WUF13-də
Cəmiyyət
147
10:17, Bu gün

WUF13-də "Urban EXPO" sərgisinin açılışı oldu

Xəbər verdiyimiz kimi, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə start verilib.
 
Moderator.az-ın məlumatına görə, Forum çərçivəsində "Urban EXPO" sərgisinin açılış mərasimi olub.
 
Sərginin açılışı zamanı qırmızı lenti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəsiblər. 
 
Qeyd edək ki, ümumi sərgi sahəsi 35 min kvadratmetrdir, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur.
 
Burada milli hökumətlər, şəhər administrasiyaları, beynəlxalq təşkilatlar, akademik dairələr, innovatorlar və özəl sektor liderləri praktik həlləri və tərəfdaşlıqları nümayiş etdirirlər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər