Cəmiyyət
251
09:35, Bu gün

"WUF13 dialoqdan icraya keçid üçün gözəl platformadır" - İcraçı direktor

"WUF13 dialoqdan icraya keçid üçün gözəl platformadır".
 
Moderator.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən mətbuat konfransında deyib. 
 
Onun sözlərinə yaşayış yerləri daxili bir məsələdir: "Amma onun investisiya edilməsi bizdən asılıdır. Yaşayış yerləri insan hüququdur. Burada əsas ismarış aydındır: yaşayış yerləri şəhərsalmanın mərkəzində dayanmalıdır. 
 
WUF13 urbanizasiyanın inkişaf etdiyi bir vaxta təsadüf edir. Biz azərbaycanın rolunu daha aydın görürük. WUF13 indiyədək baş tutmuş BMT-nin Məskunlaşdırma proqramının ən böyük sessiyasıdır".
 
Rossbax həmçinin qeyd edib ki, şəhərsalmda əsas çətinlik həllərin olmaması deyil, sürətin olmamasıdır: "Kollektiv olaraq qərar verməliyik: inklüziv şəhərlər reallığa çevrilməlidir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər