14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb
Cəmiyyət
2101
10 Nov 2023 | 19:55

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb

Bu gün 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Festivalın direktoru Feyruz Şamıyev bildirib ki, hər il belə festivallarla ölkəmizdə olan kino sənayesinə az da olsa, təkan verilir. Onun sözlərinə görə, artıq Qarabağdakı qələbəmiz də müəllif düşüncələrinə müsbət mənada təsir edəcək:

“Təkcə vətənpərvərlik mövzusunda yox, həm də qələbəmizdən sonra müəllif kinolarımızda belə düşüncələrimizə müəyyən qədər təsiri olacaq. Öz filmlərimizi dünyaya daha ürək açıqlığı ilə çıxara biləcəyik”.

Qeyd edək ki, bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər