Sabirabad, Şirvan və Balakəndə qaz kəsiləcək
Cəmiyyət
213
16:10, Bu gün

Sabirabad, Şirvan və Balakəndə qaz kəsiləcək

Sabirabad rayonu, Şirvan şəhəri və Balakən rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.
 
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 3-də Sabirabad rayonunun bəzi küçələrinin, həmçinin Şirvan şəhərinin bir hissəsinin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşanadək dayandırılacaq.
 
Həmin gün saat 09:00-dan etibarən isə Balakən rayonunun Mazımqara və Poştbinə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər