Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cəmiyyət
1513
23 Nov 2025 | 16:24

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 24-ə saat 10:00-dan etibarən şəhərin Çerkassı küçəsində qazın verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər