Bizi sosial şəbəkələrdən izləyin:
"Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır".
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir:
"Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib".//Report