Çində dəhşətli cinayət baş verib. Moderator.az-ın ANS PRESS-ə istinadən
verdiyi məlumata görə, Çinin Şanxay əyalətində 6 yaşlı uşağı qaçıraraq,
gözlərini oyublar.
Belə ki, 6 yaşlı uşaq evlərinin həyətində
təkcə oynayarkən onu 2 kişi və bir qadın qaçırıb. Uşağın valideynləri onu 4
saata yaxın axtarıblar. Valideynlər uşağın tapılmadığını görüb, bu barədə
polisə müraciət ediblər. Polisin axtarışları nəticəsində onu yaşadığı evə yaxın
bir yerdə huşsuz vəziyyətdə tapıblar. Uşağın üzü tamamilə qan içində olub. Uşağa
diqqətlə baxdıqda isə onun gözlərinin çıxarıldığı məlum olub. Axtarışlar
nəticəsində 6 yaşlı uşağın gözləri yaxınlıqda tapılıb. Lakin gözdəki əsas görmə
mexanizmi olan bəbəklər çıxarılmış olub. Ehtimal olunur ki, quldurlar uşağın
göz bəbəklərini başqa insana köçürtmək üçün satıblar.
Hazırda uşağı bu hala salanlar axtarılır.
Polis cinayəti törədənləri tapan şəxsə 100 min yuan (16 min dollar) mükafat vəd
edib.