı hər hansı başqa sənəd dərc olunmayıb. Müdafiə Nazirliyinin saytında yeni layihə barədə heç bir məlumat yoxdur. Amma "bars2021.tilda.ws" saytında qeyd olunur ki, mobil rezervə səfərbərliyi hansısa "nəzakətli insanlar komandası" və nazirlik həyata keçirir.
 
 
Sayt bütövlükdə yeni ordu rezervinin yaradılmasına həsr olunub. Orda müqavilə şərtləri, pul ödənişləri və rezervistlərdən tələb olunanlar barədə ətraflı məlumat verilir. "Əlaqə" bölümündə Rusiya hərbi komissarlıqlarının nömrələri qeyd olunub. Saytda ölkənin rəsmi orqanlarıyla əlaqəsi olmayan strukturlarla bağlı hər hansı informasiya aşkar edilməyib.
 
BBC Rusiya xidməti bu layihəylə kimin məşğul olması, onun Müdafiə Nazirliyi ilə əlaqəsi barədə nazirliyə sorğu göndərib və cavab gözləyir.
 
"bars2021.tilda.ws" saytında qeyd olunur ki, "mobil insan rezervi - ehtiyatda olan, mobil hazırlığı yüksək səviyyədə saxlanan vətəndaşlardır". Başqa sözlə, mobil rezervə daxil edilmiş şəxslər mülki həyatlarına davam edəcək və müntəzəm şəkildə səfərbərliklərə cəlb olunacaqlar.
 
 
Yeni qayda hərbi xidmətdə olmuş, ali məktəblərin hərbi kafedralarında təhsil almış və ya zabit kimi xidmət etdikdən sonra ehtiyata buraxılmış hər kəsin rezervist hesab edildiyi sovet sistemindən fərqlənir. Bu sistemdə hərbi qeydiyyatdan çıxarılma çağırışçının rütbəsindən və kateqoriyasından asılı olaraq 35-70 yaş aralığında baş verir.
 
Müharibə başlayacağı təqdirdə rezervistləri sülh dövrünün şərtlərinə uyğun formalaşdırılmış bölmələrə - əsasən zabitlərdən ibarət minimum personallı birləşmələrə daxil edirlər.
 
O vaxt SSRİ-də və Rusiyada orduda xidmət etmiş və müharibədə iştiraka hazır olan rezervistlərin sayının kifayət qədər çox olması nisbətən tez bir zamanda çoxsaylı ordu toplamağa imkan verirdi və sistemin üstünlüyü məhz bundaydı.
 
 
Hərbi ixtisaslaşmanın aşağı səviyyədə olması isə sovet sisteminin çatışmazlığıdır. Hərbi xidməti və ya ali təhsil illərindən sonrakı çağırışı başa vuranlar bir neçə il sonra orduda öyrəndiklərini unudur və heç xidmət etməyənlərdən fərqlənmirlər.
 
Mobil insan rezervinin yaradılması ideyası əvvəlki biliklərin unudulmamasına və müntəzəm şəkildə təlimlərdə iştirak edərək yeni biliklərə yiyələnməyə xidmət edir. Buna görə rezervistlər üçün müxtəlif güzəştlər və maliyyə dəstəyi nəzərdə tutulub. Müqavilə imzalanan kimi onlara birdəfəlik ödəniş ediləcək, rezervdə olduqları 20 il ərzində maaşları 10%-dən 50%-ə kimi artacaq.
 
Sayt xidmət yerindən asılı olaraq zabitlərə 4-9 min, sıravilərə və çavuşlara isə 2-6 min rubl aralığında maaş artımı vəd edir.
 
Bəs bu qədər rezervist Rusiyanın nəyinə lazımdır?
 
 
Müdafiə Nazirliyinin toplam neçə rezervist cəlb etməyi planlaşdırdığı məlum deyil. Avqustun əvvəlində Cənub Hərbi Dairəsinin (CHB) Təşkilat və səfərbərlik şöbəsinin rəisi Konstantin Zapatotski demişdi ki, sentyabr ayına qədər hərbi dairənin ərazisində 38 min nəfərlik döyüş ordusu rezervi yaratmaq planlaşdırılır. Daha əvvəlsə orda canlı qüvvə rezervi 400 nəfərə yaxın olub. Bu, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi tərəfindən səsləndirilən yeganə rəqəmdir. Halbuki "bars2021.tilda.ws" saytı Rusiya Federasiyasının 30 subyektində müqaviləli rezervistlərin orduya cəlb olunduğunu yazır.
 
Rusiyalı hərbi ekspert Aleksandr Qolts "Republic" saytındakı məqaləsində yazır ki, rezervist sayındakı kəskin artımın iki səbəbi ola bilər - böyük müharibəyə hazırlıq və ya müqaviləli orduya keçid: "Ən pis variant o ola bilər ki, ruslar üçün sonrakı bütün nəticələriylə birlikdə mobil rezervi il yarım-iki il sonra genişmiqyaslı hərbi əməliyyatlara başlamaq üçün yaradırlar".
 
 
"Əlbəttə, ən optimist ehtimal budur ki, Rusiya hakimiyyəti 2-3 il sonra (tam da prezident seçkiləri ərəfəsində) xalqa hədiyyə etməyə - orduya məcburi çağırışın ləğvinə hazırlaşır. Belədirsə, ən azı bəzi vətəndaşlarımız üçün ordu yükünün xeyli azaldılacağını vəd edən daha bir təşəbbüsün yaranacağını gözləmək olar " - Qolts belə yazır.
 
Digər rusiyalı hərbi ekspert Viktor Muraxovski isə hesab edir ki, rezervistlərin sayını artırmaq planı nazirliyin bu layihəni maliyyələşdirmək üçün vəsait tapmasından xəbər verir. Onun sözlərinə görə, 2015-ci ildən başlamış canlı qüvvə ehtiyatı yaratmaq eksperimenti artıq müəyyən təcrübə qazandırıb.
 
 
Muraxovski deyir ki, Rusiya hərbçiləri müqaviləli rezerv qüvvələrin yaradılmasında Amerika sistemindəki prinsipdən istifadə ediblər: "ABŞ-da da ordu rezervi müqavilə əsasında formalaşdırılır və ənənəvi orduyla birlikdə irimiqyaslı münaqişələrdə iştirak edərək yeni yaradılan birləşmələrin nüvəsini təşkil edir".
 
Ekspertin sözlərinə görə, müqaviləli rezerv planı Rusiya üzrə ümumi səfərbərliyin ləğv ediləcəyi demək deyil, ehtiyatda olanlar hərbi qüvvələrin əsas tərkib hissəsini, yeni hərbi birləşmələrin nüvəsini təşkil edəcəklər. Muraxovski hesab edir ki, Rusiyanın müqaviləli ordu sisteminə keçməsi hərbi münaqişələr zamanı qüvvələrin yerləşdirilməsində problemlər yarada bilər. O, rezervistlərin Rusiya üçün optimal sayının 150 min olduğunu düşünür.
 
Qeyd edək ki, Rusiya nizami ordu birləşmələrinə paralel olaraq artıq bir neçə ildir ki, "Vagner" kimi tanınan özəl muzdlu ordudan da müxtəlif münaqişə zonalarında istifadə edir, geosiyasi baxımdan mövqelərini möhkəmləndirmək istədiyi regionlara bu özəl hərbi şirkətin muzdlularını göndərir. Rəsmi olaraq Rusiyada belə muzdlular ordusu mövcud deyil, çünki qanunla bu cür özəl hərbi şirkətlərin fəaliyyəti qadağandır. Lakin "Kremlin aşbazı" kimi tanınan oliqarx Priqojinin maliyyələşdirdiyi, xüsusi təlim düşərgələrində hazırlıq keçən muzdluların sayının minlərlə, hətta on minlərlə olduğu məlumdur. Onlar Suriyadan tutmuş Liviyaya, Afrikadan tutmuş Asiyaya qədər hər yerdə peyda olurlar.(virtualaz.org)
Oxşar xəbərlər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU