Azərbaycanda şok olay: Qadın ərinin dostuna qoşulub qaçdı, atası... – Təfərrüat
Cəmiyyət
Oxunub: 2246
22 Apr 2021 | 12:15
Azərbaycanda şok olay: Qadın ərinin dostuna qoşulub qaçdı, atası... – Təfərrüat
1959-cu il təvəllüdlü Quba rayon sakini Məhərrəm İmanquliyev qısqanclıq zəminində qızı Zeynabi rayonun Barlı kəndində olan evində boğaraq öldürüb.
 
Məhərrəm 31 oktyabr 2020-ci ildə saat 22 radələrində ərinə başqa kişilərlə xəyanət edərək boşandıqdan sonra onunla bir evdə yaşayan qızı Zeynabin həyətdəki ayaqyolunda mobil telefonla kiminləsə xəlvəti şəkildə danışdığını eşidib.
 
Məhərrəm söhbətin sonunu gözləyib, qızı ayaqyolundan çıxdıqdan sonra ondan kiminlə danışdığını soruşub. Zeynab hər hansı şəxslə danışdığını inkar edib. O, qızının telefonla danışmasına əmin olduğu üçün onu evin içərisinə apararaq üst-başını yoxlyıb və alt paltarından “Samsung” markalı mobil telefonu aşkar edib.
 
Məhərrəm qızının əvvəllər də oxşar hərəkətlərə yol verdiyinə görə kənd camaatı arasında şəxsi nüfuzunun ləkələndiyini düşünərək hiddətlənib. O, doğma qızını boğaraq öldürüb.
 
“Qızım ər evindən qaçdı”
 
İstintaq orqanı tərəfindən Məhərrəm İmanquliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm İmanquliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Quba rayonunun Barlı kəndindəki evində həyat yoldaşı Gülzarə, oğlu Elvin və mərhum qızı Zeynabla birlikdə yaşayıb: “Zeynab təxminən 2010-cu ildə Xaçmaz rayonunun Qədəşoba kənd sakini Sədullanın oğlu Vasiflə ailə həyatı qurdu və birgə nikahlarından 2 uşaqları oldu.
 
2017-ci ildə Zeynab ər evindən qaçdı, sonra da telefonla müxtəlif şəxslərlə danışdı. Hətta bir neçə dəfə əri Vasif onun telefonunda yad kişilərin nömrəsini gördü, və buna görə Zeynabı boşadı.
 
Zeynab evdən qaçan vaxt ondan hara getməsini soruşduqda, yalandan parkda olmasını desə də, əslində tanıdığı hansısa kisi ilə qaçaraq getmişdi. Zeynabın bu hərəkətlərinə görə boşanmasına etiraz etmədim. Bütün səhvlərin qızımda olduğunu gördüm.
 
Boşandıqdan sonra Zeynabı öz evimə gətirdim. Uşaqlar isə Vasifin evində qaldı. Zeynabı evinə gətirərkən ona davranışına fikir verməyini, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrarlamamağı, məni camaat arasında biabır etməməyi tapşıraraq nəsihətlər verdim. Zeynab da söz verdi, eyni hərəkətləri təkrarlamayacağını bildirdi”.
 
“Bağdan meyvə yığmasına icazə vermişdim”
 
Məhərrəm İmanquliyevin sözlərinə görə, buna baxmayaraq Zeynab yenə xoşagəlməz hərəkətlərini davam etdirib: “Bir neçə dəfə evdən qaçdı, hətta bir dəfə yatdığı otağın pəncərəsinin dəmir barmaqlığını gecə vaxtı sökərək evdən getmişdi. Həmin vaxt uzun müddət evə qayıtmadı. Bununla bağlı Quba rayon polis şöbəsinə məlumat verdim.
 
Təximnən 1 ay sonra Zeynabın Xaçmaz rayonunun Müzəffəroba kənd sakini Bayram adlı şəxslə birlikdə qaçdığı mənə məlum oldu. Zeynabı tənbeh edərək eyni hərəkətlər etməməsini, həmin hərəkətlərinə görə kənd camaatı arasında biabır olduğumu deyərək yenə də bağışladım.
 
Zeynab boşanaraq evimə gələndə telefonu olmayıb. Başqa kişilərlə danışmaması üçün ona telefon işlətməyə icazə verməmişdim. Zeynaba yalnız qardaşı ilə birlikdə bağlarda meyvə yığmasına icazə vermişdim”.
 
“Alt paltarından telefon tapdım”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, saat 21 radələrində oğlu Elvinlə həyat yoldaşı Gülzar evdə hamam olmadığına görə yuyunmaq üçün qonşuluqda yaşayan mərhum qardaşı Həsəngilə gedib: “Mən isə qızım Zeynabla birlikdə evdə qaldım. Zeynab talvarın altında kələm doğrayırdı. Ayaqyoluna getmək üçün talvarın altına keçdikdə Zeynabın orada görmədim.
 
Bu zaman ayaqyolundan qızımın səsi gəldi. Yaxınlaşdıqda Zeynabın kiminləsə telefonla danışdığını eşitdim. Ayaqyolundan çıxdıqda ondan kiminlə danışdığını soruşdum. Heç kəslə danışmadığını bildirdi. Ona hər şeyi eşitdiyimi, yalan danışa bilməyəcəyini söylədim. Zeynabı evin içərisinə apararaq telefonu tələb etdim.
 
Zeynab telefonu olmadığını deyəndə üzərini axtardım və alt paltarından telefonu çıxardım. Bundan əsəbləşərək onun məni kənd camaatı arasında hörmətdən saldığını, biabır etdiyini düşündüm. Bu səbəbdən Zeynabı öldürmək qərarına gəldim. Onu tutaraq yerə yıxdım. Əlimdən qaçmaması üçün sinəsi üstündə oturdum və qollarını dizlərimin altına alaraq əllərimlə boğazından sıxıb boğdum.
 
Zeynabın xırıldadığını eşitdim. Ayağa qalxdım, sağ ayağımla Zeynabın boğazından möhkəm sıxaraq onu öldürdüm”.
 
“Demişdim ki, əxlaqsızlıqla məşğul olmasın”
 
Məhərrəm İmanquliyev bildirib ki, qızını öldürdükdən sonra evdən çıxıb və qardaşıgilə tərəf gedib: “Orada həyat yoldaşımı və oğlumu səsləyərək evə çağırdım, Zeynabın meyitini göstərərək onu öldürdüyümü dedim. Yoldaşım və oğlum ağlayaraq Zeynabın qollarını və ayaqlarını əlləri ilə yoxladılar, bədəninin isti olduğunu deyərək təcili tibbi yardım çağırmaq istədilər. Onlara artıq Zeynabın öldüyünü bildirdim.
 
Sonra da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim. Ardınca kəndin bələdiyyə sədri Kərimə və qardaşım oğlu Nadirə zəng etdim. Onlara Zeynabı boğaraq öldürdüyümü dedim.
 
Zeynabı başqa kişilərlə danışdığı üçün öldürmüşəm. Ona bir neçə dəfə demişdim ki, əxlaqsızlıqla məşğul olmasın. Törətdiyi cinayət əməlimdən peşmanam”.
 
“Qızım ərinin dostu ilə qaçdı”
 
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Zeynabın anası, təqsirləndirilən şəxsin həyat yoldaşı Gülzar İmanquliyeva ifadə verib.
 
O, bildirib ki, 2017-ci ildə qızı Zeynab əri Vasif evdə olduğu halda ərinin Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan dostu Bayramla gizlindən telefonla danışıb: “Həmin vaxt Vasif Zeynabın telefonla danışmasını eşidib və telefonu onun əlindən alarkən dostu Bayramla danışdığını görüb. Zeynab də özünü öldürəcəyini deyərək Vasifi qorxudub.
 
Buna görə Vasif Zeynabı bağışladı. Lakin bundan sonra Zeynab Bayrama qoşularaq evdən qaçaraq getdi. 3 gün sonra tapıldı. Yenə də Vasif Zeynabı bağışladı. Zeynab Bayramla münasibətlərini kəsmədiyindən 2018-ci ildə Vasif onu məhkəmə qaydasında boşadı”.
 
“Zeynabı tək harasa getməyə qoymamışıq”
 
Hüquqi varisinin ifadəsinə görə, bundan sonra həyat yoldaşı Məhərrəm Zeynabı evə gətirib və onu bağışlayaraq bir daha eyni hərəkətlərə yol verməməyi tapşırıb: “Zeynab ilk vaxtlar özünü yaxşı aparsa da, bir müddət sonra evin pəncərəsinin dəmir barmaqlığını çıxararaq evdən qaçdı. Həyat yoldaşım Zeynabın evdən qaçması ilə bağlı Quba rayon polis şöbəsinə müraciət etdi.
 
Bir müddət sonra Quba rayon polis şöbəsinin əməkdaşları Zeynabın Bayramla birlikdə Köhnə Xaçmaz adlı yerdə olduğunu müəyyən etdilər. Bütün olanlara baxmayaraq Məhərrəm Zeynabı yenə də bağışlayaraq bir daha belə bir hərəkət etməməsini, onu kənd camaatı arasında biabr etməməsini tapşıraraq təhbeh etdi.
 
Ərim qızımın Bayramla, o cümlədən, hər hansı başqa şəxslə telefonla danışaraq qaçacağını ehtimal etdiyi üçün ona telefon işlətməyə icazə vermədi. Zeynaba yalnız qardaşı Elvinlə birlikdə bir neçə dəfə bağlardan meyvə yığmağa gedib. Zeynabı tək harasa getməyə qoymamışıq”.
 
“Qızımı öldürsə də, şikayətim yoxdur”
 
Gülzar İmanquliyevanın bildirdiyinə görə, evlərində hamam olmadığından hadisə baş verən günü saat 21 radələrində yuyunmaq üçün oğlu Elvinlə mərhum qaynı Həsəngilin evinə gedib: “Zeynabla Məhərrəm isə evdə qaldı. Zeynab talvarın altında kələm doğramaqla məşğul olub, Məhərrəm isə televizora baxıb. Təxminən 1 saatdan sonra Məhərrəm gələrək məni və oğlumu evə çağırdı.
 
Məhərrəm hər gün axşam çayxanaya getdiyinə görə Zeynabı evdə tək qoymamaq üçün bizi çağırdığını düşündüm. Birlikdə evə gəldik. Evə daxil olanda Zeynabın harada olduğunu soruşdum. Məhərrəm Zeynabın mətbəxdə olduğunu dedi. Mətbəxə keçəndə Zeynabın yerdə uzanıqlı və hərəkətsiz olduğunu gördüm. Nə baş verdiyini soruşdum.
 
Məhərrəm Zeynabı ayaqyolundan telefonla danışan yerdə tutduğunu, telefonu əlindən aldığını, Zeynabın artıq düzəlməyəcəyini gördüyünü, onu əlləri ilə boğaraq öldürdüyünü dedi. Hadisə baş verən zaman evdə olmamışam. Məhərrəm həyat yoldaşımdır, qızımı öldürsə də, ona qarşı heç bir şikayətim yoxdur”.
 
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
 
Məhərrəm İmanquliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub. (teleqraf.com)
Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
07 May 2024 | 07:45
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO