“Borçalı” Cəmiyyəti və ona qarşı diferensiasiya səciyyəli toplantı
Oxunub: 2021
30 Jun 2016 | 17:27
“Borçalı” Cəmiyyəti və ona qarşı diferensiasiya səciyyəli toplantı

“Borçalı” İctimai Cəmiyyəti 7 ildən artıqdır ki, Zəlimxan Məmmədlinin başçılığı ilə tarixinin ən parlaq dövrünü yaşayır. Cəmiyyətin İdarə Heyəti mütəmadi toplantılarını keçirməklə, tarixi Borçalı ərazisi və borçalılılarla bağlı, eləcə də Azərbaycanda yaşayan gürcü əsilli əhaliylə bağlı mühüm məsələləri, onların problemlərini qabardıb, müzakirə edib və yekun qərara əsasən qəbul olunmuş bəyanatı, yaxud da müraciəti həm Gürcüstan, həm də Azərbaycan siyasi hakimiyyətinin diqqətinə çatdırıb. Toponimlər, miqrasiya, soydaşlar haqqında qanun, təhsil, kəndlilərin torpaqla təmini, infrastrukturlar və əhalinin digər maddi-mənəvi problemləri ilə bağlı zamanla qaldırılmış məsələlər bu sıradandır. Eləcə də, cəmiyyət vaxtaşırı ictimaiyyəti düşündürən məsələlərlə əlaqədar mövzu seçərək “Dədə Camal” məclisləri keçirib, bayram tədbirləri düzənləyib. Hər il may-iyun aylarında illik hesabat konfransı keçirilib, bu konfranslarda sədr seçkisi yenidən gündəmə gətirilib, lakin iştirakçılar yeni İdarə Heyətinin tərkibini müəyyən etdikdən sonra, sədr olaraq Zəlimxan Məmmədlinin qalmasını yekdilliklə alqışlayıblar. Təxminən ilin həmin vaxtlarına təsadüf edən “Təbriz gecəsi” və gecədə “Cavad Heyət medalı”nın təqdimat mərasimi də hər zaman diqqətçəkən tədbirlərdən olub. Bundan başqa, hər il dekabrın 25-də keçirilən “Gürcüstan türklərinin həmrəylik günü” tədbiri və bu mərasimdə akademik Zahid Xəlilov adına təsis edilmiş “Türklüyə xidmət” ödülü laureatlarının təltif edilməsi də önəmli fəaliyyətlərdən olub. İyulun 26-da ənənəvi olaraq keçirilən, ilk illərdə əngəllərlə üzləşildiyinə baxmayaraq, Zəlimxan Məmmədlinin inadlı mübarizəsi və yaxın çevrəsinin fədakarlıqları nəticəsində təşəkkül tapan “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalı isə birmənalı olaraq könüllərə bir ayrı sevgiylə yol tapıb. Minlərlə daxili və xarici iştirakçıların qoşulduğu həmin bayramda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin bayraqlarını nümayiş etdirərək, bu üç dövlətin strateji əməkdaşlığa, yaxın dostluğa, sıx əməkdaşlığa dəvət edilməsi həm ictimai, həm də siyasi baxımdan mühüm səciyyə daşıyır. “Borçalı” Cəmiyyəti adını çəkdiyimiz üç dövlətin çiyin-çiyinə dayanmasını regionda sülhün və təhlükəsizliyin qarantı kimi dəyərləndirir. Elat bayramı həm də mədəniyyətlərarası dialoq, millətlərarası inteqrasiya xarakteri daşıyır. Ümumiyyətlə, Zəlimxan Məmmədlinin rəhbərlik etdiyi “Borçalı” Cəmiyyətinin tutduğu yol birlik-bərabərlik, bütövlük, demokratiya, inteqrasiya, haqların qorunması, hüquqların müdafiəsi yoludur. Bu yol insana xidmət, bəşərə qayğı, xalqların dövlətçilik ənənəsinə sayğı, ölkələrin ərazi bütövlüyünə sədaqət, konstitusiyasına sevgi, bayrağına və gerbinə hörmət yoludur. Bu yol hər kəsin vətəndaşı olduğu dövlətə sahiblənmə yoludur. Bu yol ayrı-seçkiliyi, separatçılığı, məhəlli düşüncəni lənətləyən yoldur. Bu, həmin o yoldur ki, azadlıqsevərlər, demokratiyapərəstlər, insanpərvərlər onu özünə doğma hesab edib və hər zaman dəstəkləyiblər.

Lakin əfsuslar olsun ki, hələ də aramızda bürokratik düşüncələrdən xilas ola bilməyən, Sovet rejiminin diktatura siyasəti üsulundan qurtula bilməyən, bəzi arzuolunmaz daxili və ya xarici qüvvələrin marağına xidmət edən, diferensiasiya yolunu tutan, buqələmunluğu özünə peşə və ya həyat tərzi seçmiş soydaşlarımız da var. Cəmiyyətimizin nizamnaməsini pozaraq özlərindən münafiqlik səciyyəli toparlaşma metodu uyduran, yaxud da cəfəng və cahillik xarakterli qiyama meyllənən bu soydaşlarımız “Borçalı” Cəmiyyətinin üzvü belə olmadıqları halda bu qanundan kənar addımı atmaqla özlərini gözdən salır, olan-qalan nüfuzlarını darmadağın edirlər. “Borçalı” Cəmiyyətinin təsisçilərindən bəzilərini öz tərəfinə çəkərək, onların nüfuzundan sui-istifadə etməklə, hətta bəzi ağsaqqallarımızı bu dövlət qanunlarına zidd, cəmiyyətin nizamnaməsinə uyğun olmayan məkrli qiyama cəlb etməkdən belə çəkinmədilər. Onların toplumun imicinə xələl gətirən bu hərəkətləri barədə mətbuatda yazılan bəzi məlumatları oxuduqca təəssüf etməyə bilmirsən. Məsələn, “www.mia.az" saytının 28 iyun 2016-cı il nömrəsində yayınlanmş “Zəlimxan Məmmədli onu da bilməlidir ki,..” başlıqlı yazı bu cümlələrlə başlayır: “Borçalı İctimai Cəmiyyətinin iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbədənkənar konfransında cəmiyyətin yeni rəhbərliyi seçilib və belə görünür ki, bu sabiq sədr Zəlimxan

Məmmədlini (haşiyə: Zəlimxan Məmmədlinin istefasaı barədə dezinformasiya müəllifin öz uydurması olduğu, yaxud da hansı mənbəyə istinad etməsi bəlli deyil) və onun azsaylı tərəfdarlarını razı salmayıb. Buna görə yanlış olaraq Cəmiyyətin iyunun 25-də keçirilən konfransının nəticələrini şübhə altına almaqdan belə çəkinmirlər. Halbuki, Zəlimxan Məmmədli və onun azsaylı tərəfdarları bu hərəkətləri ilə 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinə zərər vurduqlarının fərqində olmalıdırlar”. Sözgəlişi: maraqlıdır, müəllif 2009-cu ildən bəri olan fəaliyyəti zərərli hesab edirsə, o zaman 2009-cu ilə qədərki fəaliyyətsizliyi necə qiymətləndirir?

Qeyd edim ki, mən şərti olaraq bu məqalədən sitat gətirirəm, əslində isə bu məsələylə bağlı qiyam tərəfdarlarının yazdıqları inqubator cücələrinə bənzəyirlər. Həmin yazıda həmçinin bildirilir: “Zəlimxan Məmmədli bu addımı ilə özünü iyunun 25-də keçirilən konfransın bütün iştirakçılarına və onları dəstəkləyən əksər çoxluğa qarşı qoyur”. Yəqin ki, oxucu düşünəcək: necə olur ki, Zəlimxan Məmmədli Cəmiyyətin sədri olaraq fəaliyyətini davam etdirdiyi halda və bəhs edilən qiyamın qanunsuz olduğu səbəbilə onu ciddiyə almadığına görə özünü 50-60 nəfərlik “konfrans” iştirakçılarına qarşı qoyur, amma bu diferensiasiya səciyyəli toplantı iştirakçıları, onun “sədr”i və havadarları “Borçalı” Cəmiyyətinin nizamnaməsinə uyğun olaraq keçirilmiş 28 may 2016-cı il tarixli həqiqi konfransını şübhə altına alır, özlərini Borçalı kökənli ziyalılara, “Borçalı” Cəmiyyətinin İdarə Heyəti üzvlərinə və cəmiyyətin fəaliyyətini dəstəkləyən ictimai-siyasi xadimlərə qarşı qoymuş olmur???

Adıçəkilən yazı belə davam edir: “Zəlimxan Məmmədli qəbul etməlidir ki, Cəmiyyətə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti nə Borçalı İctimai Cəmiyyətinin, nə ümumilikdə Borçalıların mövqelərinə uyğun olmamışdır. Onun Azərbaycan və Gürcüstan hakimiyyətinə qarşı müxalifətçiliyi əslində bütün Cəmiyyət üçün arzuolunmaz vəziyyət yaratmışdır. Hər bir fərdin, o cümlədən Zəlimxan Məmmədlinin öz fikirlərini açıq söyləmək hüququ var. Ancaq Zəlimxan Məmmədli Borçalı İctimai Cəmiyyətinin sədri kimi məsuliyyətli davranmalı, Azərbaycan və Gürcüstan hakimiyyətlərinə qarşı Cəmiyyətin sədri kimi müxalifətçi mövqedə olmamalı idi”. Fikir verin, burada müəllif üçüncü cümləni yazmaqla ondan əvvəlki iki cümlədəki fikrini təkzib edir. Hər kəs bilməlidir ki, çoxpartiyalı bir cəmiyyətə yaşayırıq və bu partiyalardan yalnız biri iqtidarda ola bilər. Müxalif olmaq düşmən olmaq kimi anlaşılmamalıdır. Müxaliflik ümumi milli və mənəvi maraqlarımızın təmini yolundakı fikir frərqliliyidir və bu, çox normaldır. Zəlimxan Məmmədli fərd olaraq, eyni zamanda tanınmış ictimai-siyasi xadim olaraq özəl fikirlərə sahib olmasaydı bu, təəccüblü görünərdi. Onun cəmiyyətdə uzun zaman qazandığı statusuna uyğun olaraq, özəl ideyalar və məntiqli düşüncələr irəli sürməsi isə əsla təəccüblü deyil, məncə. Bundan başqa, müəllifin yazdıqlarından belə anlaşılır ki, cəmiyyətə sədr seçilmiş şəxs hər iki ”“ Azərbaycan və Gürcüstan dövlətlərinin iqtidar partiyasına daxil olmalıdır, iqtidar dəyişdikcə sədr də partiyasını dəyişməlidir. Görün, nə qədər gülünc bir fikirdir.

Biz Zəlimxan Məmmədlinin başçılığı ilə “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin üzvləri, El məclisləri başçıları və cəmiyyət fəalları olaraq yenə də tolerantlıq, dözüm, səbir nümayiş etdirir, həmin bu qeyri-qanuni toparlaşan soydaşlarımızı Cəmiyyətə dəvət edir, onların fikirlərini, tələblərini birlikdə müzakirə etməyə hazır olduğumuzu bildiririk. Onların bu təklifimizi qəbul etmədikləri, öz mövqelərində qaldıqları halda isə, onsuz da heç nəyə nail ola bilməyəcəkləri və özlərinin bir ömürə yığdığı az-çox nüfuzlarına xələl gətirəcəklərinə əmin olmaları barədə xəbərdar etməyi özümüzə borc bildik.

Bakı, 27 iyun 2016-cı il


Elbəyi Cəlaloğlu

“Borçalı” Cəmiyyətinin mətbuat rəhbəri

Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat