Dövlət-din münasibətlərində Azərbaycan modelinin təntənəsi...
Oxunub: 1235
15 Nov 2019 | 17:24
Dövlət-din münasibətlərində Azərbaycan modelinin təntənəsi...
Bugünlər Azərbaycan paytaxtında Dünya dini liderlərinin II Sammiti baş tutdu. Son bir ay içində, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və Qoşulmama Hərəka¬tına üzv ölkələrin dövlət, hökumət başçılarının XVIII Zirvə Görüşünə evsahibliyi edən Bakı, bu Sammitlə öz sabitqədəmliyini, imkanlarını, qonaqpərvərliyini, dünyəviliyini, humanitar təfəkkürə, dünya barışına və milli bayrağa sadiqliyini bir daha parlaq şəkildə göstərmiş oldu. Digər kateqoriyalar, keyfiyyətlər öz yerində, bayraq sadiqliyini bir-iki cümlə ilə açmaq istərdim.
Üçrəngli, ay-ulduzlu bayrağımız türklük, çağdaşlıq, islam mədəniyyəti mənsubluqlarının 101 illik təcəssümü, şəkillənməsi və göyüzünə qalxamasıdır. Nə xoş uyğunluqdur ki, sön bir ay içində evsahibliyi etdiyimiz böyük tədbirlər də, sanki bayrağımızın rənglərindəki ardıcıllıqla, ruhi-mənəvi ünvanlanma ilə sıralanıb, təzahür edib... Bu tədbirlər bir daha, bir daha və əminliklə, cəsarətlə bütün dünyaya bəyan edir: burada, Qafqazlarda bir başıdik, alnıaçıq, üzüağ ölkə var. Bu ölkənin xalqı, dövləti birgəyaşayışa – dinlərarası, mədəniyyətlərarası, ölkələrarası (hətta, ellərarası, evlərarası, könüllərarası aləmə), nizama, düzənə öz təhfələrini verir, öz müqəddəs bayrağı ilə iştirak edir. Bəs bu çiçəklənmə, bu gözəllik hansı fonda cərəyan edir? – Ərazisinin 20 faizi işğal olunmış – Ermənistan adlanan bir forpost dövlətin, öz havadarlarının dəstəyi ilə hərbi-siyasi təcavüzünə məruz qalmış Azərbaycan Respublikası, bütün çətinliklərə baxmayaraq dünya humanitar irsinə (təfəkkürünə) öz payını verməkdə davam edir… O Azər¬baycan ki, davamlı şər-böhtana uğrayıb, haqlıykən haqsız duruma salınmağa cəhd olunub… İşğala məruz qalmışkən işğlaçı ilə bərabər tutulan, genişürəkliykən blokadaçı sanılan, terrordan əziyyət çəkə-çəkə, terrorçu zehniyyətlilər tərəfindən tənqid olunan, Xocalıda soyqırım yaşamışkən, guya Qarabağdakı bir ovuc erməninin haqqını bilməz… kimi əsassız “yaraşdırmalar”la üz-üzə qalan (bu adıyaman “təbliğat baryer”ni dağıtmağa vaxt, əmək sərf etməli olan) ölkədir Azərbaycan..!
Ən azı, ən azı, sadə bir sual çıxır önplana: hər kəslə, hər dinlə, hər etnik qrupla normal münasibətlər içində olan (bu sahədə köklü ənənəyə malik olan) Azərbaycan (azərbaycanlılar), necə olur da, özü bir mono-etnik dövlət (ölkə) tərəfindən ittiham olunur?!. Həqiqət bunun ha¬rasındadır?..
Bəli, müstəqil respublikamız öz söykökünə, öz xəlqi, mədəni və dövlətçilik irsinə sadiq qalaraq yürütdüyü çoxşaxəli, çoxvektorlu siyasətlə dünyada sivilizasiyalararası (mədəniyyətlərarası, dinlərarası) dialoq mərkəzinə, ocağa çevrilməkdədir. Dünya humanitar təfəkkürünün neçə yeni çağırışı Bakıdan edilib; neçə qətnamənin imza yeri, kilid şəhəridir Bakı; Bakı – tarixdir, Bakı- bugündür, Bakı – böyük sabahların şəhəridir!
Bizə bu gözəllikləri, bu uğurları, bu qüruru yaşadan, ümid və inam bəxş edən dövlətimiz var olsun!

***
Bəlli olduğu kimi, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdı. Din dövlətdən ayrı olsa da, dövlət ərkanı öz milli-mənəvi və bəşəri dəyərlərindən ayrı deyil, təbii; və bütün əməli fəaliyyət sahələrində olduğu kimi, din qurum və quruluşlarına da dövlət babanın diqqəti, dəstəyi, qayğısı vardır. Bu, dövlət nəzakəti ilə yanaşı, böyük bir beynəlxalq tədbir üçün paylaşılan məsuliyyətin də təqdirəşayan ifadəsidir.

Beləliklə, Azərbaycan Prezidentinin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə müvafiq qərarlarından irəli gələn Sammitdə, dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, ənənəvi dinlərin (toplamda, 25 dini təriqətin) lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən qonşu Rusiya Federasiyasının subyektlərinin və dini qu¬rumlarının başçıları iştirak etdi.
Göründüyü kimi, geniş iştirakçı tərkibi, əhatə coğrafiyası ilə bu ikinci sammit idi. Deməli, yalnız təşkilatçı kimi bizim ölkəmiz deyil, həm iştirakçılar, həm də yeni iştirakçılar belə bir sammitin önəmini, davamlılığının vacibliyini qəbul edir. Deməli, Azərbaycanın evsahibliyi, mərkəzi rolu rəğbət görür, qəbul edilir. Deməli, dövlətimizin çağdaş dünyada dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşmaya öz töhfəsini vermək, bir sözlə, dünyəvi dəyərlərin təşviqində, təkamülündə yaxından iştirak məramı inkar edilmir, idrak edilir.
II Bakı Sammiti, şəxsən Azərbaycan dövlət başçısının təşəbbüsü ilə başlanan, uğurla həyata keçirilən “Bakı prosesi”, “Multikulturalizm” və “İslam həmrəyliyi” illləri çərçivəsində düzən¬lənmiş böyük tədbirlərin məntiqli davam və inkişafından xəbər verir. (Bu ilki sammitin 650 yaşlı mütəfəkkir şairimiz NƏSİMİnin şərəfinə “NƏSİMİ İli” adlandırılmış bu ildə keçirilməsi də özlüyündə, təsadüfdən ötə təvafüq idi…)

Bu sammit, müstəqil dövlətimizin multikulturalizm, dözümlülük və dinlərarası həmrəyliyin təşviqində örnək rolunun bir daha, bir daha təsbiti və təsdiqi dəyərindədir. Dini liderlər məhz Bakıdan terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, xristianofibiya, antisemitizm əleyhinə, habelə, qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndiril¬mə¬sində din lider¬lərinin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin önəmini dünyaya duyurmuş oldu. Məhz Bakıdan deyirik və məhz İrəvanda bunu eşidirlər; İrəvanda, Bakı ilə süründürməçi “diplomatik zarafat” etməyin, hərbi-siyasi üslubda, terror zehniyyəti ilə davranmağın perspektivsizliyini idrak etsələr, region və dünya daha az ziyan görərdi…

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammitdəki tarixi nitqi son aylar Soçi, Aşqabat və Bakıdakı önəmli tədbirlərdə verilmiş ismarıcların ardından, növbəti hadisə oldu. Auditoriyanı göz önündə canlandıranda, o auditoriyadakıların şəxsiyyətinə, sözünə, qərar¬la¬rına inanan, bel bağlayan yüzminlərin, milyonların varlığını nəzərə alanda, bu yerdə məhz hadisə sözünə ehtiyac duydum.

Dünya Dini liderlərinin II Zirvə görüşündə Azərbaycan Prezidentinin nitqi həm sammitin mövzusu, həm də, sammitə evsahibliyi edən ölkəmizin dünəni, bugünü, sabaha ba¬xışları barədə aydın təsəvvürlər yaratmaq baxımından ayrı bir dəyərə sahibdir. Bu sözləri, məhz dövlət başçısı deyirdi; xalqın dünyabaxışı ilə bağlı deyilən sözlərin mötəbərliyi öz yerində, əyaniliyi, əllə toxunulub, gözlə görünəcək qədər dəqiqliyi niyə məhz “hadisə” sözü işlətməyimizi bir daha bəlli edir, deyə düşünürəm. Və mən də, prezidentin çıxışının ruhuna köklənib yazmağa çalışdığım, bu yazını, elə prezidentin nitqinə müraciətlə və belə mötəbər tədbirləri Şuşada keçirmək arzusu, inamı ilə tamamlamaq istərdim:
“Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır.

Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar”.

Əkbər QOŞALI

Oxşar xəbərlər
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
Magistraturaya qəbul imtahanında ölkə birincisi bəlli oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17 May 2024 | 17:39
Ramin Əliyev saxlanıldı
17 May 2024 | 17:35
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
17 May 2024 | 17:31
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17 May 2024 | 17:28
Koreyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTOLAR
17 May 2024 | 17:26
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:22
Ayda 376 manata mənzil almaq istəyənlərin nəzərinə: Seçim turunun vaxtı açıqlandı
17 May 2024 | 17:21
Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ
17 May 2024 | 17:19
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17 May 2024 | 17:15
Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO
17 May 2024 | 17:10
Həmid Həmidovla “Danışaq?” layihəsi: Peyvəndlər, cəfəng diaqnozlar, təhlükəli xəstəliklər - VİDEO
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 17:03
Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 16:52
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
17 May 2024 | 16:48
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
17 May 2024 | 16:44
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
17 May 2024 | 16:40
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
GÜNLÜK
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:39
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
17 May 2024 | 10:37
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
17 May 2024 | 10:51
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
17 May 2024 | 10:59
Bu şəxslərə birdəfəlik müavinət verilib
17 May 2024 | 11:29
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
17 May 2024 | 11:11
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
17 May 2024 | 10:33
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
AYLIQ
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:39
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
17 May 2024 | 10:37
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
17 May 2024 | 10:51
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
17 May 2024 | 10:59
Bu şəxslərə birdəfəlik müavinət verilib
17 May 2024 | 11:29
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
17 May 2024 | 11:11
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
17 May 2024 | 10:33
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı