7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
Oxunub: 3442
19 Apr 2024 | 10:36
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
7 yaşı olanda ehtiyatsız davranışı nəticəsində benzin çəni partlayır, dostu dünyasını dəyişir, o isə komaya düşür. 7 gün sonra komadan ayılır. O hadisədən sonra tək görünüşü deyil, həm də həyatı dəyişir. 7 yaşından mübarizə aparır və bu gün 20 illik çətin yol keçib.
 
Müəllim olmaq arzusu olur, amma o hadisədən dolayı ixtisas seçimi də dəyişməli olur. Karyera planlarını reallaşdırmaq üçün əlindən gələni edir. Fərqliliyinin ona arzularını reallaşdırmaqda mane olmadığını düşünür. Söhbət Valyuta.az-ın müsahibi Ülkər Süleymanovadan gedir.
 
Qeyd edək ki, Ülkər hazırda “Bank VTB”-də proqramçı olaraq çalışır.
 
- Ülkər xanım, necə bir ailədə böyümüsünüz?
 
- 1996-cı ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşam. Mehriban ailədə böyümüşəm. Şablon deyil, həqiqətən çox mehriban ailəmiz var. Anam və atam hər zaman bir-birinə qarşı diqqətli olublar. Onlar nə vaxtsa dava ediblərsə, küsüblərsə də, bizə hiss etdirməyiblər.
 
- O zaman uşaqları da sevgi dolu olub...
 
- Həqiqətən də elə idi. Mən sevilən, hər kəsin diqqətində olan uşaq idim. Məktəbə getdiyim andan yuxarı sinif şagirdləri gəlib məni əzizləyirdilər. O hadisədən sonra bunlar kəsildi.
 
- O hadisə nə zaman baş verdi?
 
- 2004-cü ilin mart ayı idi, 2-ci sinifdə oxuyurdum. 7 yaşım var idi, hələ 8-i tamamlamamışdım. Qonşunun həyətində benzin çəni ilə ehtiyatsız davranmağım nəticəsində bir partlayış oldu. Mənlə birlikdə qonşumuzdakı dostum o qəzaya düşdü. Təəssüf ki, o, rəhmətə getdi. Mən də belə davam edirəm.
 
 
- Benzin çəninin necə təhlükəli olduğunu bilmirdiniz?
 
- Burda çoxları valideyni günahlandıra, “Uşaqlara yetərli məlumat verməyiblər” kimi düşünə bilər. Mən valideynlərimi günahlandırmıram. Çünki həddindən artıq kasıb ailə olmuşuq. Valideynlərim yaxşı geyinməyimiz, kitab-dəftərimizin pulunu çıxarmaq üçün bütün gün çalışırdılar. Onlar bizi məlumatlandırmağa, detallı üzərimizdə işləməyə vaxt ayıra bilmirdilər.
 
- Sizin də həyatda qalmağınız şans məsələsi olub...
 
- Bu hadisə baş verdi, 7 gün Şəkidə xəstəxanada komada qaldım. Deyiblər ki, əgər 7 günü sağ çıxa bilsə, Bakıya apararsınız. 8-ci gün ayıldığım üçün Bakıya xəstəxanaya gəldik. Bakıya çatanda temperaturum 42 idi. Hər birini xatırlayıram, sanki son nəfəsimi verirdim. Oksigen balonu qoşmuşdular. 8-ci gündə artıq mənim mübarizəm başladı. Həyatda qalmaq, yaraları sağaltmaq üçün olan əməliyyatlar keçirdim.
 
- Bəs estetik əməliyyatlar necə, oldumu?
 
- İndiyə qədər yaraları sağaltmaq və estetik bir yerdə 30-a yaxın əməliyyat olmuşam. Amma estetik əməliyyatlar uğursuz oldu. Hadisə baş verəndən bir il sonra bir həkim bizə söz verdi ki, əməliyyat edəcək, tamam dəyişəcəm, yanıq izləri əvvəlki qədər qalmayacaq. Ailəm də o Ülkəri qaytarmaq istəyirdi. 6 ay ərzində bir neçə əməliyyat oldum, nəticədə daha da pis vəziyyətə gətirdilər. Ən sonuncu əməliyyatım 11-ci sinifdə oxuyanda əlimdə olub. Əvvəlki qeyri-peşəkarların uğursuz əməliyyatlara görə indi peşəkar həkimlər də bir effekt ala bilmir.
 
- 2-ci sinifdə oxuyan bir uşaq olaraq hadisədən sonra adaptasiya dövrünü necə keçdiniz?
 
- Adaptasiya dövrüm ailəmin məndən soruşmadan məni məktəbə göndərməsi ilə başladı. Əslində, öncə göndərmək istəməyiblər. Uşaqların içərisinə çıxanda narahat olacağımı düşünüblər, ancaq sonra düşünüblər ki, evə qapalı qalmağım daha pis olar. O hadisə mart ayında baş vermişdi, sentyabrda məktəbə başladım. İnanılmaz sevgi ilə qarşılandım. Sinif yoldaşlarım əlimdən tutub sinfə apardı. Yenidən bir mübarizəm orda da başladı.
 
- Yəni belə məqamda adaptasiyada ətrafın da önəmli rolu var. Müəllimin də, sinif yoldaşının da...
 
- Bəzən düşünürəm ki, bəlkə anam həmin məktəbdə müəllim idi deyə, məni xoş qarşıladılar. Bu hadisə müəllim uşağı olmayan birinin başına gəlsəydi, eyni sevgi ilə qarşılayardılar? Çox istəyərdim ki, elə olsun.
 
- Məktəbdə necə oxuyurduz?
 
- Yaxşı oxuyurdum, oxumağı çox sevirdim. Xəstəxanada olanda da vaxtımı riyaziyyat işləməklə keçirirdim. Xəstəxanada olsam da, uşaqlarla eyni vaxtda bütün proqramı tamamlamışdım. Ümumi məktəb dövründə texniki fənlərə marağım çox idi. Riyaziyyat, fizika, kimyada dərsdən əlavə testlər işləyirdim. Hər zaman təkrara vaxt ayırmışam. Oxumaq mənim üçün önəmli olub. Həmçinin geri qalmağı xoşlamırdım. İçimdə bir rəqabət hissi var idi.
 
 
- Riyaziyyatı yaxşı oxuyurdunuz. Ailəniz sizi riyaziyyat müəllimi kimi görürdü?
 
- (Gülür) Anam da, xalalarım da riyaziyyat müəllimidir. Mənim də o yolda getməyimi planlayırdılar, amma mən istəmirdim. Sadəcə o anda mən istəklərimi deyə bilmirdim. Çünki, bir kəlmə dediyim anda ağlamaq tuturdu, fikrimi deyə bilmirdim. Bu cür deyib də valideynlərimi kədərləndirmək istəmirdim. Çünki o hadisə mənim qədər valideynlərimə də təsir etmişdi. Bu il o hadisədən 20 il keçir. Biz bu hadisə haqqında evdə danışmamışıq. Bir-birimizi incitməkdən qorxmuşuq. Əslində, danışılmalıdır. Susduqca daha dərin izlər buraxır. Yəni ailəmizdə bu cür yanaşma var. Amma sonunda qərara gəldim ki, ağlaya-ağlaya olsa da, fikrimi deyəcəm. Valideynlərimə istəyimi demək bir az zaman aldı. O zaman isə artıq mən Şəkidə Müəllimlər İnsitutunda Riyaziyyat-informatika fakültəsində oxuyurdum.
 
- Niyə müəllim olmaq istəmirdiniz?
 
- Əslində, uşaq vaxtı müəllim olmaq istəyirdim. Sonra istəməmə səbəbim o ankı duruma görə idi. Valideynlərim məni küçədə görmürdülər. Uşaqlar toplaşırlar, əl edib göstərirlər. Yaxud da o uşaqların hansı dünyagörüşdə valideynləri olacağını da bilmirsiniz. Mən müəllim olub auditoriyaya girərəm, bəlkə də, uşaqlar məni xoş qarşılayar, amma sabah valideynlər gələr ki, mənim uşağıma başqa cür təsir edir. “Front of class” adlı film var, orada valideynlər sırf həmin hərəkəti edir. Düzdür, filmdəki müəllim mübarizə aparır, uşaqlar onu çox sevir. Mən eyni situasiyaya düşmək istəmirdim. Bir gülüş, bir hərəkət belə mənfi təsir edərdi. Xüsusən də terapevt yanına getməmişdim. Bunun öhdəsindən tək necə gələrdim?
 
 
- Bəs hansı sahə üzrə təhsil almaq fikriniz var idi?
 
- Əslində Bakıda Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) oxumaq istəyirdim. Balım bu universitetə düşməyə imkan verirdi və ordan özümə uyğun ixtisas seçə bilərdim. Ancaq ailəmin seçimi belə oldu ki, müəllimlik olsun, yanımızda ol. Bəzən düşünürəm ki, bəlkə də o an üçün ən doğru seçim elə Şəki idi. Orta məktəbdən çıxan kimi böyük bir şəhərə gəlsəydim, adaptasiyam çətin ola bilərdi. Amma 4 ilimi itirmiş kimi düşünürəm. Həmin 4 ildə Şəkidə sosiallaşa biləcəyim heç nə yox idi. Daha çox layihədə iştirak edərdim, könüllü olardım, debat klublara gedərdim.
 
- Tələbə mühitində necə oldu? Burda müəllim övladı deyildiz.
 
- Ən çox yaşlı nəslin baxışlarını, hər zaman sual verməklərini görürdüm. Üzünə baxırlar, yazıqları gəlir, udqunurlar. Nə oldu? Nə baş verdi? Niyə əməliyyat etdirmirsiz? – kimi suallar verirdilər. Ən sevmədiyim sual isə “Niyə əməliyyat etdirmirsiniz?”dir. Deyirlər ki, səhiyyə çox inkişaf edib, bunları etmək olar. Düşünmürlər ki, mənim həyatımda o sualın altında olan o qədər cavab var ki. Siz o cavabları bilmirsiniz. O sualı verdiyinizdə hər dəfə məni incidirsiniz. Belə baxanda o qədər də məlumatsız qadına oxşamıram ki, bunları araşdırmayım, axtarmayım. Düşünürəm ki, əgər sizdən bir şey soruşuramsa, mənim sizə faydam olacaqsa, onu soruşmalıyam.
 
- Şəkidəki tələbəlik sizə nə qatdı?
 
- Şəkidə universitetdə bir müəllim mənə demişdi ki, yetərsizsən. Onda özümə söz verdim ki, mən özümə sübut edəcəm ki, o deyildim, mən buyam. O dövrdə daha mübariz olmağı öyrəndim. Mənə “Bunu edə bilməyəcəksən” deyəndə alternativ yollar axtarıram.
 
- Bakıya gəlməyiniz necə oldu bəs?
 
- Bakıya gəlmək üçün çıxış yolum magistr təhsili almaq idi. Təqaüd pulumu yığırdım, özüm də magistraturaya hazırlaşdım. Hər kəs düşünürdü ki, görəsən necə yazacaq? Mən isə düşünürdüm ki, kimsə məni görüb həyəcanlanıb yazmaya bilər? İndi anlayıram ki, başqalarını bu qədər dərindən düşünmək insanın özünə ziyan verir. İmtahanda o qədər stress keçirdim ki, bədənim əsirdi. 93 bal yığmışdım, amma təəssüf ki, qəbul olmadım. Qəbul balları o zaman daha yüksək oldu. Həyatımda bəlkə də aldığım ən böyük zərbələrdən ikincisi magistraturaya qəbul olmamağım idi. Və yenə mənim möhtəşəm ailəm dedi ki, sən onsuz da pulunu yığmısan, Bakıda kursa gedə və hazırlaşıb yenidən qəbul ola bilərsən. 2017-ci ildə Bakıya gəldim və mənim üçün bir yeni savaş başladı.
 
 
- Necə bir savaş?
 
- Metroda, maşrutda hədsiz həyəcanlı olurdum. Çünki çox insan olurdu və hər biri çevrilib baxırdılar. Bəlkə də, indi də baxırlar, amma artıq mənim üçün vərdiş halına çevrilib. Mən Bakıya gələndən sonra bir çox layihədə işlədim. Bəzən hansısa proqramda sual verəndə, bədənim əsirdi, həyəcanlanırdım. Bilirdim ki, hamı mənə baxır. Şəkidə o 4 ildə dost çevrəm olmuşdu, amma ümumilikdə aktiv olmaq üçün mühit yox idi.
 
Bakıya gələndən sonra gördüm ki, psixoloji cəhətdən tam deyiləm. Bunları necə həll edə bilərəm? Ailəmi incitməməliyəm, kənara atdığım pulla nevroloqa getdim, hətta mənə antidepressant belə yazdı. Antidepressantı bir dəfə içdim, amma axırıncı da oldu. Qərar verdim ki, mənə sadəcə özüm kömək ola bilərəm. Düzdür, zamanında məni bir psixoloq yanına aparmalı idilər, bu keçidləri tək keçməməli idim. Çünki psixoloq alternativ yollar, başqa baxış bucağı verir. Ailənin verdiyi baxış bucağı hər zaman bizi qoruma məqsədli olur. Başqa bir baxış, soyuq yanaşma da lazımdır. Sonralar 2 psixoloq yanına getdim, amma istədiyim o nəticəni ala bilmədim. Doğrusu, psixoloqlarda problem yox idi, mən bütün sualların cavabını bilirdim. Mənə ekstra cavab, başqa bir şeylər lazım idi. Bu il, 5 seanslıq psixoloq yanına getdim.
 
- Növbəti il magistraturaya qəbul oldunuz?
 
- Bəli, İqtisad Universitetinə qəbul oldum, ödənişsiz şəkildə. Kompüter elmləri üzrə magistr təhsili aldım.
 
- Niyə kompüter elmlərini seçdiniz?
 
- Ətrafımda bu sahədə təhsil alanlar çox idi, mənə də maraqlı gəlirdi. Hətta mənə ən çox dəstək olanlardan biri dayım oğlu idi ki, o hər zaman mənə deyirdi ki, proqramlaşdırma öyrən, bu sənin üçün daha yaxşı olacaq, hətta “remote” işlər belə tapacaqsan. Heç kəsdən asılı olmayacaqsan. Müəllim olmayacaqdı, o zaman kompüter elmləri olsun dedim. Amma gələcəkdə müəllim olub universitetdə dərs keçmək planlarımda var.
 
- Bakıda iş axtarmağa nə zaman başladınız?
 
- Yeni gəldiyimdə ilk planım cəmiyyətdə bir mövqe tutub sosiallaşmaq idi, özümü sübut etməli, komfort zonamı yaratmalı idim. 2 ay ASAN Xidmətə könüllü oldum. 2020-ci il ASAN Xidmət və Gənclər Fondunun “Gənc liderlər” layihəsinə qoşuldum. 1000 nəfər arasından 30 gənc lider seçildi. 1 il müddətində müxtəlif təlimlərdə iştirak etdik, müəyyən vəzifəli şəxslərlə görüşlər oldu. Bunlar mənim üçün adaptasiya prosesi idi. 2 il çevrəmi qurmağa və özümü inkişaf etdirməyə fokuslanırdım. Təhsil müddətində düşünürdüm ki, oxuyuram, aktivəm, çevrə formalaşdırmışam, ona görə iş tapmağım çətin olmaz. Hardasa 300-dən çox yerə CV göndərdim, amma iş tapmadım. Sonra bir tanışım sayəsində CV-im bir özəl şirkətə verildi və orda kompüter operatoru kimi ilk işimə başladım. Rutin iş idi, gələcəyimi o sahədə görmürdüm. Elə oldu ki, 2021-ci ildə avtoqəza keçirdim və o mənim üçün dönüş nöqtəsi oldu. Qəzadan sonra həmin işə qayıtdım, amma qərar verdim ki, proqramlaşdırma öyrənim. 6 aylıq müddət başladı, ancaq oxuyurdum. 6 ay bitdi, 7-ci ayda proqramçılıq sahəsində “Bank VTB”də ilk işimi tapdım. Çox xoşbəxt idim ki, istədiyim sahəyə keçirəm. 1 ildən çoxdur ki, burdayam.
 
 
- 300 yerə CV göndərmişdiniz. Müsahibəyə çağırırdılar?
 
- Heç birində müsahibəyə çağrılmamışam.
 
- Siz düşünürsünüz ki, görünüşə görə çağırmırdılar?
 
- Bəlkə də, CV-ni zənginləşdirəcək çox şeyim yox idi. Bakalavr və magistr təhsilim, könüllülük fəaliyyətim, layihədə iştirakım, kurslardan sertifikatlar yazılmışdı. Ola bilər ki, bunlar həmin işəgötürənlər üçün kifayət etmirdi. Amma bunlarla belə ətrafımda iş tapan gənclər var idi. Bu da mənə təsir edirdi ki, yəqin ki görünüşümə görə heç müsahibəyə belə dəvət etmirlər. Mən bunu deyəndə ətrafımdakılar deyirdilər ki, hər şeyi görünüşünə bağlayırsan, elə deyil. Ancaq reallıqla danışaq ki, bizdə görünüşə önəm verilməsi çoxdur.
 
- Bank VTB-yə işə qəbulunuz necə oldu?
 
- CV göndərdim və müsahibəyə çağırdılar.
 
- Sevdiyiniz sahədə işə başlamaq necədir?
 
- Mühit cəhətdən çox yaxşıdır, üzərimdə xüsusi baxış hiss etmirəm. Hamı necə, mən də elə. Sadəcə işə başlayanda problemim onda idi ki, özümü sübut etməli olduğumu düşünürdüm. “Probemi həll edə bilməz, zəifdir” – kimi düşünməsinlər. Çox həyəcan, stress keçirirdim. Gecələr evdə tapşırığın üzərində işləyirdim. Səhər işə tez gəlirdim, çox işləyirdim. Bir dəfə iş yoldaşım dəfə dedi ki, niyə həyəcanlanırsan? Rahat ol. Zamanla özümə izah etdim ki, sən bunu bacaracaqsan. Heç kəs bir anda heç bir işin professionalı olmur.
 
- 20 ildə sizə ən çətin gələn nə oldu?
 
- O müddətdə məni ən çox sarsıdan maliyyə hissəsi idi. Maliyyə cəhətdən bunları qarşılayacaq bir ailədə böyüməmişdim. Ona görə ailəm bəzi imkanlı şəxslərə müraciətlər edəndə, öncə söz verib, sonra üstündə durmayanlar çox olub. Uşaqsan, sənə ümid verirlər, sonra onu əlindən alırlar. Bəzən birinin həyatını dəyişdirən məbləğ başqa birinin bir günlük xərci olur. Amma yenə də nə isə edib-etməmək seçim məsələsidir. Bəlkə də bizim başqalarından gözləntimiz düzgün deyilmiş. İndi heç kimdən gözləmirəm.
 
- Bu gün planınızda nələr var?
 
- Görünən olmaq istəyirəm. Bəzən mənə deyirlər ki, cəmiyyətin düşüncəsini deyil, öz düşüncəni dəyiş, cəmiyyətin sənə yanaşmasını olduğu kimi qəbul et və s. Mən 20 ildə bu qədər çətinlik görmüşəm. Mənimlə eyni yolu gələn, daha da çətin vəziyyətdə olan insanlar var. Övladı üçün utanan, bu səbəbdən onu evdən çıxarmayan, “bacarmaz” deyib onları sosiallaşdırmayan, təhsilinə o qədər önəm verməyən valideynlər var. Biz sosiallaşa biliriksə, onlarda da alınar. Mən indi təslim olub cəmiyyətin yanaşmasını qəbul etsəm, 20 ildə çəkdiyim əziyyətin faydası olmur. Mən başqalarını da düşünürəm. Görünür olmaq istəyən o qədər insan var, fərqində belə deyilik. Xüsusilə rayonlarda. Rayon şəhər ayrı seçkiliyi etdiyimi düşünə bilərsiniz, amma kənd yerlərində əlilliyi olan şəxslərin problemi daha çoxdur.
 
- “Niyə əməliyyat etdirmirsiniz” - sualını çox verdiklərini dediniz
 
- Gələcək planlarım arasında əməliyyat etdirmək yoxdur. Kimsə yardım etsin, üzümü əməliyyat etdirim - kimi arzum da yoxdur. Bu ağlımla hələ ki əməliyyat etdirmək istəmirəm. Bu əməliyyatlar mənə vaxt itkisi kimi gəlir. Kimsə mənimlə dost olub-olmayacağını görünüşümə görə seçəcəksə, bu onun seçimidir. 18-19 yaşım olsa, əməliyyatı düşünərdim. İndi həyatımın 1 saatı belə mənim üçün dəyərlidir. Başqaları məni necə görəcək deyə ağrılı prosedurlara girmərəm. Bəzən deyirlər ki, özün qazan, gələcəkdə əməliyyat etdir. Mən yığdığım pulla səyahət edə, ev, maşın ala bilərəm. Niyə sizin gözünüzdə xoş görünmək üçün bu qədər əziyyət çəkməliyəm? Mən bir xeyli əməliyyat keçirsəm belə, siz necə görmək istəyirsinizsə, elə görəcəksiniz. Siz gözəllik axtarırsınızsa, məndə indi də o gözəlliyi tapacaqsınız.
 
Kimsə deyəndə ki gözəlsiniz, fərqində deyilsiniz, bununla razılaşmıram. Mən yaxşı insan ola bilərəm, amma gözəl qadın obrazında deyiləm. “Sən mələk kimisən” deyib daha yaxşı insan kimi yanaşanlar da olur. Mən normal insanam, mələk deyiləm. Bu insanın üzərinə əlavə məsuliyyət yükləməkdir.
 
- Ümumi mübarizənizdən danışsaq, həm iradəlisiniz, həm də gözəl valideynləriniz var ki, bu gün təslim olmamısınız və arzularınızın arxasınca gedirsiniz, karyera yolunda addımlarınızı atırsınız.
 
- Həqiqətən də indiyə qədər keçdiyim yolda valideynlərim həm ən böyük dəstəyim olublar, həm də şansımdırlar. Çünki hər valideyn fərqli situasiyalarda övladına dəstək ola bilmir. Fərqli bir görünüşə sahib olduqdan sonra da valideynlərim heç bir zaman məndən utanmayıblar. Hər zaman istəyiblər ki, mən daha çox sosiallaşım, daha çox ünsiyyət qurum. Təhsilimə çox önəm veriblər. Eyni zamanda, nənə-babam mənim dəstəkçim olublar. Bəzən hadisə baş verəndə, valideynlər o hadisə üçün gənc olurlar, bu situasiyada nə edəcəklərini bilmirlər. Bu zaman nənə-babanın rolu çox böyük olur.
 
 
 
- Öz hekayənizi sosial şəbəkədə paylaşdınız, böyük reaksiya aldınız.
 
- Mən öz hekayəmdə bağlı paylaşım edəndən sonra çox rəy aldım. Bir xanım yazdı, dedi ki, tanınmış şirkətlərdən birinə iş görüşünə gedibmiş. Müsahibə vaxtı iki nəfər jestlərlə xanımı göstərib bir az da zarafatyana danışıblar. Xanım da bunu görür və müsahibə yerini tərk edir. Həftələrlə ağladığını deyir. Bəlkə o iş onun karyerasının dönüm nöqtəsi ola bilərdi. Amma 2 nəfərin etik olmayan hərəkəti bu qızın həyatında mənfi təsir qoydu. O xanımın dovşan dodağı olub, sonra əməliyyat olub, müəyyən izlər var və dodağı nisbətən fərqlidir. Burda ələ salınacaq nəsə yoxdur axı. Düzdür, mən olsam, müsahibəni tərk etməzdim, bəlkə də, rəqabət hissi ilə özümü sübut edərdim. Amma hər kəs belə məqamda güclü qala bilmir. Hərəkətlərimiz başqalarına necə təsir edir? Empatiya qurmalı, yersiz hərkətlərə yol verməməliyik. İnsanların hansı çətinliklər çəkdiyini, daxildə nələrlə mübarizə apardığını bilmirik.
 
- Yəni daha diqqətli olmalıyıq.
 
- Bəzi valideynlər məni görəndə uşaqlarının üzünü çevirirlər. Halbuki uşaqları mənə daha mehriban yanaşırlar. Valideynlər fərqində deyillər ki, mənim anam necə ki, Ülkərin başına bu hadisənin gələcəyini bilmirdi, digər şəxslər də bilmir. Heç kim heç nədən sığortalanmayıb. Bu gün mənə xoş davranmaqla sən cəmiyyəti mənim üçün düzəltmirsən, öz övladın, nəvələrin üçün edirsən. Bu topluma olan faydadır.
 
“Wonder”, “Front of class” və s. kimi bəzi filmlər var ki, onu valideynlər uşaqları ilə birgə izləməlidir. Uşaqla yanaşı, valideyn də çox şey öyrənəcək. Uşağın baxıb sual verəndə, cəmiyyətdə başqalarına göstərdiyin münasibəti analiz edəcəksən.
 
Mən özümlə bağlı paylaşım edəndə, mənə belə suallar çox gəldi ki, bəs sizin kimi fərqli insanlarla necə doğru davranaq? Bu sualın tək cavabı budur ki, eyni situasiyada olsaydınız, sizə necə davranılmasını istəyərdiniz? Fərqliliyi olan insanlar da sizdən o davranışı gözləyir.
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."