Qarabağ dinləmələri keçirilib
Oxunub: 1931
22 Apr 2016 | 18:36
Qarabağ dinləmələri keçirilib

QAT-ın mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “ Azərbaycan Ordusunun 2-5 aprel uğurlu döyüş əməliyyatları: tamam, yoxsa davam?” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləməlrdə millət vəkilləri , siyasi, ictimai qurumların rəhbərləri, ekspertlər, ictimaiyət nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilən fikirlərin qısa icmalını təqdim edirik:

Akif Nağı, QAT sədri: “İctimai dinləmələrin məqsədi ən vacib problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid mövqenin formalaşdırılmasından ibarətdir. Ona görə də iqtidarlı-müxalifətli hamını dəvət etmişdik. Qarabağ məsələsində iqtidar-müxalifət münasibəti ola bilməz. Ordumuz gücünü göstərdi, az vaxt ərzində düşmənin əsas qüvvələrini darmadağın etdi. Cəmiyyət hər cür fədakarlığa hazır olduğunu, şəhidliyi şərəf saydığını göstərdi. İndi yarımçıq dayanmaq olmaz, hərbi əməliyyatlar davam etdirilməlidir, biz cəmiyyət, xalq olaraq on minlərlə qurban verməyə, ölməyə, şəhid olmağa hazırıq. Ancaq bir tələbimiz var: müharibə davam etdirilməlidir, son qələbəyə qədər davam etdirilməlidir”.

Vahid Əhmədov, millət vəkili: “Biz müharibəyə davam deyiriksə Ermənistanın arxasında Rusiyanın dayandığını unutmamalıyıq. Mən də razıyam ki, torpaqların hissə-hissə qaytarilmasina getmək olmaz.  İşğalda olan bütün ərazilər eyni vaxtda qaytarılmalıdır. Amma bu mərhələdə hücumun dayandırılmasını başa düşməliyik. Arzuolunmaz hadisələr baş verə bilərdi.Tam qətiyyətlə deyirəm ki, aprel döyüşlərində Azərbaycan ordusu öz gücünü bütün dünyaya göstərdi.

Qüdrət Həsənquliyev, millət vəkili, BAXCP ”“nin sədri: Dağlıq Qarabağın azad olunmasını istəyiriksə, Rusiya amilini nəzərə almalı, Rusiya ilə işimizi düzgün qurmalıyıq. Gürcüstanda, Ukraynada baş verənləri unutmamalıyıq. Cəbhədəki son gərginlik zamanı  İrandan da müsbət reaksiyalar gəldi, amma istədiklərimizi tam görmədik. Türkiyə bizə ciddi dəstək verdi. İndi genişmiqyaslı müharibə ciddi risqlərlə bağlı ola bilər. Güc göstərdik, indi diplomatik sahədə uğurlar əldə etməyə çalışmalıyıq”.

Arif Hacılı, Musavat Partiyasının  başqanı: “Azərbaycan hakimiyyəti diplomatik cəbhədə çox zəifdir, təşəbbüslər edə bilmir. Biz Minsk qrupunun tərkibinə dəyişikliklər , GUAM-ın işinin gücləndirilməsini  təklif edirik. Müharibə ilə bağlı, Moskvada atəşkəs razılşaması  ilə bağlı cəmiyyətə heç bir məlumat verilmədi. Bu, düzgün deyil. Hərbi əməliyyatlar başlayan kimi biz ilk nümunə göstərdik, hərbi əmliyyatlara dəstək verdik”.

Qüdrət Həsənquluyev: “Diplomatik uğursuzluqlarla bağlı fikirlərlə razı deyiləm. GUAM-ın gücləndirilməsinin də elə bir mahiyyəti yoxdur”.

Camal Əhmədov, Qarabağ veteranı, hüquqşünas: “Cəbhədəki son hadisələr müsbət qiymətləndiliməlidr. Nöqsanlar da  oldu. Heç bir qanun, heç bir qurum mənə öz evimə getməyi qadağan edə bilməz.Mən bir məcburi köçkün kimi öz evimə qayıtmağı nə qədər gözləməliyəm? Dövlət, Ordu hər cəhətdən hazırdır. Ancaq irəli, müharibəyə başlamaq əmri verilməlidr. Ölümümüzə getməyə hazırıq. Rusiya mifinə son qoyulmalıdr, bu mifi sındırmağa qadirik.Biz ermənilərə ay yarım vaxt verə bilərik. Ondan sonra hakimiyyət müharibə əmrini verməlidir, ya da çıxıb getməlidirlər. Tələbumiz budur. Veteranlar döyüşə hazırdır”.

Mirmahmud Mirəlioğlu, KXCP-nin sədri: “Biz ikinci dünya müharibəsində yüzminlərlə adam itirmişik. İndi nə üçün itkilərdən qorxmalıyıq?   Birinci atəşkəsi də ruslar məcbur edib imzalatmışdılar, indi də Moskvaya çağırıb imzalatdılar. Orda imza atan general da bizimki deyil. Rusiyadan biz heç vaxt nəisə gözləyə bilmərik. Müharibə ilə bağlı  ordumuza istənilən dəstəyi verməliyik. Minsk qrupundan imtina edilməldir. Hakimiyyətdən də tələbimiz odur ki, müharibə şəraitində pulu lazım olmayan yerlərə xərcləməsinlər. Biz ikinci atəşkəs dövrünü yaşamamalıyıq”.

Qüdrət Həsənquliyev: “Ya Rusiya amilini nəzərə alıb, mərhələ-mərhələ məqsədimizə doğru gedirik, ya da radikal yolu seçirik: özümüzü fəda edirik, erməniləri də məhv edirik”.

 İxtiyar Şirin, Milli Konqres Partiyasının sədri: “Müharibə hökmən davam etdirilməlidir. Bu gün müharibə üçün əlverişli  şərait mövcuddur, arxadan zərbə təhlükəsi də yoxdur, xəyanətkar siyasi və hərbi qruplar sıradan çıxıb. İndiki müxalifət Azərbaycanın milli maraqlarına sadiqdir, xəyanət yolu tuta bilməz. Torpaqlarımızın azadlığı işində hakimiyyətə tam dəstək verməyə hazırıq”.

Arif Hacılı:  “Rusiya amilindən qorxmağına dəyməz. İndi dünyada, həmiçinin Rusiyanın özü ilə bağlı yeni , fərqli şərait yaranıb. Azərbaycan ordusu da xeyli güclənib, onu Gürcüstan və ya Uktayna ordusu ilə müqayisə etməyinə dəyməz”.

Pənah Hüseyn, Azərbaycan Xalq Partiyasının sədri: “Azərbaycan ordusu haqqında yalnız müsbət fikir söyləyə bilərəm. Bir iradımı demək istəyirəm ki,  hakimiyyət xalq faktorundan kifayət qədər istifadə etmir. Bu faktordan orduya da, diplomatiyamıza da dəstək olaraq istifadə edilməlidir. Atəşkəsin b u qədər, müddətsiz davam etməsi də başa düşülən deyil.Qarabağ uğrunda mübarizə korrupsiyaya qarşı mübarizədən, cəmiyyətin saflaşdırılması uğrunda mübarizədən keçir. Gözləməyə yer yoxdur, övladlarımızı da şəhid verməyə hazırıq. İşğala dözmək iqtidar üçün də , müxalifət üçün də, hamımız üçün də xəyanətdir. Dövlət təkcə iqtidarın deyil, həm də bizimdir. Köhnə bir ideya var idi, Qarabağ quqrultayı ideyası. İstərdik ki, Qarabağ Azadlıq Təşkilatı bu ideyanın reallaşmasına səy göstərsin”.

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiyalar və Texnologoyalar Mərkəzinin rəhbəri, politoloq: “Müxalifətin dörd günlük müharibədə  hakimiyyəti dəstəkləməsi müsbət hadisə oldu. Cəbhədəki son hadisələrlə bağlı demək istəyirəm ki,  Azərbaycan hərbi əməliyyat deyil, siyasi aksiya həyata keçirdi və məqsədinə nail oldu. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu ilə bağlı demək istəyirəm ki,  Rusiya son hadisələr zamanı, demək olar ki, neytral mövqe tutdu. Bu, Azərbaycan üçün sərfəli bir variant oldu. Azərbaycanın real hərbi əməliyyatları bundan sonra başlayacaq”.

İsa Qəmbər, Mlli Strateji Düşüncə Mərkəzinin rəhbəri: “Cəbhədəki son hadisələr göstərdi ki, xalq Qarabağı unutmayıb, unutmaq fikri də yoxdur. Bu mənada bəzilərinin yanlış fikirləri özünü doğrultmadı. Xalqın bu əhval-ruhiyyədə qalmasında Qarabağ Azadlıq Təşkilatının da rolunu qeyd etməliyik. Xalqı şəhidlər birləşdirdi. Birlik oldu, bu, çox yaxşıdı. Bu birliyin əldə olunmasında ictimai-siyasi qüvvələr, demokratik düşərgə öz payını verdi. Biz həmişə demişik ki, Qarabağ məsələsindən heç bir siyasi qüvvə öz məqsədləri üçün istifadə etməməlidir. Madrid prinsipləri Azərbaycan üçün böyük təhlükədir. İşğal altındakı ərazilərin hamısı eyni vaxtda qaytarılmalıdır. Biz hərb yolunun əleyhinə deyilik, amma danışıqlar yolunun da imkanlarının tükənmədiyi qənaətindəyik”.

Elşad Musayev, Böyük Azərbaycan Partiyasının sədri: “Cəbhədəki son uğurların əhəmiyyətini şişirtməyə dəyməz. Gözlədiyimiz böyük uğurlar hələ qabaqdadır. Torpaqlarımız hərbi yolla azad olunmalıdır. Ordumuzu tam müdafiə edirik”.

Murad Sadəddinov, hüquq müdafiəçisi: “Birmənalı şəkildə deyirəm ki, hərbi əməliyyatlar davam etdirilməlidir. Amma ciddi hazırlıq işləri aparılmalıdır. Məndə belə bir əminlik var ki, yaxın vaxtlarda hərbi əməliyyatlar bərpa olunacaq. Biz müharibəni hər cəbhədə -informasiya, psixoloji və digər sahələrdə aparmalıyıq. Müşahidələr göstərir ki, erməni cəmiyyəti ağır durumdadır”.

Akif Heydərli, Azərbaycan İslam Partiyasının sədr müavini: “Biz həmişə şəhidlik məqamına xüsusi önəm vermişik. Bu gün şəhidliklə bağlı ölkədə yaranmış əhval-ruhiyyə bizi çox sevindirir. Vətən, torpaq yolunda şəhidlər verdik, hamı da bunu gözəl qarşıladı. Atəşkəs millətimizə təhqirdir. Şəhidlərlə qələbəmizə çatacağıq, inşallah. Hər birimiz, xüsusilə də imanlı insanlar hərbə, şəhid olmağa hazırıq. Müharibədən başqa yol yoxdur”.

Nəsimi Qarabağlı, Beynəlxalq Vətənpərvərlər Birliyinin sədri: “Qarabağ, mənim Şuşam yalnız hərbi yolla işğaldan azad oluna bilər. İşğalı miras olaraq gənc nəslə qoyub gedə bilmərik. Bu məsələdə iqtidarla müxalifət, bütün cəmiyyət bir yerdə olmalıdır. Hakimiyyətə ağıllı, məntiqli təkliflər verməliyik. Burda bir daha deyirəm ki, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ifadəsi yanlışdır, biz öz ölkəmizdə “icma” ola bilmərik”.

Tahir Abbas, İslam Demokrat Partiyasının sədri: “Əsgərlərimizin düşmən üzərinə gedərək şəhid olmaları xalqımızın mövqeyini, gücünü göstərdi. Biz Qarabağ naminə ölüm-dirim savaşına qalxmalıyıq, başqa yolumuz yoxdur”.

Tərlan Eyvazov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, rəssam: “Son döyüşlərdə bizim itkilərimiz düşməninkindən çox az olub. Belə məsələlərdə diqqətli olmalıyıq. Hərbi əməliyyatlarla bağlı danışanda sözlərimizə fikir verməliyik”.

Mübariz Əhmədoğlu: “Madrid prinsipləri Azərbaycanın maraqlarına əsasən cavab verir. Ən təhlükəli məqam aralıq statusu ilə bağlıdır. Real müharibə variantı yalnız ciddi hazırlıqdan sonra ola bilər”.

İsa Qəmbər: “Madrid prinsiplərini təbliğ etmək olmaz, orada ciddi təhlükələr var. Qarabağın azadlığı naminə cəmiyyətdə vahid mövqe olmalıdır. Bunun üçün əvvəlki sənədlərə, məsələn, Qarabağ Xartiyasına qayıtmaq olar, ya da yeni variant üzərində düşünmək olar”.

Camal Əhmədov: “Vaxtdan səmərəli istifadə olunmalıdır, nəticəyə nail olmalıyıq. Çalışaq ki, bu söhbətlərimizin nəticəsi olsun”.

Akif Nağı: “Müzakirələrdə fəal iştirakınıza görə hər birinizə təşəkkür edirəm. Bir daha əmin olduğumu bildirirəm ki, Qarabağın azadlığı bizim, xalqımızın öz əlindədir. On minlərlə şəhid vermək olsa da, torpaqlarımızı azad etməliyik. Hamının fikri birdir ki, hərbi əməliyyatlar davam etdirilməli, qələbəyə qədər getməliyik. Biz Xankəndində, Şuşada oturandan sonra, dünya baş vermiş faktla hesablaşacaq. Buna hamı əmin ola bilər”.

 

Seymur Əliyev

Oxşar xəbərlər
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:28, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:17, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
GÜNLÜK
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:31
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
17 May 2024 | 16:25
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
17 May 2024 | 16:20
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
17 May 2024 | 16:24
"Buna görə çox peşmanam"
17 May 2024 | 16:19
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
17 May 2024 | 16:29
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:31
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
17 May 2024 | 16:25
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
17 May 2024 | 16:20
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
17 May 2024 | 16:24
"Buna görə çox peşmanam"
17 May 2024 | 16:19
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
17 May 2024 | 16:29
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb