Xocalıda müsadirə olunmuş narkotik vasitələr məhv edildi
Cəmiyyət
285
10:38, Bu gün

Xocalıda müsadirə olunmuş narkotik vasitələr məhv edildi

Xocalı rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
 
“Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Xocalı Rayon Polis İdarəsi tərəfindən qeydə alınmış 17 cinayət işi üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
 
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş, videoçəkiliş aparılmış və həmin görüntülər müvafiq məlumat daşıyıcısında aktlara əlavə edilmişdir”, - deyə məlumatda bildirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər