“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
Oxunub: 3190
27 Nov 2020 | 19:53
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
Hamımız və hər birimiz ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin mübarizliyi, qətiyyəti və cəsarəti, milli ordumuzun qəhrəmanlığı, hər daş, hər qaya uğrunda apardığı ölüm-dirim mübarizəsi nəticəsində beynəlxalq təşkilatların, həmsədr ölkələrin az qala otuz ildə etmək istəmədiyi məsələni – Qarabağın erməni daşnaklarından, separatçılarından, terrorçulardan azad olunması kimi beynəlxalq və qlobal bir problemi qısa bir müddətdə uğurla həll etdi. Bu qələbə bütün Türk dünyasının sevincinə çevrildi. Uşaqdan böyüyə qədər hamı, xoşbəxt əhval-ruhiyyədə idi. Bu böyük sevinci qeyd etdiyimiz məqamda mənasız olsa da, bəd bir xəbər yayıldı: Fransa senatı qondarma “Dağlıq Qarabağ”ı tanıdı...

Bu xəbərin mahiyyətini, mənasını, nəticələrini bilənlər də, bilməyənlər də narahat oldular, üzüldülər, qələbə ovqatlarına, necə deyərlər, soğan doğrandı... Amma əslində nə baş verir? 

Beynəlxalq hüquqa görə “tanıma” - bir dövlətin başqa bir dövləti beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır. Əslində “tanıma” anlayışı bilavasitə, beynəlxalq hüquqi məsələ deyil. Çünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi və ya müvafiq olaraq, ikinci dövlətin tanımaq hüququ yoxdur. Bu da onu göstərir ki, “tanıma” dövlətin tam öz ixtiyarındadır və onu heç kim məcbur edə bilməz ki, yeni yaranmış dövləti və ya höküməti tanısın. Bir dövlət başqa bir dövləti və ya  onun hökümətini tanıyarkən öz siyasi və iqtisadi maraqlarını rəhbər tutur. Bu baxımdan, erməni lobbisinin həlledici rolu olduğu Fransa senatının” Dağlıq Qarabağ”ı tanıması, bir çox ciddi suallar doğurur. Tarixə və faktlara müraciət edək:

Fransa parlamenti qondarma “Dağlıq Qarabağ”ı tanıya bilərmi? Birmənalı şəkildə deyə bilərəm ki, tanıya bilməz və bu da, senatorların və onun təşəbbüsçülərinin vəzifə həddlərini açıq-aşkar aşmasıdır. Demokratiyanın, ədalətin, insan haqlarının qorunmasının tarixi carçısı olan Fransanın belə bir qərar qəbul etməsi, onun tarixi ənənələrinə sadiq qaldığını, bu ölkənin artıq erməni separatçılarının oyuncağına çevrildiyini, fransız senatorların satıldığını tam təsdiq edir. Yadınızdadırsa, hələ sabiq prezident Nikola Sarkozi də bu qəbildən olan qanunsuzluğa yol vermişdi. O, beynəlxalq hüquq normalarını tamamilə pozaraq, “erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanunu”n  qəbul edilməsi təşəbbüsçülərindən biri idi. Belə ki, ümumi cinayət hüquq nəzəriyyəsində cinayət qanununun zamana və məkana görə tətbiq olunma prinsipi kobud şəkildə pozulmuşdur. Bu prinsip, demək olar ki, dünyanın bütün müstəqil dövlətlərində, cinayət haqqında qanunlarda nəzərə alınmışdır. Bəşəriyyət tarixində ilk dəfə olaraq 9 dekabr 1948-ci ildə "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyası qəbul edilmiş və bu konvensiya 12 yanvar 1951-ci ildən qüvvəyə minmişdir. Belə bir halda Fransa parlamenti qəbul etdiyi "Erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair" qanunu qəbul etməklə, cinayət hüququnun şərh edilən bütün prinsiplərini pozmuşdur. Belə ki, hələ genosid əməllərinin kriminallaşdırılması aparılmadığı bir dövrdə - 1915-ci ildə, başqa bir ölkənin - Türkiyənin ərazisində, guya törədilməsi ehtimal edilən əməlin soyqırım kimi tanınması və bunu inkar edənlərin cinayət məsuliyyəti daşıması barədə müddəalar həmin vaxtdan az qala yüz il keçdikdən sonra bu barədə qanun qəbul edilməsi tamamilə məntiqsiz və yolverilməz idi. Hansı əməlin cinayət olmasını hər bir ölkə öz sərhədləri daxilində özü müstəqil müəyyən etdiyi halda Fransa prezidenti Nikola Sarkozinin şəxsi maraqları üzündən, heç bir məhkəmənin və ya tribunalın fakt olaraq tanımadığı halda, "erməni soyqırımı"nın cinayət kimi tanınması və bunu inkar edənlərin məsuliyyət daşıması barədə təklifi, yalnız cəfəngiyyat kimi dəyərləndirilə bilər. Əməlin cinayət sayılması və həmin əmələ görə cəza verilə bilməsi, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilə bilər. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beynəlxalq hüququn prinsiplərinə görə Türkiyə ərazisində törədilən hər hansı bir əməlin cinayət olub-olmamasını müəyyən etmək hüququ müstəqil dövlət olan Türkiyənin və onun məhkəmə orqanlarının müstəsna səlahiyyətindədir. Bu halda Fransanın yüz il əvvəl - 1915-ci ildə digər bir ölkənin - Türkiyənin ərazisində edilib-edilməməsini fakt olaraq hələ heç bir məhkəmənin və ya tribunalın tanınmadığı halda, Fransa parlamenti tərəfindən onun cinayət hesab edilməsi və insanların düşüncəsinə, fikrinə subyektiv olaraq yeridilməsi tamamilə qanunsuz və əsassız təşəbbüs idi. Ümumiyyətlə, "hakimiyyət bölgüsü" prinsipinə əməl etməyən Fransa parlamentinin məhkəmə və ya tribunalın qərarı olmadan belə bir tanımaya yol verməsi tamamilə qanunsuzdur. Belə təşəbbüslər və qərarlar ölkədə hüquq düşüncəsinin və ədalətin hansı səviyyədə olması barədə fikir yaradır, hakimiyyət bölgüsünün formal mahiyyət daşıdığını göstərir. Əslində bu, prezidentin, yaxud senatorların öz səlahiyyət hədlərini aşması kimi qiymətləndirilməli idi. Beynəlxalq və milli hüquqda qanunverici orqanın - parlamentin heç bir hüquqi əsas, dəlil, yoxlanılmamış və qiymətləndirilməmiş sübutlar olmadan, cinayət faktını məhkəmənin və ya tribunalın qərarı olmadan tanıması və bu barədə qanun qəbul etməsi qanunsuzdur və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin mənimsənilməsidir. Ümumiyyətlə, "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyanın 9 dekabr 1948-ci ildə qəbul edildiyi və 12 yanvar 1951-ci ildən qüvvəyə mindiyi halda, bu Konvensiyanın 1915-ci ildə törədilməsi ehtimal edilən hadisələrə şamil edilə bilməsi absurddur, savadsızlıq əlamətidir. Çünki ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsi yoxdur və bu, tətbiq edilə bilməz.

Hüquqi dövlət prinsiplərinə görə, Fransanın konstitusiyası ümumi formal bərabərlik prinsipinə əsaslanır və azadlıq hüquqi icazə və hüquqi qadağalar üsulu ilə həyata keçirilir. Hüquqi icazə üsulu vasitəsilə həyata keçirilən hüquqi tənzimetmədə, icazə verilən azadlıqların məzmunu və həddi qanunla dəqiq müəyyən edilir. Hüquqi qadağa üsulunda isə insan hərəkətlərinin və münasibətlərinin ictimai təhlükəli anları qadağan edilir. Deməli, qanunda qadağan edilməyən hər bir şey müsbət hesab edilərək müdafiə olunur. Hüquqi qadağa üsulundan doğan ümumi hüquq prinsipi müasir dövlətlərdə ictimai həyatın çox dəbdə olan nizamlayıcı normasına çevrilmişdir. Bu mənada erməni soyqırımını tanımayan şəxslərin baxışlarına görə cinayət məsuliyyəti daşıması barədə Fransa parlamentinin qəbul etdiyi qərar insanları obyektiv fikir və düşüncəsinə görə cinayət məsuliyyəti daşıyacağı hədəsi ilə qorxutmaq deməkdir. Bu isə hüquqi dövlət prinsiplərinə tamamilə ziddir və heç bir hüquqi nəticə doğura bilməz. Belə halda Fransanın konstitusiya məhkəməsinin borcu və vəzifəsi həmin qanunun təxirə salınmadan qanunsuz olduğunu elan etməkdən ibarət olmalı idi... 

İndi qayıdaq yaxın günlərdə senatın “Dağlıq Qarabağ”ı tanımasına. Fransa senatının artıq bir sıra üzvlərinin bu qərara səs vermədiklərini bildirməsi səsvermənin E.Makronun həmfikirləri olan senatorlara təsiri ilə qəbul edildiyini tam təsdiq edir... 

Mən hələ bundan əvvəl dərc olunmuş məqalələrimdə dəfələrlə vurğulamışam ki, saxta yolla yaradılmış və Azərbaycan Respublikasının tərkibində uzun illər fəaliyyət göstərmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu və varlığı, ermənilər və onların havadarları tərəfindən, keçmiş SSRİ-nin ən yüksək qanunverici orqanı – SSRİ Ali Sovetinin 1989-cu ilin noyabr tarixli Qanunu ilə ləğv edilmişdir. Eləcə də vaxtı ilə onun statusunu müəyyən etmiş Azərbaycan Respublikasının Ali Soveti 26 noyabr 1991-ci il tarixli Qanunu ilə bu inzibati ərazi vahidini ləğv etmiş, ərazisini isə qonşu rayonlar arasında bölüşdürmüşdür. Bu da onu göstərir ki,  türk dünyasına özünü haqq-nahaq   düşmən kimi göstərməklə erməni varlılarının və separatçılarının məhəbbətini qazanmaq istəyən E.Makron özünü biabır, qərəzli və oyuncaq bir vəziyyətə qoyaraq otuz il əvvəl statusu ləğv edilmiş və artıq belə bir qurum olmadığı halda, onu tanımaqla özünü biabırçı vəziyyətə qoymuş və verdiyi öhdəlikləri yerinə yetirmişdir. Özündən 24 yaş böyük olan, qoca müəllimini qəflətən sevərək evlənməsi (baxmayarq ki, bu, onun hüququdur və biz bu hüquqa hörmət edirik) E.Makronun emosialarının təsirinə uyaraq, düşünülməmiş belə qərarlar qəbul etmək vərdişinə sahib olduğunu təsdiq edir. Heç şübhə yoxdur ki, bu kimi savadsız qərar qəbul edən senatın və senatorların E.Makronun özü kimi siyasətdə və beynəlxalq münasibətlərdə uğurları ola bilməz. Ermənistanın özünü belə tanımadığı otuz il əvvəl ləğv olunmuş muxtariyyətin erməni senatı tərəfindən qanunsuz tanınması onların bütünlükdə ermənilərə satılması artıq danılmaz bir fakta çevrilmişdir. Buna görə də hamını əmin edirəm ki, Fransa senatının qəbul etdiyi bu qərardan narahat olmağa dəyməz. Azərbaycan və Türkiyə birliyi düz yoldadır və erməni separatçıları öz taleləri haqqında nəhayət ki, ciddi düşünməlidirlər.  

Bəhram Zahidov,

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 
Milli Aerokosmik Agentliyinın Baş hüquq məsləhətçisi,
hüquq elmləri doktoru, professor

Oxşar xəbərlər
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:53
Gürcüstan əhalisi azalır
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 19:47
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:37
Kür çayında suyun səviyyəsi azalıb
27 Apr 2024 | 19:35
Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 19:28
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
27 Apr 2024 | 19:19
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
27 Apr 2024 | 19:18
Rəqqasə Fatiməni məhkəməyə verdilər
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 19:03
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
27 Apr 2024 | 18:56
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:47
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 Apr 2024 | 18:45
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
27 Apr 2024 | 18:31
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
27 Apr 2024 | 18:27
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
27 Apr 2024 | 18:24
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
27 Apr 2024 | 18:21
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
27 Apr 2024 | 18:17
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
27 Apr 2024 | 18:09
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
27 Apr 2024 | 18:05
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
27 Apr 2024 | 18:02
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
27 Apr 2024 | 17:59
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
27 Apr 2024 | 17:55
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
27 Apr 2024 | 17:51
İdmançımız Avropa çempionatında finala yüksəldi
27 Apr 2024 | 17:47
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
27 Apr 2024 | 17:44
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
27 Apr 2024 | 17:40
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
27 Apr 2024 | 17:34
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
27 Apr 2024 | 17:23
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27 Apr 2024 | 17:18
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
27 Apr 2024 | 17:16
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
27 Apr 2024 | 17:13
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
27 Apr 2024 | 17:08
Azərbaycanda müəllim vəfat etdi - FOTO
27 Apr 2024 | 17:03
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
27 Apr 2024 | 16:58
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
27 Apr 2024 | 16:53
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
27 Apr 2024 | 16:48
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 16:36
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:25
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
27 Apr 2024 | 16:20
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
27 Apr 2024 | 16:16
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
27 Apr 2024 | 16:10
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
27 Apr 2024 | 16:05
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
27 Apr 2024 | 15:59
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
27 Apr 2024 | 15:55
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
27 Apr 2024 | 15:50
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
27 Apr 2024 | 15:47
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
27 Apr 2024 | 15:43
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
27 Apr 2024 | 15:38
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
27 Apr 2024 | 15:33
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
27 Apr 2024 | 15:28
Qəzzada ölənlərin sayı açıqlandı
27 Apr 2024 | 15:24
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
27 Apr 2024 | 15:19
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 15:11
Azərbaycanda hakim intihar etdi
27 Apr 2024 | 15:07
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
27 Apr 2024 | 15:02
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
27 Apr 2024 | 14:57
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
27 Apr 2024 | 14:52
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
27 Apr 2024 | 14:48
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
27 Apr 2024 | 14:43
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
27 Apr 2024 | 14:38
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
27 Apr 2024 | 14:33
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
27 Apr 2024 | 14:28
Azərbaycanlı rejissorun filmi Kann festivalında
27 Apr 2024 | 14:23
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 Apr 2024 | 14:18
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
GÜNLÜK
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 09:43
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
27 Apr 2024 | 06:01
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
27 Apr 2024 | 08:47
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
27 Apr 2024 | 07:47
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
27 Apr 2024 | 09:05
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
27 Apr 2024 | 09:42
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
27 Apr 2024 | 10:43
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
27 Apr 2024 | 07:08
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
27 Apr 2024 | 11:06
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
27 Apr 2024 | 10:08
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO