Səidin anası bildirir ki, uşağın öyrənməyə marağı, xüsusilə, dörd yaşından sonra artıb: "Gördüm ki, uşaqda həvəs var. Yolboyu plakatları oxumaq istəyirdi. Sonra anladıq ki, coğrafiyaya xüsusi marağı var. Paytaxtları, bayraqları, dağları, dənizləri, çayları özü maraqlanaraq soruşurdu".
Onun sözlərinə görə, Səid ensiklopediyalara böyük maraq göstərir:
"Bir dəfə dedi ki, ana, kitabxanada coğrafiya ensiklopediyası görmüşəm, mənə də gətirərsən? Bir neçə gün yadımdan çıxdı, hər dəfə xatırladanda məyus olurdu. Nəhayət, gətirdim və o gündən kitab əlindən düşmür".
Babası isə qeyd edir ki, Səidin marağı mərhələli şəkildə inkişaf edib: "Əvvəlcə ölkələrin ərazisini göstərirdik, sonra paytaxtlarını, daha sonra okeanları və materikləri. İndi isə ən kiçik ada dövlətlərindən tutmuş böyük ölkələrə qədər hamısını xəritədə sərbəst göstərir".