\"İri miqyaslı hərbi əməliyyatlar başlasa, erməni tərəfi davam gətirə bilməyəcək...\"
Oxunub: 5227
05 Jun 2020 | 10:26
\
Dağlıq Qarabağdakı “prezident seçkiləri”ndən sonra separatçı rejimin “inaqurasiya” mərasimini Şuşada keçirməsi və Ermənistanın Baş naziri Nikol Paşinyanın da həmin tədbirə qatılması Azərbaycanda qəzəblə qarşılandı. Cəmiyyət həmin tədbiri pozmaqla bağlı Azərbaycan hakimiyyətinə çağırış etdi, Paşinyanın helikopterinin vurulmasından tutmuş Şuşanın bombalanmasına qədər müxtəlif təkliflər səsləndirildi. 

Rəsmi Bakı isə yalnız bəyanatla kifayətləndi ki, bu da müxtəlif mülahizələrə yol açdı. Bəziləri bunu Azərbaycan ordusunun hazırlıqsız olması, bəziləri isə ölkə rəhbərliyinin dünya güclərindən ehtiyat etməsi ilə əlaqələndirdi. Hətta bunu mövcud hakimiyyətin işğal olunmuş torpaqlarımızı azad etməkdə maraqlı olmaması ilə izah edənlər də tapıldı.

Moderator.az xəbər verir ki, yenisabah.az hələ də dartışılan bu mövzu ilə bağlı keçmiş korpus komandiri, ehtiyatda olan generel-leytenant Yaşar Aydəmirovla söhbətləşib.

- Yaşar müəllim, Şuşadakı “inaqurasiya”nı pozmaq, erməni təxribatını hərbi müstəvidə cavablandırmaq, yaxud təklif olunduğu kimi Paşinyanın helikopterini vurmaq lazım idimi? 

- Mən siyastəçi deyiləm, hərbçiyəm. Ona görə də məsələyə siyasi aspaketdən deyil, hərbi nöqteyi-nəzərdən yanaşacağam. Bir hərbçi kimi əlbəttə istəyərdim ki, o “tədbir”i  pozaq,  hətta Paşinyanın helikopterini vuraq və bu prosesi inkişaf etdirərək qısa müddətdə torpaqlarımızı işğaldan azad edək. Bütün hərbçilər bunu istəyir. Xalq da bu fikirdədir. Amma məsələnin siyasi tərəfi də var axı.

- Hərbçilər, xalq müharibə istəyir, amma belə iddialar var ki, hakimiyyət istəmir...

- Siz doğrudanmı belə hesab edirsiniz? Doğrudanmı düşünürsünüz ki, Prezident bunu istəmir?  Belə düşünənlər yanılırlar. Təbii ki, Ali Baş Komandan da bunu istəyir. Amma axı beynəlxalq birlik, böyük güclər var. 2016-cı ildə “Aprel döyüşləri”ndən bir neçə ay sonra Prezidentin çıxışı oldu. O bəyan elədi ki, böyük dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Təxminən 6 aydan sonra o yenə bu fikirlərini təkrarladı.  

Bir məqamı diqqətinizə çatdırım. Ali Baş Komandan indiyə qədər deməyib ki, biz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik və siz də gedin sülhə hazırlaşın. Əksinə, o, həmişə deyib ki, müharibəyə hazırlaşın, əmri gözləyin. Əmr verən odur. Məsələnin siyasi tərəfini daha yaxşı bilən də odur. Sözsüz ki, bu hadisə hamıya təsir edir, amma Azərbaycanın addımlarından sonra nə baş verəcəkdi, hansı fəsadlar yaranacaqdı, böyük güclərin reaksiyası necə olacaqdı, bu suallar açıq qalır. Bu barədə də düşünmək lazım idi.

Mən yalnız onu deyə bilərəm ki, Azərbaycan Ordusunun zərbə endirməyə hər cür imkanı var. Ona görə də məsələni dərindən bilmədən, təhlil etmədən populist fikirlər səsləndirmək  lazım deyil. Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində bu hadisəyə qiymət verdi, Prezident də Tərtərdə səfərdə olarkən bu məsələ ilə bağlı mövqeyini ortaya qoydu.

- Hesab edirsiniz ki, yalnız bəyanat kifayət edirdi? 

- Hərbçi kimi mən istərdim ki, zərbə endirilsin. Tək mən deyil, bayaq dediyim kimi bütün hərbçilər bunu istəyir. Amma sonra nə olacaqdı, onu nəzərə almaq lazımdır.

- Nə baş verə bilərdi sonra?

- Mən siyasətçi deyiləm. Gəlin sizə bir misal çəkim. Xatırlayırsınızsa, rəhmətlik Heydər Əliyevin prezidentliyi dövründə İranın hərbi təyyarələri Azərbaycanın hava sərhəddini pozmuşdu, Abşeronda dövrə vurmuşdu. Bizim qırıcılar da onları müşayiət etdi, amma vurmadı. O zaman da deyirdilər ki, niyə həmin təyyarələrə niyə vurulmadı? Ulu öndər qoymadı. Amma sonra nə oldu? Türk şahinləri Azərbaycan səmalarında göründü. Abşeron və Gəncə üzərində bir neçə saatlıq uçuşlar həyata keçirildi. Beləliklə, mesaj verildi ki, Azərbaycanla kimin işi olacaqsa, Türkiyə Hərbi Hava Qüvvələri  ilə üzləşəcək. 

Yəni, bəzən diplomatik üsullarla da lazımi mesajlar verilir və aqressor susdurulur. Konkret olaraq Şuşadakı hadisəyə gəlincə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı və Prezidentin fikirləri ilə buna siyasi qiymət verdi. Ermənistanın Dağlıq Qarabağla bağlı yürütdüyü siyasəti heç zaman qəbul etməyəcəyini bir daha dünyaya göstərdi. 

- Sizcə, Azərbaycan ordusu hazırda torpaqları qısa müddətdə işğaldan azad etməyə qadirdirmi?

- Bəli. Kim belə düşünmürsə, deməli, nə ordunu sevir, nə də Azərbaycan xalqı haqqında bilgisi var. Azərbaycanın hərb tarixində Babək, Şah İsmayıl, Nadir şah kimi fenomenal şəxslər olub. Yaxın keçmişdə isə bizim Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həzi Aslanov kimi generallarımız olub. İndi də Azərbaycan Ordusunda hərb sənətini dərindən bilən generallarımız, polkovniklərimiz var. 

Digər tərəfdən, Azərbaycan ordusu dünyanın az sayda ordularından biridir ki, yeni silahlar alır, özü silah istehsal edir. Azərbaycan Ordusunun arsenalında müasir silahlar çoxluq təşkil edir. Bu silahlar texnoloji cəhətdən inkişaf edən ölkələrdən alınır. Doğrudur, Azərbaycan Ordusunun arsenalında köhnə silahlar da olub. Amma həmin silahların çoxu modernləşdirilib. Hansı silahları ki, müasir tələblərə cavab verən səviyyəyə gətirmək mümkün olmayıb, arsenaldan çıxarılıb. 

Əgər ordu yeni silahlarla təmin olunmursa, o inkişaf edə bilməz. Azərbaycan isə yeni silahlar almağa qabil ölkədir.

Bir məsələni də nəzərə alın. Azərbaycan döyüş atışları, irimiqyaslı hərbi təlimlər keçirir. Bu, asan proses deyil, yəni, təlimlər elə-belə başa gəlmir. Burda heyətin hazırlaşması, texnikanın cəlb olunması və s. məsələlər var. Bu təlimlər 1 milyona başa gəlmir. Hər mərminin, güllənin, raketin öz qiyməti var və bu 50, 100, 500 manat deyil. Hər dövlət bunu edə bilmir.

Azərbaycan Ordusunun üstünlüklərindən biri də döyüş qabiliyyətinə malik vəzifələrdə əsgərlər deyil, peşəkar ordunun tələblərinə cavab verən MAXE və gizirlər təmsil olunur. Onları artıq öyrətmək lazım deyil. Çünki xidmət keçib öyrənib bu vəzifələrə yiyələniblər. Hərbi texnikandan istifadə qaydalarını mükəmmək bilirlər. Məsələn, tank taborunda mexanik belə, əsgər deyil, MAXE, yaxud gizirdir. Hətta pullu ölkələrin ordularında belə deyil. Çünki bunun üçün həddindən artıq vəsait lazımdır.

- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ölkə başçısına müraciət edərək bildirmişdi ki, Müdafiə naziri təyin ediləcəyi təqdirdə 6 aya torpaqlarımızı işğaldan azad edəcək...

- Əli Əliyev cənablarına deyirəm ki, Müdafiə Nazirliyində elə generallar, polkovniklər var ki, Qarabağı ondan da tez azad edə bilər. Biz sadəcə əmr gözləyən adamlarıq. Ordunun döyüş qabiliyətini niyə aşağı salırlar ki? Aprel döyüşlərində Azərbaycan tərəfdən iki istiqmətdə bir bölmə iştirak etdi. 400-450 nəfərlik heyətlə qısa müddətli hərbi əməliyyatlar aparıldı. Onu da deyim ki, bu nə hücum, nə də əks hücum deyildi, bu, əks həmlə idi. Amma erməni tərəfi duruş gətirə bilmədi. 

İndi təsəvvür edin, hərbi birləşmələrimiz əməliyyatlara başlasa nə baş verər. Ona görə də tam arxayın olun ki, Azərbaycan Ordusu qısa müddətdə Qarabağı ala bilər. Demirəm ki, 5 günə İrəvana gedib çıxacağıq. Amma qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilərik. İri miqyaslı hərbi əməliyyatlar başlasa, erməni tərəfi davam gətirə bilməyəcək. Buna şübhəniz olmasın.

- “Aprel döyüşləri”ndən söz açdınız. Bu döyüşlərdə itkilərimizlə əldə olunan nailiyyətin disbalans təşkil etdiyini və bu baxımdan əməliyyatın uğursuz olduğunu iddia edənlər var... 

- Baxın, əgər bölmə iki istiqamətdə əks-həmləyə keçibsə, təbii ki, hər bir komandir ora artileriya cəmləyəcək. Onlar da elə etmişdi. Bu halda təbii ki, itki olacaqdı. Amma itkilər deyildiyi qədər deyil. Qarşı tərəf daha çox itki verib. Mən hələ onların çoxsaylı hərbi texnikalarının sıradan çıxarılmasını demirəm. Məsələn, onlar tank taborunu göndərmişdilər. Bizimkilər tərpənəni vurdular. Bu döyüşlərdə düşmən ən müasir silahlarla sözün həqiqi mənasında susduruldu. 

İrimiqyaslı əməliyyatlar keçiriləndə ermənilər bundan da dəhşətli siruasiya ilə üzləşəcklər. Onlar hərbi texnikanı, birləşmələri bütün istiqamətlərdə cəmləşdirə biləcəklərmi? Xeyr, bu imkanları yoxdur. Amma Azərbaycan Ordusunun belə imkanı var. Dəqiq vuran silahlarımız var. Yenə misal çəkəcəm. Ermənilərin generalı “Cip”lə gələndə uçuş aparatlarımız bu məlumatı verdi, dərhal əmr gəldi, raket atıldı və düz hədəfi vurdu. Bu müasir silahlardır, “gördüm və vurdum”. 

Mən anlamıram ki, niyə biz öz nailiyyətlərimizə qısqanclıqla yanaşırıq?! Qeyri-peşəkarların, hərbi sahəyə bələd olmayanların dediklərini əsas götürürük? Biri deyirdi 200 nəfər itki vermişik, başqa biri 300 nəfər yazırdı. Axı sən azərbaycanlısan, niyə həqiqətdən uzaq şeylər deyirsən, yazırsan?!

Təsəvvür edin, mənə deyirdilər ki, top var 170 kilometr məsafədən hədəfi vurur. Mən başa sala bilmirdim ki, a kişi belə top yoxdur. Yaxud deyirdilər ki, “Aprel döyüşlər”ində xeyli sayda itki vermişik. Deyirdim axı sənin hərbidən anlayışın yoxdur, niyə bu sözləri deyirsən?! Mən çox istəyərdim ki, ordumuza, onun nailiyyətlərinə qısqanclıqla yanaşmayaq. Ordu bizim hamımızındır.

- Bu günlərdə millət vəkili Vahid Əhmədov Müdafiə naziri Zakir Həsənovu və Baş qərargah rəisi Nəcməddin Sadıqovu tənqid etdi...

- Bilirsiniz, mən siyasi diskusiyalara qatılmaq istəmirəm. Sadəcə deyirəm ki, ordu barədə, onun rəhbərliyi barədə belə danışmaq lazım deyil.

- Nöqsanları da demək lazım deyil?

- Nöqsanları mediada açıqlamaq olarmı? Elə bir ordu varmı ki, orada nöqsan olmasın? “Dedovşina” sovet ordusunda da var idi, ABŞ ordusunda var. Yaxud Türkiyə hərbi əməliyyatlar keçirəndə itkilər verir. Niyə belə olur? Əlbəttə ki, hansısa səhv üzündən. Hər şeyə diqqət etmək mümkün deyil axı. Mən deyirəm ki, ordumuzu neqativ simada təqdim etməyək. Yenə də deyirəm, o bizim hamımızın ordusudur. Əgər problem varsa, rəsmi şəkildə müraciət etmək olar.

- Məgər rəsmi şəkildə müraciət edəndə problem dərhal həllini tapır? Bu cür düşünməyənlər də var və onların sayı az deyil...

- Siz istəyirsiniz ki, 22-23 ilə bütün problemlər həll olunsun?

- Mümkün deyil ki?

- Ordu varsa, problem olacaq. Axı orduda xidmət edənlərin hamısı eyni tərbiyəyə, təfəkkürə malik deyillər. Müxtəlif düşüncəli, tərbiyəli adamlar cəmləşiblər orda. Bu vəziyyətdə təbii ki, problemlər də olacaq. Amma əmin olun ki, müraciət edəndə bu faktlar araşdırılır. Bəzən şəxsən cavab verilir, bəzən ictimai şəkildə, bəzən isə heç cavab verilmir. Amma bu o demək deyil ki, problemə biganə yanaşılıb. Ordu elə bir strukdur ki, orada hər şey dəqiqliklə araşdırılır. Buna əmin ola bilərsiniz. 
Oxşar xəbərlər
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:28, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:17, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
GÜNLÜK
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:40
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
17 May 2024 | 16:44
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 16:52
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
17 May 2024 | 16:48
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:40
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
17 May 2024 | 16:44
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 16:52
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
17 May 2024 | 16:48
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO