“Nurəddin Sadıqov nazir postunadək yüksəlsə də Rüfət Əmirov işdən çıxarıldı”
Araşdırma
Oxunub: 14102
08 Apr 2014 | 09:58
“Nurəddin Sadıqov nazir postunadək yüksəlsə də Rüfət Əmirov işdən çıxarıldı”
Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı  illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur”¦

(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)...Əbülfəz Elçibəyin Füzuliyə gəlişindən qvardiya döyüşçüləri daha da ruhlanmışdılar. Ölkə prezidentinin gəlişi qvardiyaçıların döyüş ruhunu daha da yüksəltmişdi. Əbülfəz Elçibəy cəbhə bölgəsinə gəlib gedəndən sonra Milli Qvardiyanın qərargah rəisi qonşuluqda yerləşən 848 saylı yerli taborun yerləşdiyi postların coğrafi mövqelərini öyrənmək üçün yerli taborun komandiri ilə postları yoxlamağa getmişdi. Mənsə Milli Qvardiyanın qərargah rəisini yola salandan sonra Məngələnata dağı mövqeyində yerləşən milli qvardiyaçıların  postlardan dəyişdirilməsi ilə məşğul idim. Respublika prezidenti ağır bir döyüş şəraitində Füzuli şəhərinə gəlib gedəndən sonra 9 aprel tarixində gecə saat 22 radələrində  mən və köməkçim qvardiyaçı Qasımov Həsən Rəfayıl oğlu və sürücüm Əliyev Raminlə  birlikdə Məngələnata dağına postları yoxlamaq üçün getmişdik. Biz gecənin qaranlığında Məngələnata dağına qalxan zaman Milli Qvardiyanın komandanı polkovnik-leytenant Tahir Məmmədovla dağın zirvəsində rastlaşmışdıq. O Məngələnata dağındakı Milli Qvardiyaçıların döyüş əhval-ruhiyyəsini yoxlamaq üçün bizdən xəbərsiz bura gəlmişdi, şəxsən mənim komandanın gecənin bu vaxtında Məngələnata dağına qalxıb qvardiyaçılarla postlarda görüşməyindən xəbərim yox idi. Yəqin ki, o rabitəçilərə göstəriş vermişdi ki, onun gecə vaxtı döyüş xəttinə gəlməsi barəsində mənə xəbər verməsinlər.  Ermənilərlə üzbəüz Milli Qvardiyaçıların təmas xəttində yerləşən postlarını  yoxlayıb qayıdan komandanın Füzuli bölgəsinə prezident Əbülfəz Elçibəylə gəlişindən xəbərim olsa da gecənin bu vaxtında çox təhlükəli döyüş mövqeyində postları yoxlamasından xəbərim yox idi. Mən komandana məruzə edib ümumi gördüyümüz işlər barəsində məlumat verdim. O bizi göstərdiyimiz şücaətə görə təbrik edib, mənlə qucaqlaşıb görüşdü. Mənə kapitan rütbəsi verdiyini bildirdi və əlavə etdi ki, Əbülfəz Elçibəy sizin bu şücaətinizi yüksək qiymətləndirir və şəxsən sənə Milli Qəhrəman adı verdiyini bu gün mənə bildirib. Mən sizi bir də təbrik edib, bağrıma basıram.  Komandana öz minnətdarlığımı bildirib, vətən yolunda hec bir mükafat ummadan hər an ölümə hazır olduğumu söylədim. Komandanın icazəsi ilə biz postları yoxlamaq üçün qvardiyaçıların yanına getdik. Komandan isə bizim yerləşdiyimiz Qarğabazar kəndindəki qərargahımıza sürücüsü ilə birlikdə getdi. Köməkçimlə postları yoxlayıb qərargaha gəlmişdim. Burda komandan şəxsi heyətlə  görüşüb polkovnik-leytenant Nəsirovla söhbət edirdi. Qərargah rəisi ona 5 aprel 1993-cü ildə Məngələnata istiqamətində hücum edən zaman ermənilərdən götürdüyümüz gecə görmə cihazlarını göstərirdi. Milli qvardiya komandanı Tahir Məmmədov bizə bəzi göstərişlərini verib gecə ilə Bakıya yola düşdü...
      ...10 aprel 1993-cü il tarixində briqadanın axşamkı hərbi müşavirəsində qərargah rəisi Nəsirov da mənimlə bərabər iştirak edirdi. Füzuli bölgəsinə gələn müdafiə naziri general Dadaş Rzayev və bu zona üzrə korpus komandiri  general Rafiq Ağayev də bu gün ki hərbi müşavirədə iştirak edirdilər. Bu günki hərbi müşavirədə müdafiə naziri və korpus komandirinin iştirakı ilə 6 aprel 1993 il tarixində briqada qərargahı tərəfində hazırlanmış  hücum əməliyyatının baş tutmaması səbəbi müzakirə edillirdi. Briqada komandiri döyüşün baş tutmamasının səbəblərini izah edib sözü  mənə verəndə ayağa qalxıb özümü  Dadaş Rzayevə təqdim etdim. Müdafiə nazirinə bu neçə gün ərzində ermənilərə qarşı gedən döyüşlərdə baş verən çatışmazlıqlar barəsində hər şeyi olduğu kimi açıb danışdım və belə döyüşçülərlə heç bir irəliləyiş əldə edə bilməyəcəyimizi onun nəzərinə çatdırmışdım. Dadaş Rzayev cəbhə bölgəsində baş verən çatışmazlıq barəsində səmimi söylədiyim sözlərimə  görə mənə təşəkkür etmişdi. Bu günkü hərbi toplantıda müzakirə olunan məsələlərdən biri də Füzuli bölgəsində prezidentin sərancamı ilə təsdiq olunmuş komendant saatının gücləndirilməsi məsələsi idi bu barədə nazirin tapşırıqları olmuşdu. Əlavə olaraq müdafiə naziri Füzuli şəhərinin müdafiəsi məsələsinə xüsusi olaraq toxunmuşdu. Şəhər ətrafı səngərlərin qazılması barədə Füzuli rayonunun icra hakimiyyətinin başçısı Nofəl Kərimov çıxış etmişdi. Hərbi müşavirədə yaxşı tanıdığımız, savadına, hərbi biliyinə həmişə hörmət etdiyimiz Müdafiə Nazirliyinin məsul vəzifəli şəxslərindən biri polkovnik Rüfət Əmirov də iştirak edirdi. Biz Gövşad kəndində yerləşən erməni döyüşçülərinin üzərinə hücum edən zaman səngərdən çıxıb qaçmaq istəyən, lakin bizim tankçıların pulemyotuna tuş gələrək ölmüş erməni zabitinin üstündən götürülən komandir çantasının içindən çıxan bir xəritədə ermənilərin gələcək hücum əməliyyatı  planı öz əksini tapmışdı. Xəritədə göstərilən plana əsasən erməni hərbi birləşmələri Füzuli rayonu istiqamətində hücum edib, Füzuli, Beyləqan, Zəngilan, Qubadlı rayonlarını tutmalı idilər. Dadaş Rzayev bizim yanımızda polkovnik Rüfət Əmirova göstəriş verdi ki, Müdafiə Nazirliyinin qərargah rəisi general-mayor Nurəddin Sadıqovla bu məsələni araşdırsın. Özü korpus komandiri Rafiq Ağayevlə birlikdə müşavirəni tərk etmişdi. Polkovnik Rüfət Əmirov briqada komandirinin otağından bizim yanımızda dövlət telefonu ilə birbaşa müdafiə nazirinin birinci müavini, qərargah rəisi Nurəddin Sadıqovla əlaqəyə girib, 6 aprel tarixində Gövşad kəndinə hücum əməliyyatı zamanı ölmüş zabitin üstündən götürülən döyüş  xəritəsi barəsində ona məlumat vermişdi. Nürəddin Sadıqov Rüfət Əmirovun verdiyi məlumatı telefonda dinləyərək çox fikirləşmədən tapılan xəritənin  ermənilər tərəfindən bilərəkdən, qəsdən ortaya atıldığını bildirmişdi. “Dünya ictimaiyyəti ermənilərin bu planına yol  verməz” deyə telefonda Rüfət Əmirova söyləyirdi. Nürəddin Sadıqov telefonda Rüfət Əmirova əlavə olaraq nə dedisə, polkovnik Rüfət Əmirov hirsli bir şəkildə telefon dəstəyini  yerinə qoyub, “bunlara heç nəyi başa salmaq olmur” deyə, fikrini nümayişkaranə şəkildə toplantıda olanlara bildirmişdi. (Bunları yazmaqda məqsədim ondan ibarətdir ki, gələcəkdə tarixçilər bu məsələni araşdırarkən bu fakta daha dəqiq fikir versinlər. Çünki o vaxtı həmin xəritədə göstərilən plana əsasən sonrakı illərdə ermənilər Azərbaycan rayonlarını bir-birinin ardınca işğal etdilər. Nurəddin Sadıqov müdafiə naziri vəzifəsinə yüksəlsə də, polkovnik Rüfət Əmirov işdən çıxarıldı. Mən Nurəddin Sadıqovu Prezident Aparatına gələndə ilk dəfə przidentin göstərişi ilə qarşılayıb arxa qapıdan Əbülfəz bəyin qəbuluna aparan zabit idim.) Hərbi müşavirədən sonra briqada komandirindən bəzi göstərişlər alıb yerləşdiyimiz qərargaha gələrək səhəri görəcəyimiz işlər barədə plan hazırlayırdıq. Qərargah rəsi gündüzdən hazırladığı xüsusi təyinatlı dəstənin 10 nəfər üzvünü yanımızda yerləşən 848 saylı taborun müdafiə etdiyi cəbhə xətti boyu erməni postları barədə məlumat toplamaq üçün kəşfiyyata göndərmişdi. 10 aprel 1993-cü il tarixində Nəsirov və mən AzTV-nin Tele Faks operatorlarının  xahişi ilə Məngələnata dağında yerləşən qvardiyaçıların yanına getmişdik. Teleoperatorlar, o cümlədən aparıcı Sinitsin 5 aprel 1993-cü il tarixində hücum edərək erməni hərbi hissələrinin əllərindən aldıqları Füzuli rayonu cəbhə bölgəsində ən strateşi döyüş mövqeyi sayılan Məngələnata və Üçtəpə yüksəylini misilsiz qəhramanlıq göstərib erməni qəsibkarlarından azad edən qvardiya döyüşçləri barəsində  çəkliş aparmalı idilər. Ona görədə bu televiziyanın əməkdaşları ölkə prezdenti Əbülfəz Elçibəylə birlikdə Füzuli bölgəsinə gəlmişdi. Prezdent Bakıya dönəndən sonra televiziya əməkdaşları Üçtəpə və Məngələnata yüksəkliylərinə getmək qərarına gəlmişdilər. Füzuli cəbhə bölgəsinin briqada komandiri Murad Həmidovun göstərişinə əsasən mən onları Məngələnata yüksəyliyinə aparmışdım. Məngələnata yüksəylinin ən yuxarı nöqtəsində ikinci dəfə bəxtimdən mən snayper gülləsinə tuş gəlirdim. Birinci dəfə mənə xidməti maşınımda sürücüm Ramil Əliyevlə birlikdə Məngələnata yüksəkliyinə Füzuli şəhəri istiqamətindən atəş açılsa da bu dəfə deyəsən erməni snayperinin gülləsinə tuş gəlmişdim. Birinci dəfə “UAZ” markalı xidməti maşının arxa dəmir bortuna dəyib sürücü ilə mənim arama düşən güllə bu dəfə 20-30 nəfərə yaxın qvardiya döyüşçülərinin və Telefaks releoperatoru və aparıcının gözü önündə  erməni snayperi tərəfindən atılması ehtimal olunan snayper gülləsi yanımda daşa dəyərək səmtini dəyişib böyrümə dəyib bədənimə girməyib böyrümdə yerə düşmüşdü. Telefaksın teleoperatoru qəflətən atılan güllədən vəhiməyə düşərək o nə idi deyəndə yanımda mənə dəyib yerə düşən güllə başlığını isti -isti yerdən götürüb teleaparıcı Sinitsinin ovcumun içinə qoymuşdum.  O isti güllə başlığını ovcunun içində saxlaya bilməyib əlinin içini yandırdığı üçün yerə atmışdı. Bu epizod orada olanların gözləri qarşısında baş vermişdi. Hamı mənə baxırdı. Həqiqətən bu, əsl möcüzə və Rəbbimin mənə verdiyi növbəti yaşam fürsəti idi. Mən Seyid nəslindən olduğumu bilirdim. Böyüklərimdən və tarixi məlumatlardan bilirdim ki, ulu babalarım Məhəmməd Peyğəmbərin nəsili Qureyiş köçəri türk mənşəli ərəbləşmiş tayfadandır. Məhəmməd peyğəmbərin əmisi Abdullanın oğlu, Həmzənin oğul nəvələrindəndir. Məhəmməd peyğəmbərin ana nəslində olduğu kimi bizim nəslin ana kökündə də türk qanı vard. Babalarım Azərbaycanın Şirvan bölgəsinə gəlib, Şamaxıda  Şirvan şahlığının bünövrəsini qoymuşlar. Yedinci babam  Seyid Məhəmməd Düşməl Şamaxı xanı Həsənqulu xanın dövründə xan sarayının əyamı( daxili işlər naziri) olmaqla bərabər həm də Ərəbşahverdi kəndi başda olmaqla bu bölgədə yaşayan  tayfa başçısı idi. Onun qardaşı Seyid Rzaxan Düşməl isə Şirvan elinin and içib iman gətirdiyi Şamaşı rayonunun ərazisi Acıdərə kəndində türbəsi olan  Şıx Eyyub Babanın ulu babasıdır. Bu nəsilin hər iki övladı dünya müsalmanlarının iman gətirib səcdə qıldıqları din xadimləri ilə bir məzarlıqda onların türbələrində dəfn olunublar. Ulu babam Seyid Məhəmməd Düşməl Ağdaş rayonunda ərab qəbiristanlığında Veysəl babanın türbəsində onun ayağı altında qardaşı seyid Rzaxan Düşməl isə Bakı şəhərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsi yaxınlığında Sofu Həmid babanın türbəsində onun məzarının yanında  dəfn olunub. (Əlimizdə Məhəmməd peyğəmbərin nəslindən olduğumuzu sübut edən danılmaz faktlar var. Bütün Şirvan elinin, eləcədə Azərbaycanın hər yerindən  ziyarətinə gəldiyi müqqədəs, Şamaxı şəhərinə yaxın məsafədə yerləşən Acı-dərə deyilən yerdə dəfn olunan Şıx Eyyub baba ilə ulu babalarım bir nəslin övladlarıdır. Mənim ulu babam olan Seyid Məhəmməd-Düşməllə Şıx Eyyub babanın babası olan Seyid Rzaxan Düşməl doğma qardaşdırlar. Mustafa xanın dövründə Şirvan şəhərindən tutmuş Hacıqabul rayonunun küdrü düzü Sabirabadın Həşimxanlı kəndinə qədər bir ərazi babalarımın birinə məxsus olub. Ana nəslim Göycə mahalında məşhür din xadimi olmuş Axund Molla İbrahimin nəvələrindən biridir.)
        11 aprel 1993 cü il tarixində səhər saat 9 radələrində mən briqada komandirinin yanına gedib onunla görüşdüm. Briqadada yeni hücum əməliyyat planı hazırlanırdı. Lakin plan tam hazır deyildi. Briqada komandiri  hücum ediləcəyi ehtimal olunan döyüş mövqeyinin coğrafi xəritəsi ilə tanış olmaq üçün məni briqadanın qərargah rəisinin yanına göndərdi. Qərargah rəisinin yanında xəritə ilə tanış olub, ondan bəzi məlumatlar və taşırıqlar alıb, öz yerləşdiyimiz qərargaha gəldim. Mən qərargaha gəlib  Nəsirova briqada komandirinin tapşırıq və göstərişləri barədə məlumat verdim. Kapitan Vəliməmmədovu yanıma cağırıb axşama qədər şəxsi heyyətə lazım olan ərzaq və sursatın tapılıb gətirilməsi barədə göstəriş verdim. Vəliməmmədov öz vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Mən  ondan  olduqca razı idim. Qvardiyaya məxsus olan maşınlar və zirehli döyüş texnikaları hazır vəziyyətdə döyüş əmri gözləyirdilər. Axşama yaxın, təxminən saat 18 radələrində erməni artilleriyası bizim  qoruduğumuz Məngələnata istiqamətini güclü artilleriya atəşinə tutdu. Erməni tanklarından atılan iynəli mərminin bizim səngərlərin üstündə partlaması nəticəsində mənə rabitə vasitəsi ilə məlumat verdilər ki, qvardiyaçılardan 4 nəfər yaralanıb. Yaralanan qvardiyaçıların yaraları çox ağır deyildi. Onların təcili xəstəxanaya aparılması barədə komandirlərinə göstəriş veridim. Bu barədə Nəsirova məruzə etdim. Ermənilər bizim mövqeyimizi möhkəm atəşə tutmuşdular. Cavab atəşi ilə onları susdurduq. Axşam briqada komandirinin yanında olduq, bizə başqa göstəriş vermədi. Qvardiyaçı Əliyev Gündüz, Cəfərov Asif, İbrahimov Eldar xırda iqla mərmi yarası almışdılar. Axşam sakit keçdi...

Oxşar xəbərlər
22:59, Bu gün
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
22:51, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
22:47, Bu gün
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
22:45, Bu gün
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
22:34, Bu gün
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
22:18, Bu gün
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
22:15, Bu gün
Hacıqabul sakinini gürzə sancıb
22:12, Bu gün
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
21:40, Bu gün
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
21:38, Bu gün
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
21:37, Bu gün
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
21:32, Bu gün
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
21:13, Bu gün
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:06, Bu gün
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
20:54, Bu gün
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
20:33, Bu gün
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
20:31, Bu gün
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
20:26, Bu gün
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
20:25, Bu gün
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
20:22, Bu gün
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
20:15, Bu gün
Cəlilabadda minik avtomobili yanıb
19:59, Bu gün
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
19:56, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
19:53, Bu gün
Gürcüstan əhalisi azalır
19:52, Bu gün
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
19:47, Bu gün
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
19:39, Bu gün
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
19:37, Bu gün
Kür çayında suyun səviyyəsi azalıb
19:35, Bu gün
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
19:29, Bu gün
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
19:28, Bu gün
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
GÜNLÜK
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib