Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV
Cəmiyyət
201
17:30, Bu gün

Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV

Saxladığınız ev heyvanlarına görə cərimə oluna bilərsiniz. Qaydalar ev heyvanlarının ictimai nəqliyyatda daşınmasına müəyyən şərtlərlə icazə verir.
 
Metro və avtobuslarda, hətta şəxsi avtomobilinizdə belə kiçik heyvanlar yalnız xüsusi qəfəs və ya konteynerdə aparılmalıdır.
 
Mütəxəssislər deyirlər ki, bu tələblər həm insanların rahatlığı, həm də heyvanların təhlükəsizliyi üçün nəzərdə tutulur.
 
"Tutuquşuların tüklərindən belə insanlara çox ciddi xəstəliklər keçir. Balaca it cinslərini, pişikləri onlar üçün nəzərdə tutulmuş çantalarda daşımaq olar", – deyə baytar Əbilağa Məlikov bildirib.
 
Hüquqşünas Hikmət Əliyev isə məsələ ilə bağlı bildirib ki, ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən 200 manat məbləğində cərimə oluna bilərlər.
 
Ətraflı Baku.TV-nin videomaterialında:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər