Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb
Cəmiyyət
431
17:43, Bu gün

Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb

Bu ilin birinci rübü üzrə Azərbaycanda internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

Moderator.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

Hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Eurosel" MMC (7,49), "Sline" MMC (6,49), "Bulud Telecom" MMC (4,63), "Azlink" MMC (4,32), "Megalink" MMC (2,71) olub. Bu şirkətlərdən ilk ikisinin şikayət indeksi yaxşılaşıb, digər üçünün isə pisləşib.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Smart Sistemz Technokoji" MMC (23 gün), "Bulud Telecom" MMC (12 gün), "Azqtel" (11 gün), "Uninet" MMC (11 gün), "Megalink" MMC (9 gün) qərarlaşıb.

Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər