"Ərim şəhərə getsin, çağıracam səni" deyən qadına əri GÖRÜN NƏ ETDİ
Cəmiyyət
Oxunub: 7344
25 Jan 2022 | 14:06
Xızı rayonunda 1983-cü il təvəllüdlü Cabbar ailə münaqişəsi zəminində arvadı Lətafətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 9 iyul 2020-ci ildə rayonun Altıağac qəsəbəsində baş verib. Cabbar həmin gün gecə yaşadıqları evdə mübahisə nəticəsində Lətafətə şillə və yumruqla vurub.
 
İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Cabbar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Xızının Altıağac qəsəbəsində kirayədə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur: “Təxminən 2020-ci ilin iyulun əvvəllərindən başlayaraq gecələr evdə yatarkən arvadım yuxuda “Kənan, qoy Cabbar şəhərə getsin, çağıracam səni, gələrsən” və sair bu kimi sözlər sayıqladığını eşitdim. Bu səbəbdən məndə şübhələr yarandığından arvadıma hara getdiyi, kimlərlə münasibətdə olduğu barədə suallar verdim. Arvadım da yuxuda olduğunu hiss etmədən mənimlə danışdı.
 
Kənan adlı şəxslə necə və hansı şəraitdə görüşdüyünü mənə bildirdi. Bu hal bir neçə dəfə təkrarlandığı üçün arvadımdan şübhələnməyə başladım. Bunu yoxlamaq məqsədilə iyulun 9-da, saat təxminən 17.00-da Lətafətə Sumqayıt şəhərinə gedəcəyimi bildirdim. Evdən çıxdım və kirayə yaşadığım evin həyətini görmək üçün dağlıq əraziyə qalxdım. Oradan həyəti güdməyə başladım”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, evdən çıxandan bir müddət sonra Lərafət ona zəng edib və harada olduğunu soruşub: “Mən də karantin postunu rahatlıqla keçdiyimi və artıq Sumqayıt şəhərində olduğumu bildirdim. Təxminən bir neçə saat sonra Lərafətin uşaqlarla birlikdə evdən çıxdığını, qızım Nərgizin telefon fənərini qapının kilidinə tutduğunu, Lətafətin isə qapını kilidlədiyini gördüm. Bundan sonra arvadım telefonu qızından aldı, fənərlə kiməsə işarə verdiyini və daha sonra özünü uşaqların yanına çatdırıb, birlikdə atam Əligilə tərəf getdiklərini gördüm”.
 
Cabbar qeyd edib ki, daha sonra yavaş-yavaş evə yaxınlaşıb, həyətlərinə 30-40 metr qalmış həmkəndlisi Kənanın onların evinin qarşısındakı həyətə keçdiyini görüb: “Bu zaman Kənanın telefonla kiməsə “həyətinizdə adam var” dediyini eşitdim. Kənanı tutmaq üçün çəpərdən həyətə tullandım. Lakin ona qədər artıq Kənan duyuq düşdü və qaçdı. Onu tuta bilmədim.
 
Bundan sonra atam evinə getdim. Qardaşım Camala baş verənləri danışdım, Kənanla görüşməyi tapşırdım. Sonra arvadımı götürdüm, kirayə qaldığımız evə qayıtdım”.
 
Cabbar deyib ki, Lətafətlə evə qayıdandan sonra ona artıq hər şeyi bildiyini, Kənanla görüşməsindən xəbəriolduğunu, bundan sonra daha onunla yaşamaq istəmədiyini deyib: “Arvadımdan hər şeyi etiraf etməsini tələb etdim. Kənanla son bir ildir görüşdüyünü, aralarında iki dəfə intim münasibət olduğunu, “Cənnət Bağı” İstirahət Mərkəzində işlədiyi zaman isə orada İbad adlı şəxslə üç dəfə intim münasibətə girdiyini bildirdi. Lətafətin bütün bu etiraflarını səs yazısına aldım və gecə saat 3-4 radələrində qayınanamla qayınatamın, qaynımı, həmçinin öz valideynlərimi məsələdən agah olmaları üçün evə çağırdım. Lətafət özünün və mənim valideynlərimi görəndən sonra səs-küy salmağa başladı. Ona şər atılmasını bildirdi.
 
Mən də arvadımın bu hərəkətindən əsəbiləşdim, onun sifət və bədən nahiyələrinə bir neçə dəfə şillə-yumruq vurdum. Hər ikimizin valideynləri evlərinə getdi. Biz isə birlikdə kirayə yaşadığımız evdə qaldıq”.
 
Cabbarın ifadəsinə görə, səhəri günü arvadı baş verənlər barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib və məlumat verib. O, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, habelə zərərçəkmiş şəxs olan arvadı ilə barışdığını və arvadının ona qarşı şikayəti olmamasının nəzərə alınmasını istəyib.
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətafətin sözlərinə görə, iyulun 9-da saat 17.00-da əri Cabbar şəxsi işləri ilə əlaqədar Xızı şəhərinə, daha sonra xüsusi karantin postundan keçə bilsə, Sumqayıta gedəcəyini deyib, sonra evdən çıxıb: “Bundan sonra təxminən 17.30-da Cabbara yenidən zəng etdim. Cabbar gecə Sumqayıt şəhərində qalacağını və buna görə də axşam uşaqları da götürərək anasıgilə getməyimi tapşırdı. Həmin gün axşama kimi kirayə tutduğumuz evdə oldum. Evdə qaz olmadığına görə saat 21 radələrində uşaqları da götürdüm və qayınanamgilə getdim”.
 
Zərərçəkmiş şəxsin sözlərinə görə, təxminən saat 23 radələrində əri Cabbar da həmin evə gəlib: “Cabbar hər hansı bir səbəb göstərmədən əlimdən tutaraq bayıra dartdı və birlikdə kirayə tutduğumuz evə gəldik. Evə girəndən sonra Cabbar məndən niyə evdən çıxanda dağlara tərəf işıq tutmaqla, işarə verdiyimi soruşdu. Mən də heç kimə işarə etmədiyimi, sadəcə evdən çıxanda həyətin işığı olmadığına görə telefonun fənərini yandıraraq qapının kilidinə baxdığımı bildirdim. Lakin Cabbar mənə inanmadı və pozğunluq etdiyimi israrla dedi”.
 
Lətafətin sözlərinə görə, Cabbar inadla ondan “kimdir o münasibətdə olduğun” deyə soruşub: “Mən də belə bir hadisənin olmadığını izah etməyə çalışdım. Beləcə, təxminən on dəfədən çox Cabbar məndən eyni şeyi soruşdu. Məni hədələməyə başladı. Məcbur olaraq yalandan “hə, olub” deyə bildirdim. Cabbar tez telefonunu götürərək səsimi yazmağa başladı. Bütün bunlar baş verəndən sonra Cabbar həm mənim valideynlərimi, həm də öz valideynlərini kirayə yaşadığımız evə çağırdı.
 
Valideynlərim gəldikdən sonra onlara baş verənləri danışaraq, Cabbarın məni şərlədiyini və heç kimlə münasibətimin olmadığını bildirdim. Bu zaman Cabbar üstümə gəldi, bir neçə dəfə şillə və yumruqla sifətimə, bədənimin müxtəlif nahiyələrinə vurdu”.
 
Bu cinayət işinə Xızı rayon Məhkəməsinə baxılıb. Cabbar hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 22 gün müddətə islah işləri cəzasına məhkum olunub.
Oxşar xəbərlər
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
07 May 2024 | 14:40
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
07 May 2024 | 14:38
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
07 May 2024 | 14:37
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
07 May 2024 | 14:34
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
07 May 2024 | 14:31
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 00:43
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 00:43
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO