Ağcabədidə ev YANDI: Ölən var
254
24 Apr 2026 | 09:29

Ağcabədidə ev YANDI: Ölən var

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər