Cəmiyyət
1977
17 Nov 2021 | 15:47

"Tərəflər arasında yeni bir müharibənin başlaması həmişə mümkündür, lakin..."

Amerikalı analitik Pol Qobl: "Ermənistan rəsmi Moskvanı öz tərəfini tutmağa məcbur etmək istəyir"
 
Amerikalı analitik, Amerikanın keçmiş Dövlət Katibi Ceyms Beykerin xüsusi müşaviri Pol Qobl  Azərbaycan - Ermənistan sərhədində yaranmış qarşıdurma ilə bağlı Moderator.az saytına qısa açıqlama verib: 
 
"Düşünürəm ki, tərəflər arasında yeni bir müharibənin başlaması həmişə mümkündür, lakin bu günlərdə baş verən döyüşlərin yaxın gələcəkdə dramatik şəkildə genişlənəcəyinə şübhə edirəm. Zənnimcə, hazırda Azərbaycan-Ermənistan sərhəddində baş verən qarşıdurmada hər iki tərəfin - Azərbaycan və Ermənistanın və həmçinin də Rusiyanın müəyyən məqsədlərinin sınağı gedir. Ermənistan rəsmi Moskvanı öz tərəfini tutmağa məcbur etmək istəyir, lakin Rusiya is öz maraqları çərçivəsində davranacaq".
 
Leyla Şah
Link kopyalandı!
Son xəbərlər