Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
Oxunub: 1903
29 Mar 2024 | 14:18
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
Əvvəllər övladlığa uşaq götürülməsi halları Azərbaycan cəmiyyətində isti qarşılanmasa da, hazırda uşaq sahibi ola bilməyən ailələrdə tez-tez rast gəlinir və cəmiyyətdə normal qəbul edilir. Lakin mütəxəssislərin üstün rəyi və hər kəsi maraqlandıran məsələ budur ki, övladlığa verilən uşaqların hüquqlarının qorunması üçün onları təhvil alan ailələrə tez-tez baş çəkilsin, uşaqların gələcək taleyi nəzarətdə saxlanılsın.
 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında 393 nömrəli 10.12.2018-ci il tarixli Fərmanı ilə Övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimlənmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid edilib. Bu sahə nazirliyə həvalə edildikdən sonra hər il övladlığa götürülənlərin statistikası açıqlanır. Belə ki, 2020-ci ildən fəaliyyətin aparılması ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə tapşırılıb. Proses tam elektronlaşdırılıb və //adoption.mlspp.gov.az/app/home 
altsistemi vasitəsilə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin edilib. Statistikaya əsasən, 2021-ci ildə 110 uşaq övladlığa verilib ki, onlardan 57-si qız, 53-ü oğlandır. 63 uşaq isə yaxın qohum tərəfindən övladlığa götürülüb. Həmin il əcnəbilər tərəfindən övladlığagötürmə halı olmayıb. 2022-ci ildə 176 uşaq övladlığa verilib. Onlardan 85-i qız, 91-i isə oğlandır. 2023-cü il ərzində isə 141 uşaq övladlığa verilib. Onlardan 70-i oğlan, 71-i isə qızdır.
 
Pravda.az övladlığagötürmənin hüquqi, psixoloji, dini tərəflərini araşdırıb.
 
Övladlığagötürmə qanunla necə tənzimlənir? 
 
Tanınmış vəkil Turan Abdullazadə deyib ki, Ailə Məcəlləsinə əsasən, övladlığagötürmə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra mümkündür: 

“Bir uşaq ər-arvad olmayan iki şəxs tərəfindən övladlığa götürülə bilməz. Bir qayda olaraq qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə də yol verilmir. Qanunvericiliyə əsasən, övladlığagötürmə üç mərhələdə həyata keçirilir. Birincisi, övladlığa uşaq götürmək istəyən şəxs və ya şəxslər qeydiyyata alınmalıdır. İkincisi, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu müəyyənləşdirilməlidir. Üçüncüsü, övladlığagötürmə barədə məhkəmə qərarı olmalıdır. Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən çox olmayan müddətdə müvafiq qaydalarla müəyyən edilir. Övladlığa uşaq götürmək istəyən şəxslə və ya şəxslərlə müsahibə aparılır, onlar təlimlərə cəlb edilirlər, valideynə uyğun uşaq, eyni zamanda övladlığa götürülən uşağa uyğun valideyn seçilir. Övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxs və ya şəxslər arasında uşağın yerləşdiyi müəssisədə görüş təşkil edilir və övladlığa götürülən uşaq sınaq müddətində onu seçən ailənin evində yerləşdirilir”. 
 
Vəkil bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:
 
“Müvafiq icra hakimiyyəti orqanı elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə və ya şəxslərlə müsahibə keçirir, habelə onların maddi-məişət şəraitinin müayinəsini aparır. Valideynliyə namizədlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydalarına əsasən qeydiyyata alınır. Övladlığagötürmə barədə ərizəyə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürülən uşaq 18 yaşına çatanadək müvafiq icra hakimiyyəti orqanı uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparır. Övladlığagötürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Dediyimiz kimi, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Ögey ata və ana, habelə qohumları - bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları istisna olmaqla, övladlığa götürmək istəyən ər-arvaddan biri üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır. Ögey ata-ana, habelə sadaladığımız qohumları istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə və şəxslərlə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır. Uşağın övladlığa verilməsi zamanı bu məcəllənin 121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Belə ki, övladlığagötürmə zamanı nikahda olan şəxslərə azı üç il, yaşı 35-dən yuxarı olan ər-arvad üçün bir il müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına, habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir. On yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun özünün buna razılıq verməsi zəruridir. Yeddi yaşına çatmış uşaq övladlığa götürüldükdə isə məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. Qeyd edim ki, övladlığagötürmənin sirri qanunla mühafizə olunur, ləğvi isə məhkəmə qaydasında həyata keçirilir”. 
 
Turan Abdullazadə övladlığagötürmənin hansı hallarda ləğv edildiyini də açıqlayıb:
 
“Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmirlərsə, valideynlik hüquqlarından sui-istifadə edirlərsə, övladlığa götürdükləri uşağa qəddar münasibət bəsləyirlərsə, xroniki alkoqolik və narkomandırlarsa, bu zaman övladlığa götürmə ləğv edilir. Uşaq yetkinlik yaşına çatdıqda isə övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri arasında qarşılıqlı razılığa əsasən, övladlığagötürmənin ləğvi mümkündür. Bu məsələdə valideynlərin sağ olması, onların valideynlik hüquqlarından məhrum olunmamaları, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətlərinin olmadığının müəyyənləşdirilməsi nəzərə alınır”. 
 
Övladlığa götürülən uşaqların taleyi ilə maraqlanılıb-maraqlanılmaması, eyni zamanda indiyədək övladlığın ləğvi halının olub-olmaması barədə sualları isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi cavablandırıb. Qurumdan bildirilib ki, nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib: 

“Prezident İlham Əliyevin Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu il tarixdən nazirliyə həvalə olunub. Səlahiyyətlər nazirliyə həvalə edildikdən sonra övladlığa verilmiş uşaqların övladlığa götürülməsinin ləğvi halı olmayıb. Mövcud qanunvericiliyə əsasən, övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin 1-ci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparılır. Bu məqsədlə 2023-cü ildə 1145 monitorinq aparılıb”. 
 
Övladlığagötürmə məsələsində ən vacib məqam övladlığa götürülən uşağın övladlıq olduğunu öyrəndiyi mərhələdir. Bəs bu məsələdə övladlığa uşaq götürən valideynlər necə davranmalıdırlar? Hansı yaş həddi uşağın gerçəkləri bilməsi üçün daha məqsədəuyğundur? 
 
Tanınmış psixoloq Aygün Ağabalayeva bildirib ki, bu, çox həssas və mübahisəli mövzudur: 

“Əvvəllər mütəxəssislər elə bir rəy verirdilər ki, uşağın övladlıq olması sirr qalmalıdır, uşaq bunu bilməməlidir. Halbuki nəticədə bu, böyük ciddi problemlərə gətirib çıxarırdı. Bütün informasiyanı uşaqdan gizli saxlamaq düzgün deyil. Gizli saxlayanda bu, illər ötdükcə yalan üstünə yalan gətirir. Valideynlər övladı nə qədər sevsələr belə, sonradan həmin yalanlar uşağın elə bir yaş dövründə hansısa qohum, yaxud bu barədə məlumatı olan insan tərəfindən ortaya çıxarıla bilər. Nəticədə uşaq çox ciddi travma alar. Din mövzusu, uşağın cinsi tərbiyəsi kimi ciddi mövzularda necə yaş həddi nəzərə alınırsa, bu informasiya da valideynlər tərəfindən uşağa yaşına uyğun verilməlidir. Adətən uşaqlar 3-4 yaşlarında valideynləri sual yağışına tuturlar. Məsələn, soruşurlar ki, "məni haradan almısınız?" Elə valideyn var, deyir ki, "səni leylək gətirib", yaxud "ananın qarnında olmusan". Həmin yaşda çox yaxşı olar ki, övladlığa götürülən uşağı da valideynlər buna yavaş-yavaş hazırlasınlar. "Biz ailə qurduq, uşağımız yox idi, amma çox istəyirdik ki, sənin kimi bir uşağımız olsun. Xəstəxanaya getdik, səni görüb sevdik, gətirdik, sən də bizim balamız oldun..." kimi ifadələr işlədilə bilər. Əslində, üç yaşlı uşaqlar üçün nə vaxt, harada və necə dünyaya gəldiklərinin o qədər də fərqi yoxdur. Bu yaşdakı uşaqlara valideynin onu sevməsi, münasibəti əsasdır. Mütəxəssislər arasında, hətta yaş həddi məsələsində fikir fərqliliyi olur. Bəziləri uşaq yaşda, bəziləri isə yeniyetməlik dövründə deyilməsinin tərəfindədirlər. Təbii ki, uşaq yaşda olmalıdır. Yeniyetməlik dövründə ailədə yaranan münasibətlərə uyğun nəticə ola bilər, uşaq hər bir soyuq davranışı başqa cür qəbul edə bilər. Bu mövzu övladlığa götürülmüş uşağa aydın olmalıdır, onda bu barədə cavablanmamış suallar qalmamalıdır. Rahat şəkildə valideynə sual verib cavabını almalıdır. Belə halda həmin uşaqlar daha rahat olurlar. Təbii ki, hər uşaq eyni reaksiyanı vermir. Elə uşaq var, eşitdiyi informasiya onu çox incidir, neqativ təsir göstərir. Bu da təbii reaksiyadır. Valideynlər övladlığa götürdükləri uşağa diqqətlə, qayğı ilə yanaşsalar, get-gedə uşağın içindəki acını minimuma gətirib çıxara bilərlər. Övladlığa götürülən uşağa valideynlər uşaq yaşda heç bir məlumat verməyiblərsə, yeniyetməlik dövründə, yaxud daha böyük yaşlarda məlumat verirlərsə, bu zaman uşağa "sən atılmısan, biz səni götürmüşük" kimi sözlər işlədilməməli, bioloji valideynlər pislənməməli, onlar uşağa neqativ şəkildə tanıdılmamalıdır. Bəzən elə olur ki, valideynlər gerçəyi açıqlayırlar, övladlıq uşaq isə buna çox susqun reaksiya göstərir. Bu, artıq valideyni narahat etməlidir. Çünki əslində uşağın çoxlu sual verməsi daha normaldır. Bu, onun məlumatı daha rahat qəbul etdiyi deməkdir. Uşaq susqun reaksiya verəndə isə kənara çəkilməsinlər, onun yanında olsunlar, danışdırmağa çalışsınlar. Uşağın onlar üçün nə qədər dəyərli olduğunu, onu necə sevdiklərini bildirməyə çalışsınlar. Bəzən valideynlər özləri bu mövzuda danışmağa çəkinirlər. Bu isə neqativ təsir göstərir. Adətən uşaqları mütəxəssis yanına aparırlar. Amma valideynlər uşağa bunu deyə bilmirlərsə, bu zaman özləri də mütəxəssislərdən professional dəstək almalıdırlar. Böyük yaşlarda vəziyyətdən xəbər tutan uşaqların psixoloji durumuna  bu, daha çox təsir edir. Yeniyetməlik yaş dövrü onsuz da böhran yaş dövrü sayılır. Daha çox böyük yaşda olan uşaqlar əsl ailələrini tanımaq istəyirlər. Bu isə onları övladlığa götürən valideynlərdə qorxu yaradır. Yəni övladlıq uşaqları kiçik yaşdan bu mövzuya hazırlamaq daha məqsədəuyğundur...” 
 
Övladlığa götürmə məsələsinə bir çoxları dini aspektdən yanaşır. Bildirilir ki, Məhəmməd Peyğəmbərin Zeyd ibn Haris adlı övladlığı olub. Bəs görəsən, belə halda islam dinində övladlığa uşaq götürmək hansı halda icazəlidir? 
 
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov deyib ki, islam dini kiminsə doğma övlad kimi övladlığa götürülməsinə birmənalı şəkildə "yox" deyir: 

“Övladlığa götürmək genetik baxımdan bizə aid olmayan, nəslimizin bioloji, fiziki parçası sayılmayan yad bir şəxsi özümüzə aid etməkdir. Hələ cahiliyyət dövründə ərəblər arasında övladlığa götürmə geniş yayılmışdı. Sonradan islam dini bu münasibət formasını haram hesab etdi. Quran açıq şəkildə göstərir ki, övladlığa götürdüyünüz şəxsləri övlad hesab etməyin, əksinə, onları atalarına aid edin. Şübhəsiz ki, islamın mövqeyi ədalətli mövqedir. Çünki islam istəyir ki, genetik mənsubiyyət çox dəqiq olsun, genetik sərhədlər pozulmasın. Bununla yanaşı, uşağın gələcəkdə ata-anasının onu övladlığa götürən şəxslər olmadığı ortaya çıxdıqda travma yaşamamasının qarşısını almaq üçün İslam belə bir addım atır. Həmçinin islam dinində məhrəmlik, naməhrəmlik münasibətləri çox dəqiq və qəti şəkildə qoyulduğundan dinimiz istəmir ki, anaya və ya evdəki digər xanımlara naməhrəm olan birisi ailəyə daxil olsun. Çünki ana doğma övladının yanında adətən geyim-keçimində, danışığında başqalarının yanında olmadığı kimi davranır. Övladlığa götürülən şəxs ailədən hesab olunmadığı üçün bəzən münasibətlər düzgün qurulmur. Bir sözlə, məhrəmlik baxımından, uşağın gələcəkdə daha sağlam böyüməsi, həqiqətləri bilməsi, həqiqətlərlə barışması nöqteyi-nəzərdən islamda övladlığa götürülmə qadağan hesab olunub...” 

Oxşar xəbərlər
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI