Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
Cəmiyyət
Oxunub: 2144
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı:
28 MART 2023-CÜ İL...
 
Bir neçə dəfədir ki, televiziyadan izləyirəm. Son illərdə baş verən Ermənistan-İran mənbəli Azərbaycana yönəlik terror hadisələrini şərh edən süjetlər verirlər. Sonuncu fakt kimi Tehranda səfirliyimizə hücumdan bəhs edirlər. Bu süjetlərdə 28 mart 2023-cü ildə baş verən terror hadisədinin isə sanki çox uzaq keçmişdə olması və əhəmiyyətsizliyi səbəbi ilə unudulduğunu sezirsən. Hazırda bu terroru həyata keçirənlərin məhkəmə prosesi davam edir. İran xüsusi xidmət orqanından 30 min ABŞ dolları aldıqlarını, qrup halında verilən təlimat əsasında terroru həyata keçirdiklərini etiraf edirlər. Məqsəd tam aydındır: öz ölkəsinin milli maraqlarını və dəyərlərini qorumaq istəyənlərin susdurulması ilə yanaşı dərin bir ictimai xof yaratmaq. Yəni anladırlar ki, biz istənilən vaxt öz içinizdən hazırladığımız terrorçu dəstələrimizlə ölkənizdə qarışıqlıq yaratmağa qadirik. Məhkəmə prosesinin gedişində terrorçu qrupun üzvləri yalnız şəxsimə deyil, həm də Azərbaycan dövlətinə olan nifrətlərini gizlətmirlər. Həmin məhkəmə prosesindəki çıxışları izləyən, ona qarşı rəsmi təbliğat reaksiyamızı müşahidə edən sadəlövh insanlar bəlkə də rahatlıqla belə düşünərlər: “Başqa ölkənin mənafeyinə öz Vətəninin maraqlarını satmaq, oradan alınan təlimat əsasında burada terror aktı törətmək və ölkəni qarışdırmaq heç də şərəfsiz və namussuz hərəkət sayılmaz. Adamlar sadəcə öz dini inanclarının tələbinə uyğun hərəkət ediblər”. Bax beləcə anlamadan öz vətəndaşımızın şüuruna Vətənə xəyanət kimi bir namussuz davranışa loyal baxışı yerləşdirmiş oluruq. Məhz bu səbəbdən həyatıma yönəlik məlum terror hadisəsinin bir illiyində aşağıdakı düşüncələri açıqlamağı zəruri sayıram.
 
“Ölümdən döndü”. Bu ifadə hələ də qulağımdan asılıb qalmış. Əsrlərdir dilimizin məhvərində yer alan bu sadə cümlənin alt qatında əslində yaradılış qanununa zidd olan bir düşüncə yer alır. İlk öncə bu sualı cavablandırmaq zərurəti yaranır: “Ölümdən dönüş varmı?”
 
dc53526db36937365f38f2972ebc54ee.jpg (72 KB)
 
“Bütün canlılar ölümü dadacaqdır!” deyən Quran məntiqindən başlayaraq gözümüzün önündə ölümdən dönməyən tanıdığımız insanlara qədər bizi heyrətləndirəcək hansısa məqam ortada yoxkən, yaşadığımız həyatın təsadüf sayıla biləcək təcrübələri bizlərə azmı ipucu verir? Tale elə gətirib ki, məmləkətin son qırx ilinin ən təlatümlü siyasi hadisələrinin içində yer almışam və bütün siyasi labirintlərin içində dəfələrlə ölüm risqini adlayaraq sağ qalmışam. Məgər 1990-cı ilin 19 yanvardan 20 yanvara keçən gecə baş verən qanlı hadisələrin qurbanına çevrilməmiz bir an məsələsi deyildimi? Ya ötən əsrin 90-cı illərində Türkiyəyə mühacirətə gediş məqamında yaşadıqlarım? Yaxud yenidən düşmənlə üz-üzə səngərdə zabit kimi hərbi xidmətdə qarşıma çıxan ağır sürprizlər? Bütün bunlardan daha dəhşətlisi 28 mart 2023-cü il tarixindən evimin qarşısında baş verən terror aktından yaralı vəziyyətdə qurtuluşum. Əlbəttə, bunların hamısında “qoruyucu mələyin”, yəni anlaşılan bir dildə “əlahəzrət təsadüfün” rolunun xatırlanması vacib olsa da, bəlkə ölümə biganəliyimin də izahı mümkün olmayan bir rolu olduğunu vurğulamaq istərdim. Mən həyatı məhz faydalı və mənalı yaşadığıma görə çox sevirəm, ancaq hər zaman Nazim Hikmətin də söylədiyi; “Ölümdən o yana bir kənd varmı Bayramoğlu?” kimi möhtəşəm sualın üzərində düşüncələri aktual olaraq qorumaqdayam. Özümü həmişə konkret prosesləri yönəldən, bəzən də yönəldilən proseslərin içində yer alan siyasətçidən daha artıq aydınlatma, sağlam düşüncəyə çağırış görəvini önə çıxaran bir vətən övladı rolunda hiss etmişəm. Siyasət də əslində rolun vasitəsi kimi anlaşılıb bütün yaşamım boyu. Bəlkə də bu düşüncələr Vətəndaş olmaqdan çox, Vətənbaş olmağı hədəfləməyimdən qaynaqlanmış və hər zaman Başı Daşdan qorumağın önəmini anlamışam. Milyonlarla Daşı bir neçə işıqlı Başa atanın Vətən, Dövlət, Xalq, Millət üzvü və ya ayrıca əziz bir insan, yaxud düşmən bir məxluq olmasının da fəqrinə varmamışam. Əmin olduğum bir gerçək olub: Başı Daşdan qorumaq insanlığı cəhalətdən, nadanlıqdan qorumaq deməkdir. Bir yapon, bir yəhudi, bir ingilis, bir çinli başına dəyən bir Milli Daş belə, dünyada Daşın Başdan ağır gəlməsini təmin edəcəkdir və bu, bizim məmləkətin taleyi üçün də arzuolunmaz bir sonluq deməkdir.
 
Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Əhməd Bəyin, Əli bəy Hüseynzadənin, Cavid Əfəndinin, Məhəmməd Əmin bəyin və onlarla bu sıralamada yer alan şəxsiyyətlərin başına atılan cəhalət dolu Vətən Daşları XXI yüzildə yolumuzun üstündə qalaqlanıb hərəkətimizi əngəlləyir. Bu Daş formasında simvollaşdırdığımız məfhumları siz güllə, yumruq, söz kimi də anlaya bilərsiniz. Ağır yaralandığım andan həyatım üçün narahatlıq keçirən, xəstəxana qarşısında həyəcanla gözləyən, evdə müalicə olunduğum zaman dəyərli vaxtını ayırıb ziyarətə gələn, uzaqdan olsa belə duaları ilə bizi xatırlayan hər bir insanımıza, xüsusilə də “Fazil Mustafaya qarşı törədilən bu terror aktı həm də Azərbaycan dövlətinə qarşı törədilmişdir” deyən dövlət rəsmilərinə, ilk gündən mənəvi dəstəyini hiss etdiyim ölkə prezidentinə sonsuz minnətdarlıq borcum var. Vəfa borcum isə yuxarıda adlarını sadaladığım millət adına aydınlığımızın, dövlət adına müstəqilliyimizin təməlinə Daş qoymuş dəyərli böyüklərimizədir.
 
Sui-qəsd baş verəndən sonra kimsənin ağlına belə gəlmədi məndən şəxsi düşməninmin olub-olmaması barədə sual sorsun. Təcili yardım maşınında məni müşayət edən edənlərə qətiyyətlə söylədiyim bu ifadəni dəqiq xatırlayıram: “Mənim şəxsi düşmənim yoxdur, güllə atanlar da ancaq fikir düşməni, düşüncə qatili müsəlman terrorçuları ola bilər”. Məntiq sadədir: İllərdir dini cəhalətə, xurafata, ərəb, fars, türk məzhəbçiliyinə, təriqətçiliyinə qarşı aydın mövqe sərgiləyirəm, yaşadığımız İslamın öz peyğəmbəri Məhəmmədin dünyagörüşü ilə əlaqəsi olmadığını, əsasən vəhşi, qatil və nadan yetişdirən bir mexanizm olduğunu yazıram, söyləyirəm. Təbii ki, bunlarla yanaşı gerçək İslamı anlayan, yaşayan, dini ideologiya kimi canına hopdurmamış, ölkənin dünyəvi Anayasasına sayğılı xeyli sayda tanıdığım müsəlmanların da inanc və hərəkətlərini təqdir edərək, illərdir özüm də namaz, oruc, Həcc ziyarətindən tutmuş bu dinin bütün rituallarına əməl etməyə çalışıram. Deyə bilərsiniz ki, konkret terror əməlini törətmiş bu qrupun əsas simaları Qumda yetişdirilmiş və ya burada parnikdə genetik modifikasiyası dəyişdirilmiş zombiləşmiş azərbaycanlılardır, sabah ağalarından əmr gəlsə öz atalarını, analarını, qardaşlarını da rahatca güllələyərlər. Neçə ki, həbs olunan bəzi şəxslərin telefonlarından İran kəşfiyyatına ötürmək üçün Azərbaycanın strateji obyektlərinin foto və videolarının çıxması da buna dəlalət edir. Bu, dolayı yolla həm də İran vasitəsi ilə Ermənistana ötürüləcək məxfi məlumatlardır. Fəqət iş burasındadır ki, başqa məkanlarda yetişən və yalnız ibadət formasına görə fərqlənən müsəlmanların da bir çoxunun dünyagörüşü aşağı-yuxarı bunlarınkına çox bənzərdir.
 
166f3b1822e519c1677cacb1afc0e459.jpg (223 KB)
 
Dostlarla şəhərdə Ramazan ayının orucunu açıram, evə dönürəm və məlum olur ki, aylardır məni izləyən terrorçu İran xüsusi xidmət orqanından göndərilən maddi vəsait və təlimat əsasında evimin qarşısında qurulmuş pusqudan gecənin qaranlığında birbaşa maşınıma yaxın məsafədən atəş açır. Səkkiz avtomat gülləsindən ikisi vücudumu dəlib keçir. Maraqlıdır ki, bu əmri verən və icra edən adamlar da oruc tutur, namaz qılır və həm də rahatlıqla oruc tutan, namaz qılan başqa bir müsəlmanı öldürmək istəyir. Həm də evinin önündə, ailəsinin gözü qarşısında. Arqument də birdir: “Fikirləri, çıxışları bizi narahat edir”.
Əlbəttə, mən bu Vətənə düşmən olan, onun dünyəvi dövlət quruluşunu təhdid edən, məzhəbi, dini maska kimi istifadə edərək başqa dövlətin maraqlarına xidmət edən hər bir satqını, xaini, cahili narahat edən bir azərbaycanlıyam. Həm də narahat olduqları fikirlərin müəllifi yalnız mən deyiləm, bu milləti aydınlığa qovuşdurmaq istəyən bütün dünyasını dəyişmiş milli şəxsiyyətlərimizdir, biz onların yüz il öncəki fikirlərinin sadəcə tərcümanıyıq.
 
Azərbaycanda və çevrəmizdə baş verən bu kimi hadisələrdən çıxan ibrətamiz nəticə: artıq bizləri bir müsəlmanın adil insan kimi yetişməsi qatil kimi yetişməsindən daha çox təəccübləndirir. Bu qatillərin də təsnifatını doğru aparmaq lazım: İnsan qatillləri və Fikir qatilləri. Azərbaycanın spesifikası həm də budur ki, burada dinçiləri ya Sünni dininin, ya da Şiə dininin təmsilçiləri olaraq görə bilirsən. Həzrəti Məhəmmədin yaşadığı, anlatdığı İslam dininə bağlı mömin dindar tipologiyası da ölkəmizdə nadir nüsxəyə çevrilməkdədir.
 
Müsəlman həmrəyliyinin özü də mahiyyətcə iki cürdür: Birincisi qatil müsəlmanların həmrəyliyi, ikincisi adil müsəlmanların həmrəyliyi. Əsrlər boyu qatil müsəlmanların həmrəyliyi adil müsəlmanların həmrəyliyindən daha aktiv fazada özünü büruzə vermişdir. Bu günümüzdə də dəyişən bir durum yox!
 
Nə yazıq ki, bu gün ittihadi-islam anlayışı daha çox qatil müsəlmanların üzərindən gerçəkləşməkdədir. Müstəqillik dövrümüzün ən ciddi itkilərindən birincisi də elə burada özünü göstərir. Bu cür dinçiliyin ən acınacaqlı tərəfi isə özünə psixoloji cəhətdən “dinin qoruyuculuğu” funksiyasını qəbul etdirməkdir. Sonra bu funksiya daha da xırdalanır və “İslam dövlətinin qoruyucusu”, “müsəlmanların qoruyucusu”, “məzhəbin qoruyucusu”, “təriqətin qoruyucusu”, “öldürülmüş imamın və ya şeyxin qoruyucusu”, “yaşayan imamın, şeyxin və ya digər din xadiminin qoruyucusu” kimi adlar altında fanatik bir kimliyə çevrilirlər. İslam insan şəxsiyyətini bəndəyə, dini liderə, hökmdara nökər olmaqdan Allaha qul olmağa, yəni yaşayan avtoritetə deyil, yaşadan avtoritetə doğru ucalmağa yönəltdikcə, bu insanlar vasitəçilərsiz şəxsiyyət olma kimi mənəvi həzzdən könüllü imtina edirlər.
Biz ölümdən dönüşdən danışdıq, bəs cəhalətdən, nadanlıqdan, mövhumatdan, xurafatdan, yobazlıqdan aydınlığa dönüş varmı?
 
Ölkəmizdə yetkinləşmiş sıraüstü az sayda Vətənbaş var, dövlət təəssübü və hüquq anlayışı olan bir miqdar sıradan Vətəndaş var, bunlarla yanaşı yeriyən, danışan, ibadət edən yüzminlərlə Daş var. Hər bir Daş ayrı-ayrılıqda həm də bu Vətənə xor baxan, ağzı dualı, oruclu məxluqlardır. Mən onları Vətənxor adlandırıram. Bu Vətənxorlar nəşəxorlardan, rüşvətxorlardan daha təhlükəli zümrədirlər.
 
Gerçəyi gizlətməyək, biz əsrlər boyu xəstə cəhalətsevər iranlı virusunu zehnində, ruhunda daşıyan bir soydaş kütləsi olmuşuq. 1828-ci il Rusiya işğalı hər nə qədər xalqımızın fərdlərinə qarşı faciələr bəxş etsə də, bizə siyasi müstəmləkəçilik gətirsə də, geriçi iranlı kimliyimizdən qurtuluş üçün cəmiyyətimizin bir qisminə qapı açdı. Məhz biz azərbaycanlı kimliyimizi, şəxsiyyətimizi tanımaqla XX yüzilin başlarında müstəqil dövlət qura bildik. Acınacaqlıdır ki, XXI əsr bizim yenidən cəhalət, nadanlıq və xurafatla dolu iranlı kimliyinə qaytarmaq istəyənlərlə müstəqil dünyəvi dövlətimizi və şəxsiyyətli azərbaycanlı kimliyimizi qorumaq istəyənlərin mübarizə tarixi kimi xatırlanacaq. Ancaq bu mübarizənin önündə ölkənin xüsusi xidmət və hüquq-mühafizə orqanlarını və tək-tük Vətənbaş şəxslərini görmək mümkündür. Bu sahədə səlahiyyəti olan dövlət institutları və hər ayın sonunda maaş kartına əmək haqqı yüklənən dövlət məmurları, eləcə də sağlam dindarlar və ziyalı ağırlıqlı mərkəzlər müstəqil dövlətimizin qorunması üçün fəaliyyətlərini canlandırmasa, cəmiyyətin sağlam düşüncəli insanları səfərbər olmasa bir neçə ildən sonra cəhalət sempatizanları Azərbaycanı rahatlıqla terror yuvasına çevirə bilərlər.
 
Öz vətəndaşımızdan Daşı qoparıb, onu Vətənə atırlar. Məni öləcəyim gün və ya an qorxutmadı, qorxutmayacaq da. Çünki Vətən, Millət, Milli Dövlət cinahı və Aydınlıq davasında ölənlərin içində ömür yolu, yazısı, kitabı ilə yaşayan nəsillərimizin xatırlaması üçün şərəfli bir ad buraxacağımdan əminəm. Ancaq hər bir Vətən övladının Vətəndən ayrılan daşları ətəyindən töküb dünyanın yeniləşən üzünə diqqətlə baxması lazım. Xırda-xırda qumcuqların artıq dünyəvi dövlətimizi, milli kimliyimizi, gələcək ideallarımızı təhdid edən qum topasına çevrilməsinə biganə qalan, müşahidəçi statusundan həzz alan vətəndaşlar, soydaşlar, dindaşlar özləri də anlamadan Ərəb ölkələrinin, İranın, Əfqanıstanın, bir sözlə müsəlman şərqinin yaşadığı fəlakətlərin eynisinin bu gözəlim məmləkətə daşınmasına yaşıl işıq yandıranlar olacaq.
 
Vətənə daş kimi yük olanlarla, ona aydın, işıqlı baş kimi xidmət edənlərin mübarizəsi indi daha həlledici və ciddi mərhələyə qədəm qoyur. Bu millətin dilinin qıfılını açmış Mirzə Fətəlinin, dövlətini qurmuş Məhəmməd Əmin bəyin, səsinin ahəngini düzəltmiş Üzeyir bəyin, müstəqillik davasını aparmış Elçibəyin, dövlət müstəqilliyini mətanətlə qorumuş Heydər Əliyevin və ölkəni düşmən işğalından azad edərək orqanik bütövlüyünü təmin etmiş İlham Əliyevin Cumhuriyyət modelini xilafətə, imamətə, cəhalətə qarşı qorumağa hazırıqmı? Hanı o gözəlim himnimizdə təkrar-təkrar oxuduğumuz sözlər? “Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır!” Yalnızca gənclərmi? Unutmayaq ki, milli dövləti gənc olan millətlərin yaşından asılı olmayaraq hər bir fərdi də dövləti kimi müdrik bir gənc olmağa məhkumdur. Mənim milli ideyamın biri və biricisi böyüklərimizin əmanəti olan Cumhuriyyətimizi cəhalətə, qaragüruha qurban getməkdən qorumaqdır. Yaşadıqca, mən bu ideyaya müştağam! Vücudumzu yaralayan cəhalətin qurşunları canımızdakı bu ideyanı yaşadıqca da, ölümümüzdən sonra da öldürə bilməyəcək!
 
Fazil Mustafa,
Milli Məclisin deputatı
 
Oxşar xəbərlər
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 14:23
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski