Kinostudiyanın ilk rəhbəri: Onu Moskvada həbs edib güllələdilər – Tanımadığımız Mahmudbəyov
Cəmiyyət
Oxunub: 1136
24 Apr 2021 | 10:42
Kinostudiyanın ilk rəhbəri: Onu Moskvada həbs edib güllələdilər – Tanımadığımız Mahmudbəyov
Azərbaycanda kino sahəsinin yenidən qurulmasında və təşkilində, indi adı az xatırlanan ilk kino məmurumuz Şamil Mahmudbəyovun (bəzən onu rejissor Şamil Mahmudbəyovla səhv salırlar) mühüm xidmətləri olub. Onun atası Tiflisdə yerləşən Aleksandrovski Müəllimlər İnstitutunun məzunu, maarifçi Həbib bəy Mahmudbəyov əslən Şamaxıdan idi.
 
O, 1887-ci ildə Sultan Məcid Qənizadə ilə Bakıda maarifin inkişafında böyük rol oynayan ilk özəl rus müsəlman məktəbini açıb. Bundan başqa Həbib bəy Qənizadə və başqaları ilə birlikdə rus-müsəlman kitabxanasını təşkil edib. Oktyabr çevrilişinədək ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olan, Bakı Şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının keçirilməsində fəal iştirak edən Həbib bəy sovet hakimiyyətinin qurulmasından sonra Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak eləyib. Həmin institutda uzun illər direktor müavini, eyni zamanda rus dili və ədəbiyyatı müəllimi işləyib.
 
Həbib bəy teatrın inkişafında da xidmətlər göstərib. Onun, Sultan Məcid Qənizadə və Nəcəfqulu Vəliyevlə birgə yaratdığı sabit teatr qrupunda Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Mirzağa Əliyev, Məhəmməd Ələvəndi kimi teatr xadimləri çıxış edirdilər.
 
Şamil Mahmudbəyov (1898-1936) məhz belə bir ailədə dünyaya göz açmışdı. O, atasının açdığı ilk rus-tatar məktəbində oxumuşdu, ali təhsilini Kiyev Politexnik İnstitutunda almışdı. Mahmudbəyov sovet hakimiyyəti dövründə Nəriman Nərimanovun şəxsi katibi, Şuşa İnqilab Komitəsinin sədri, Qarabağ və Zəngəzur Fövqəladə Komissiyasının sədri, Naxçıvan MSSR XKS-nin sədr müavini, daxili işlər komissarı, İK-nin sədri olmuşdu...
 
Sovet hakimiyyəti dövründə kinematoqrafiya mövcud ideologiyanın təbliğatından ötrü prioritet sahələrindən birinə çevrildi, bu səbəbdən rəhbərlik kino işinin təşkilinə, film istehsalına xüsusi diqqət ayırırdı. Amma fəaliyyətdə olan kino qurumlarının işini səmərəli qura bilməməsi, maddi-texniki təchizatda, ssenarilərin seçilməsində problemlər, milli kadr çatışmazlığı bu sahədə praktik, kompleks tədbirlərin görülməsini zəruri edirdi.
 
Ona görə 1925-ci ildə “Foto-Kino İdarəsinin yenidən qurulması haqqında” qəbul olunan qərarda kino istehsalının dövlət əhəmiyyətli iş olduğu qeyd edilir, təbliğat və siyasi məzmunlu filmlərin çəkilişi, Azərbaycan Foto Kino İdarəsinin təşkilati quruluşu dəyişdirilməsi də vacib sayılırdı.
 
Qərarla yeni yaradılmış “Azərkino”ya rəhbərlik Şamil Mahmudbəyova tapşırılır. O, fəaliyyəti dövründə kino sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, milli kadrlarının yetişdirilməsi istiqamətində mühüm işlər görür. Mahmudbəyovun rəhbərliyi dövründə fotoqrafiya, kinematoqrafiya, kino-teatrlar və kinoprokat müəssisələri dövlətin əlində cəmləşdirilir, AFKİ-nin tərkibindəki müvafiq qurumların normal fəaliyyəti üçün şərait yaradılması ön plana çəkilir, həmin bölmələrin rəhbərliyinə savadlı kadrlar təyin olunur. Bundan başqa o, xronika şöbəsi yaradaraq, Rusiyada təcrübə keçmiş rejissor Aleksandr Litvinovu həmin şöbənin rəhbəri təyin eləyir.
 
Mahmudbəyov kino-fabrikin yeni binasının tikilməsinə, istehsalatın səviyyəsini qaldırmaq məqsədilə yeni avadanlıq və çəkiliş aparatlarının alınmasına maliyyə vəsaiti ayrılması üçün çalışır. Onun davamlı təkidlərindən sonra 1926-cı ildə yeni kino-fabrikin tikintisi üçün hökumət orqanları vəsait ayırır. Hətta 1930-cu illərdə C.Cabbarlının “İnqilab və mədəniyyət” jurnalında yazırdı: “...fabrikin inşasına 200 min manata qədər pul xərcləndi. Kino-fabrikin 78 işıq nöqtəsi, 10 şəkil çəkən aparatı vardı. Fabrikin kinolaboratoriyasında yeni kopyaedici (surətçıxaran – N.Ə.) aparat qurulmuşdu. Fabrikdə paltar, qrim və operator şöbələri olduğu kimi, mətbəə, fotolaboratoriya, elektrik stansiyası və bu kimi yeniliklər vardı”.
 
“Azərkino” xüsusi film fondunu yaratmağa, bütün ekran əsərlərini icarə ilə almağa başlamışdı. Tamaşaçıların sayı artmış, 20 səyyar kino aparatı işə salınmış, kino işlərini ucuzlaşdırmaq və kooperativləri kino işlərinə cəlb etmək məqsədilə 28 kino şirkət yaradılmış, kəndlərə xidmət üçün Azərittifaqa 60 xüsusi kino qazalağı (arabası) sifariş verilmiş, kollektiv təsərrüfatlarda sabit (stasionar) kino qurğuların yerləşdirilməsinə başlanmışdı.
 
Mahmudbəyov milli kadrların hazırlanmasına da diqqət yetirirdi. Onun səyi ilə 1925-ci ildə kino-fabrikin nəzdində ikiillik rejissor hazırlığı studiyası təşkil olunur, burada ilk peşəkar kinematoqrafçılar Cəfər Cabbarlı, Mikayıl Mikayılov, Ağarza Quliyev, Rza Təhmasib (ümumilikdə 56 nəfər) təhsil alırdılar. Rejissor və aktyor ustalığı, operator işi, ssenari yaradıcılığı, kino texnikası və s. məsələləri üzrə məşğələləri aparmaq üçün Moskvadan A.Ardatov, N.Kirillov, S.Troitski və V.Sladkopevtsev dəvət olunmuşdu.
 
Rza Təhmasib “Ədəbiyyat və incəsənət” (1970) qəzetinə müsahibəsində xatırlayırdı: “Şərait ağır olsa da ruhdan düşmürdük. Öz qüvvəmizlə film çəkir, dekorları açıq havada, elə kino-fabrikin həyətində qururduq. Kursda oxuyarkən yazdığım ssenari əsasında qısametrajlı film çəkmişdik. Filmdə dövrümüzün böyük dramaturqu olan Cəfər Cabbarlı qoca ata rolunu məharətlə yaratdı. Hamımız onun aktyorluq qabiliyyətinə heyran qalmışdıq…”
 
Mahmudbəyov eyni zamanda, Azərbaycan qadınların kinoya cəlb olunması üçün çalışırdı. 1925-ci ildən başlayaraq, aktrisalardan Əzizə Məmmədova, Sona Hacıyeva, İzzət Oruczadə, Mərziyə Davudova və başqaları filmlərdə çəkilirdilər.
 
Ümumiyyətlə, Mahmudbəyov sənət adamları arasında böyük nüfuza malik idi, yüksək savadına, insani keyfiyyətlərinə görə şəxsiyyətinə hörmətlə yanaşırdılar. Abbas Mirzə Şərifzadəni “Bismillah” filmini çəkməyə, Cabbarlını ssenari yaradıcılığı ilə məşğul olmağa məhz o, həvəsləndirmişdi. Mahmudbəyovun dəvətilə Moskva, Leninqrad, Kiyev və Tbilisidən Vsevold Pudovkin, Nikolay Şengelaya, İvan Perestiani, Mixail Çiaureli kimi, görkəmli sənətçilər Bakıya gələrək yerli kinematoqrafçıların peşəkar səviyyəsinin artırılmasına yardım edirdilər. Xüsusən, Pudovkin həm film çəkmək, həm də milli kadrlar hazırlamaq işində yaxından iştirak edir, kino-fabrikin yaradıcı işçiləri üçün mühazirələr oxuyurdu.
 
Mahmudbəyov qısa müddətdə kino istehsalında dönüş yarada bilmişdi. Təkcə 1925-ci ildə 16, 1926-1928-ci illərdə isə 20-dən çox sənədli-xronikal film çəkilmiş, “Bismillah”, “Müxtəlif sahillərdə”, “Gilan qızı”, “Vulkan üzərində ev” bədii filmləri lentə alınmışdı. Onun təşkilatçılığı sayəsində 1928-ci ilin fevralında yeni kino pavilyonu təzə avadanlıqlarla təchiz olunaraq istismara verilmişdi. Kino-fabrikin nəzdində fəaliyyət göstərən kino emalatxanası ilə yanaşı, “Kino aktyoru” eksperimental emalatxanasının fəaliyyətə başlaması da Mahmudbəyovun səyi nəticəsində baş tutmuşdu.
 
Mövcud siyasi rejimə xidmət etməsinə baxmayaraq, Mahmudbəyov milli təfəkkürə malik adam idi. Onun cəhdlərindən sonra 1926-cı ildən istehsal olunan filmlərdə türkcə titrlər tətbiq edilməyə başlamışdı. Artıq 1930-cu ildə “Azərkino”nun istehsal etdiyi filmlərin 95 faizi türkcə titrlərlə təchiz olunmuşdu.
 
Mahmudbəyovun milli təəssübkeşliyi başqa bir hadisədə də özünü göstərir. 1926-cı ildə Gürcüstan Dövlət Kino Sənayesi İdarəsi “Azərbaycan” adlı 7 hissəli kinodram çəkir. Ssenari müəllifi və rejissoru İvan Perestiani, operatoru Aleksandr Diqmelov olan həmin filmə Tiflisdə reklam plakatı hazırlanaraq ölkənin hər yerinə, o cümlədən, Azərbaycana göndərilir. Plakatda rəqs edən yarıçılpaq qadın təsvirinin altında filmin adı – “Azərbaycan” yazılmışdı. “Dövlətkinosənaye”nin idarə heyətinə məktub göndərən Mahmudbəyov yazırdı: “…yarıçılpaq marionetin altında sovet respublikası (Azərbaycan) adlı sözlər yazılmışdır. Hesab edirik ki, bu plakatı çap edən şəxslər tərəfindən senzurasız tərtib olunmuş kobud aktdır. Reklamın müəlliflərində bu məsələ ilə bağlı nəinki siyasi duyum yoxdur, hətta qonşu respublikaya aid həmin təsvirlərə münasibətdə onlar etika haqqında elementar anlayışa belə malik deyillər. Hesab edirik ki, əgər “Azdövlətkino” və ya hər hansı bir təşkilat belə bir məzmunda plakatı “Gürcüstan” başlığı altında buraxsaydı, yəqin ki, Gürcüstan SSR Dövlət Kinosənayesi də qəti etiraz edəcəkdi. Sizin çap etdiyiniz reklamın (“Dövlətkinosənaye”nin nəşri) ümumi məzmununa qarşı qəti etirazımızı bildiririk və nəzərinizə çatdırırıq ki, Azərbaycana göndərilmiş bütün plakatları, harada olursa-olsun, yığacaq və məhv edəcəyik. “Azdövlətkino” İdarə Heyətinin sədri Mahmudbəyov. 8 noyabr 1926-cı il”.
 
Təəssüf ki, Mahmudbəyovun kinodakı fəaliyyəti uzun sürmədi. Mircəfər Bağırov və Həmid Sultanov tərəfindən təqib olunan Mahmudbəyov 1928-ci ildə AFKİ-nin yenidən qurulması bəhanəsilə vəzifəsindən uzaqlaşdırılaraq Kənd Təsərrüfatı İnstitutuna tədris hissə müdiri təyin olundu. Sonra Qırmızı Professorlar İnstitutunda (partiyanın ən yüksək ideoloji kadrlarının və universitetlərdə ictimai elmlər üzrə müəllimlərin hazırlanması üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi ali təhsil müəssisəsi) təhsil almaq üçün Moskvaya, daha sonra Qorki şəhərindəki Marksizm-Leninizm İnstitutuna göndərilib. 1936-cı ildə burada həbs olunaraq güllələnir. 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ona bəraət verilib.
 
Məqalə Nəriman Əbdürrəhmanlının “Azərbaycan Kino Sənəti Tarixi” kitabının əsasında hazırlanıb(Kulis.az)
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM