Bizi sosial şəbəkələrdən izləyin:
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
Mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və baletmeysterin sənət dostları iştirak ediblər.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər.
Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.
Qeyd edək ki, M.Məmmədov aprelin 13-ü, 97 yaşında vəfat edib. /Report/