Yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişir.
Moderator.az bildirir ki, bu, Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.
İndiyə qədər I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxil olub.
Eyni zamanda, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.
Riyaziyyat-kimya (RK) altqrupu
|
Riyaziyyat-informatika (Rİ) altqrupu
|
1
|
2
|
1. Fizika müəllimliyi
|
1. İnformatika müəllimliyi
|
- Riyaziyyat müəllimliyi
- Texnologiya müəllimliyi
|
2. Riyaziyyat və informatika müəllimliyi
|
4. Fizika
|
3. Kompüter elmləri
|
5. Geologiya
|
4. İnformasiya təhlükəsizliyi
|
- Mexanika
- Riyaziyyat
- Aerokosmik mühəndislik
- Aqromühəndislik
|
- İnformasiya texnologiyaları
- Kompüter mühəndisliyi
- Mexatronika və robototexnika mühəndisliyi
|
- Aviasiya təhlükəsizliyi mühəndisliyi
- Cihaz mühəndisliyi
- Dəniz naviqasiyası mühəndisliyi
|
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- Sistemlər mühəndisliyi
|
- Ekologiya mühəndisliyi
- Elektrik və elektronika mühəndisliyi
- Energetika mühəndisliyi
- Gəmi energetik qurğularının istismarı mühəndisliyi
- Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
- Geologiya və geofizika mühəndisliyi
- Geomatika və geodeziya mühəndisliyi
- Hava nəqliyyatının hərəkətinin təşkili
- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
- İnşaat mühəndisliyi
- Kimya mühəndisliyi
- Kommunikasiya sistemləri mühəndisliyi
- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
- Maşın mühəndisliyi
- Materiallar mühəndisliyi
|
|
3
1
|
2
|
28. Mədən mühəndisliyi
|
|
29. Meliorasiya mühəndisliyi
|
30. Memarlıq*
|
31. Metallurgiya mühəndisliyi
|
32. Mexanika mühəndisliyi
|
33. Mühəndis fizikası
|
34. Neft-qaz mühəndisliyi
|
35. Nəqliyyat mühəndisliyi
|
36. Nəqliyyat tikintisi mühəndisliyi
|
37. Qida mühəndisliyi
|
38. Radiotexnika və telekommunikasiya
mühəndisliyi
|
39. Şəhərsalma
|
40. Sənaye mühəndisliyi
|
41. Uçuş mühəndisliyi
|
42. Yanğın təhlükəsizliyi mühəndisliyi
|
43. Aqronomluq
|
44. Balıqçılıq
|
45. Meşəçilik
|
46. Şərabçılıq
|
47. Torpaqşünaslıq və aqrokimya
|
48. Yerquruluşu və daşınmaz əmlakın
kadastrı
|
- Zoomühəndislik
- Hərbi kompozisiya materialları mühəndisliyi
|
51. Hərbi rabitə vasitələri mühəndisliyi
|
52. Optotexnika mühəndisliyi
|
53. Pirotexniki və partladıcı vasitələr
mühəndisliyi
|
54. Sərhəd təhlükəsizliyi və idarəetmə
|
55. Silah və silah sistemləri mühəndisliyi
|