“Heydər Əliyevi dəvət etməyə Elçibəyə xüsusilə təzyiq göstərən Süleyman Dəmirəl idi...”
Oxunub: 8349
15 Jun 2020 | 14:27
“Heydər Əliyevi dəvət etməyə Elçibəyə xüsusilə təzyiq göstərən Süleyman Dəmirəl idi...”
Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar.


"Heydər Əliyev Elçibəyin prezident təyyarəsinə minməkdənsə, hava limanının beton meydançasında qalmağı üstün tutdu..."


Heydər Əliyev evə qayıdır...


Qiyamçıların paytaxta yürüşü, ordusunun ona naxələf çıxması və ermənilərin bütün bunlardan istifadə etməsi Prezident Elçibəyi ekstremal tədbirlər görməyə çağıran ekstremal vəziyyətlə üz-üzə qoydu. Odur ki, o, böyük təcrübəsi olan adama müraciət etdi və ondan xahiş etdi ki, illər uzunu məruz qaldığı özünütəcridə son qoysun və paytaxta qayıdıb ölkəni böhrandan çıxarmaq üçün tədbir görsün...

Əslində Elçibəyin özü yox, türklər istəyirdilər ki, Əliyev özünütəcridə son qoysun və Bakıya qayıtsın. Heydər Əliyevi dövlətin batmaq üzrə olan gəmisinə dəvət etməyə Elçibəyə xüsusilə təzyiq göstərən Türkiyənin yeni Prezidenti (və köhnə siyasi xadim) Süleyman Dəmirəl idi...

Açığını desəm, rəsmi Ankarada Dəmirəl və bir çox başqaları Elçibəylə özlərini öz evlərindəki kimi hiss etmirdilər. Bunun səbəblərindən biri onun özünəməxsus davranışı idi. Bunu onun çox içməyi ilə əlaqələndirən söz-söhbətlər gəzirdi...
(Ardınca Amerika jurnalisti Tomas Qolts mərhum eks-prezident Əbülfəz Elçibəyin o vaxt Gəncə səfərindən sonra el arasında yayılmış məşhur “Tamara” söhbətini xatırladır. Etika xatirinə biz bunun təfərrüatını yazmırıq. Müəllif isə  bu əhvalatı təsvir etdikdən sonra mötərizədə belə bir qeyd edir: 
“Ola bilər ki, Tamara  hekayəti Surətin adamlarının düzüb-qoşduğu təbliğat nağıllarından idi. Lakin Gəncə camaatı arasında xeyli söz-söhbət oldu – onlar buna inanırdılar”...-S.L.) 

Türklərin gözündə Elçibəyin ən böyük günahı hökumətini müdafiə etmək lazım gəldikdə onun geri çəkilməsi idi. Bu, hökumət, hər halda  demək olar ki, Ankaranın rejimi idi – onun süqutu Türkiyənin Qafqazın və Orta Asiyanın iqtisadiyyatına inteqrasiya etmək xəyalından əl çəkməsi demək idi... 
Beləliklə, Ankara alternativ siyasi lider axtramağa başladı.  Elə həmin bu məqamda Heydər Əliyev hakimiyyətə gəldi... 

Türklər üçün Heydər Əliyev Əbülfəzin olmadığı hər şey, siyasətə yeni girişənlər üçün isə o, sağlam düşüncəli bir insan idi.  O, siqaret çəkmirdi və dilinə çaydan acı heç nə vurmurdu. Nə vaxtsa yol verdiyi hamıya məlum günahı artıq arxada qalmışdı...

Ən əhəmiyyətlisi o idi ki, Heydər Əliyev hakimiyyət nə olduğunu başa düşürdü. Onun Sovet üslublu təşkilatçılıq və idarəetmə sahəsində çox böyük təcrübəsi vardı... 

Beləliklə, Dəmirəl təcili olaraq Naxçıvana zəng etdi və öz köhnə dostu Heydərdən xahiş etdi ki, Bakıya qayıtsın və nə qədər ki, gec deyil, Surətin hərc-mərcliyinə son qoysun. O, söz atdı ki, ölkənin gündəlik işlərində sahman yaratmağa başlayın; Elçibəyin nə hakimiyyəti var, nə də nəyəsə təsir edə biləcək imkanı...

Buna baxmayaraq  Heydər Əliyevin Elçibəy və onun dağılmaqda olan rejimi ilə əlaqədə olmaq istəyi yox idi. O, ən azı, 3 dəfə bu şərəfə nail olmaq imkanını rədd etdi. 1993-cü ilin fevralında ona Baş nazir vəzifəsi təklif olundu və Heydər Əliyev bu təklifdən “demokratik prinsiplər əsasında” imtina etdi. Aprelin sonunda Turqut Özalın dəfni zamanı həmin məsələ yenidən  böyük aktual problemə çevrildi. Bu dəfə Heydər Əliyev Elçibəyin prezident təyyarəsinə minməkdənsə, hava limanının beton meydançasında qalmağı üstün tutdu...
Lakin türklər çox inadkar idilər. 1993-cü il aprelin 26-26-da iş belə gətirdi ki,  Dəmirəl Əliyevi  böyük amal uğrunda öz qürurundan keçərək Bakıya gedib Əbülfəzə yardım əlini uzatmağa, nəhayət, razı sala bildi. Təfərrüatları dumanlı olsa da, lakin bir şey fakt olaraq qalmaqdadır: 
Türkiyə səfirliyindən  Mehmet Əli Bayarı təcili zənglə oyatdılar və “QAP”-ın(Baş nazirin təyyarəsininn adıdır) yerə enə bilməsi üçün hüquqi məsələləri həll etməklə əlaqədar ona təlimat verdilər. Yəni Dəmirəl gecənin yarısında Bakıya gəlirdi? Bayara tapşırmışdılar ki, heç nə soruşmasın və yalnız yerə enmə üçün icazə məsələləri ilə məşğul olsun: Nəhayət, Heydər Əliyev yolda idi...

Bayar lazım olan icazələri aldı və gözləməyə başladı. Lakin təyyarə ən son məqamda Azərbaycan hava hüdudlarına girmədən istiqaməti dəyişib Qarsda yerə endi. Uçuşun ləğvinin texniki probelmlərlə heç bir əlaqəsi yox idi: Qars Türkiyənin Naxçıvana ən yaxın hava limanı idi. Nəhayət, Bakıya qayıtmaq üçün Türkiyənin dəvətini qəbul etmiş Ulu İnsan ən son məqamda fikrini dəyişərək təyyarəni evə sürdürməyi qərara almışdı... 

“Mən nə edə bilərəm? O, dəlidir!”- deyilənə görə, Heydər Əliyev Surət üçün Dəmirələ belə demişdi..."
Sonra iyunun əvvəllərində Dəmirəl öz köhnə dostunu yenidən çağırdı. Amma bu dəfə məsələ daha təcili və səbəb daha spesifik idi: Surət Hüseynov  Bakıya qoşun yeritməkdə və Elçibəyin hökuməti  isə dağılmaqda idi. Təxirə salmaq və vaxtı boş yerə itirmək olmaz – və sən Heydər yeganə adamsan ki, milləti bu vəziyyətdən xilas edə bilərsən...

“Mən nə edə bilərəm? O, dəlidir!”- deyilənə görə, Heydər Əliyev Surət üçün Dəmirələ belə demişdi. 

“Get və öz nüfuzundan istifadə et”- cavabı gəlmişdi. 

Beləliklə, Heydər Əliyev Bakıya mühasirəyə alınmış Prezidentin qonağı kimi gəldi; lakin o, ev sahibindən aralı gəzirdi. O, Elçibəyin təklif etdiyi vəzifələri – baş nazirdən tutmuş təhlükəsizlik xidmətinin rəhbərinə kimi - qəbul etməkdən yenə də imtina etdi. Heydər Əliyev təmənnasız olaraq adi bir vətəndaş kimi öz ölkəsinə kömək etmək üçün qayıtmışdı və böhrandan heç də siyasi məqsədlər üçün istifadə etmək istəmirdi... 

Lakin  adi vətəndaş kimi o, ölkənin həqiqətən hansı problemlərlə üzləşdiyini öyrənmək istəyirdi. Odur ki, o, Bakının göbəyində, Elmlər Akademiyası yerləşən şahanə bir binada öz idarəsini yaratdı. Səfirlər, neft adamları, həmçinin ona vaxtilə sədaqətlə xidmət etmiş insanlar və müxalifət partilarının nümayəndələrindən ibarət “məhkəmə” düzəltdi. Amma onlar gəlməmişdən və sorğu-sual olunmamışdan öncə məni çağırdı...

(Davamı var)

Təqdim etdi:  Sultan Laçın
 

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama