Xəzər dənizində üzən gəmilərlə bağlı RƏSMİ AÇIQLAMA
Cəmiyyət
1515
16 Apr 2025 | 11:55

Xəzər dənizində üzən gəmilərlə bağlı RƏSMİ AÇIQLAMA

Xəzər dənizində üzən gəmilərin aprelin 17-si gündüz saatlarından etibarən fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir.
 
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.
 
Məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə Xəzərdə üzən ASCO gəmiləri hazırda lövbər dayanacaqları və sığınacaqlardadır.
 
Xatırladaq ki, bu gün saat 10-a olan məlumata əsasən ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.
 
Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər