Moderator.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin mediaya müsahibəsində ölkəsinin bu günü və gələcəyi ilə bağlı düşüncələrini dilə gətirib. “Mənə böyük Rusiya lazımdır” söyləyən bütün, bütün addımların məhz bu məqsədə xidmət etdiyini bildirib.
Maraqlıdır ki, Putinin məlum açıqlaması fonunda Ukraynanın şərqində çoxdan susan silahlar dilə gəlib. Ukrayna tərəfinin verdiyi məlumata görə, separatçı quruma aid hərbi birləşmələr bütün növ silahlardan istifadə etməklə hücuma keçsə də, bu hücum Ukrayna ordusu tərəfindən dəf edilib. Hansı ki, Rusiya mediası hücumun separatçılar tərəfindən deyil, məhz Ukrayna ordusu tərəfindən başladıldığını iddia edir.
Mütəxəssislər isə hesab edir ki, Ukraynanın şərqində müşahidə edilən hərəkətliliklə Rusiya prezidentinin “böyük Rusiya” ilə bağlı bəyanatı arasında müəyyən bağlılığın olması istisna deyil. Ekspertlərin fikrincə, əslində Putinin məlum açıqlaması və bunun ardınca Ukraynada separatçıların hərəkətə keçməsi, Kremlin sadəcə Ukraynaya deyil, bütün MDB məkanı və dünyaya mesajı kimi qəbul edilməlidir.
Görünən odur ki, eyni vaxtda planetin bir neçə qitəsində siyasi maraqlarını hərbi üstünlüyü fonunda təmin etməyə çalışan Moskva, bundan sonra da eyni dəsti-xətti davam etdirməkdə israrlıdır. Bu isə ilk növbədə Rusiya ilə qonşu olan ölkələrə yaxşı heç nə vəd etmir.
Seymur ƏLİYEV