Bizi sosial şəbəkələrdən izləyin:
Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən sədri seçilən Məzahir Pənahov onun haqqında yazılanlara münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlama verən Məzahir Pənahov MSK sədri seçilməsinin onun üçün böyük məsuliyyət olduğunu bildirib:
“Yenidən böyük etimad göstərilib. Çalışacağam ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar. Sağ olsunlar. Onlara heç nə deməyəcəyəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəyəm”.
Daha sonra MSK sədri oğlu ilə gəlini arasında baş verən qalmaqal barədə jurnalistin sualına cavab verməyib.
Qeyd edək ki, Məzahir Pənahovun yenidən MSK sədrliyinə namizəd olmayacağı və yaşının çox olması ilə bağlı məlumatlar yayılmışdı. M.Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir.