Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT
Cəmiyyət
243
10:35, Bu gün

Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.
 
Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi Yaşar Hüseyn oğlu Salahov vəzifəsindən azad edilib.
 
Digər əmrlə, adıçəkilən müəssisənin rəisi vəzifəsinə Cavanşir Samir oğlu Əhmədov təyinat alıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər