Aviasiya personalının sertifikatlaşdırılması qaydaları dəyişdi
Cəmiyyət
151
17:00, Bu gün

Aviasiya personalının sertifikatlaşdırılması qaydaları dəyişdi

Nazirlər Kabineti "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları"nda dəyişiklik edib.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ərizəçinin müraciəti əsasında digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməni beynəlxalq tələblərə uyğun olaraq Azərbaycan aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malik olacaq.

Qərarla həmçinin qaydaların 32.3-cü bəndinin üçüncü cümləsi (Konvertasiya prosesində Agentlik ərizəçidən mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir) çıxarılıb.

Qərara həmin məzmunda 32.4-cü bənd əlavə edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər