28 aprel işğalı - Rusiya dövlət sosial siyasi tarix arxivinin sənədlərindəki ilginc faktlar...
Oxunub: 3914
04 Apr 2020 | 02:25
28 aprel işğalı  - Rusiya dövlət sosial siyasi tarix arxivinin sənədlərindəki ilginc faktlar...
1920-ci ilin əvvəllərində Şimali Azərbaycanda aprel işğalının tarixşünaslığının yazılmasında Rusiya arxiv sənədlərinin əhəmiyyəti böyükdür. Bu sənədlər içərisində 1918-1920-ci illərə aid partiya və Sovet hökumət rəhbərlərinin bir-birləri ilə teleqram, məktub və sair formalarda yazışmaları tədqiq olunan problemlə bağlı mühüm əhəmiyyət kəsb edir. Sovet hökumət rəhbərlərinin yazışmalarının bir çoxunu Azərbaycan tarixi ilə bağlı ilkin mənbə kimi də qiymətləndirmək olar.  
1918-1920-ci illərdə nəşr olunan müxtəlif siyasi yönümlü qəzet və jurnalların səhifələrindəki yazıları da (həmin yazıların subyektiv xarakter daşımasına baxmayaraq) mövzu ilə bağlı mühüm əhəmiyyət kəsb edən mənbələr sırasına daxil etmək olar. Bu mənbələr problemin yazılmasında mühüm əhəmiyyət kəsb etmişdir. 
1917-ci ilin oktyabr ayında Rusiyada qurulan bolşevik hökuməti Cənubi Qafqazda öz işğalçılıq siyasətini Azərbaycan üzərində qurmağa çalışırdı. Daha doğrusu, Azərbaycanın işğal edilməsi sonradan Cənubi Qafqazda sovet Rusiyasının möhkəmlənməsinə şərait yaratmış olardı. 
Sovet Rusiyası xarici müdaxilə və vətəndaş müharibəsini (1918-1920-ci illər) qalibiyyətlə başa çatdırdıqdan sonra keçmiş çar Rusiyası imperiyası ərazisinin bərpa etmək və öz müstəqilliklərini yenicə qurmuş xalqları yenidən, ancaq bu dəfə başqa adla, imperiyanın əsarətinə qaytarmaq üçün əlverilşli imkan əldə etmiş oldu. RSFSR hökumətinin hərbi qüvvələri tərəfindən Cənubi Qafqazı sovetləşdirmək adı ilə zəbt etmək üçün əməliyyat hazırlığı gedirdi. 
Rusiya 1920-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq bütün diqqətini Cənubi Qafqaza- Şimali Azərbaycana yönəltmiş və müxtəlif istiqamətlərdən ona qarşı təzyiqlərə başlamışdı. Rusiyanın Azərbaycanla bağlı siyasətini dərindən öyrənilmək üçün Sovet dövlətini quran (V.İ.Lenin, İ.Stalin, Q.Orconikidze, Q.Çiçerin, D.Trotski, S.Kirov və başqaları) şəxslərlə əlaqədar Rusiya Federasiyasının arxivlərində saxlanılan sənədlər daha çox diqqəti cəlb edir. Məsələn, 1920-ci il martın 17-də V.Lenin Q.Orconikidzeyə göndərdiyi teleqramında qeyd edirdi ki, Bakını tutmaq bizə olduqca vacibdir. Bütün cəhtləri bu istiqamətə yönəltmək lazımdır. Bununla belə nəzərə almaq lazımdır ki, bəyanatlarınızda olduqca diplomatik olmaq vacibdir və yerlərdə sovet hakimiyyətinin möhkəm hazırlandığına yüksək əminlik olmalıdır. Eyni ilə Gürcüstana yanaşılmalıdır. Məsləhət görürəm ona (Gürcüstana-A.V.) daha çox ehtiyatla yanaşılsın (RDSSTA, .f 558, siy.1, iş. 5481, v. 4-7). Bu teleqramdan tam aydın olur ki, Sovet Rusiyasının əsas məqsədi Azərbaycanı işğal etmək olmuşdur. Bununla bağlı çox ciddi hazırlıq işləri də görülürdü. 
D.Trotskinin Bakının işğal olunması ilə bağlı 1920-ci il martın 21-də Moskvadan İ.Stalinə göndərdiyi teleqramı diqqəti cəlb edir. Teleqramda “Tuxaçevsikiyə sorğu göndərdiyini” və ondan “Bakını işğal etmək və saxlamaq üçün təcili əməliyyatın aparılmasının mümkün” olub-olmaması ilə bağlı məlumat istədiyi qeyd olunurdu (RDSSTA, .f 558, siy.1, iş. 5481, v. 4-7).  
Bu dövrdə RSFSR XKS-nın sədri V. Leninin təşəbbüsü ilə, İ. Stalinə Qafqaz Cəbhəsinin möhkəmləndirilməsi işinə nəzarət etmək tapşırılmışdır. İ.Stalin L. Trotskiyə 1920-ci il 21 mart tarixində göndərdiyi teleqramında yazırdı: “Şifrələnmiş teleqramınızı aldım. Qafqaz cəbhəsində 25 atıcı və 10 diviziya var. Sizin təklifinizə uyğun olaraq polyaklara qarşı duran diviziyadan 6-sını götürmək olar. Qalan qüvvələrlə Bakı rayonunu cəsarətlə saxlamaq mümkündür. Əgər birtərəfliyə söz versək, Gürcüstan qorxulu deyil (RDSSTA, .f 558, siy.1, iş. 5481, v. 3).
Sovet Rusiyası Cənubi Qafqaza hərbi təcavüz etmək üçün müxtəlif formada təzyiqlərini artırmışdır. 1920-ci ilin əvvəlində sovet hökuməti Denikin ordusuna qarşı birgə hərbi əməliyyatlar aparmaq məqsədilə, müqavilə bağlamaq təklifilə, Azərbaycan və Gürcüstan hökumətlərinə müraciət etmişdir. Lakin hər dəfə rəd cavabı almışdır. 
Sovet Rusiyasının xarici işlər komissarı Q.Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə bir neçə dəfə nota göndərərək Denikinə qarşı birgə mübarizə aparmaq təklifi olunmuşdur. Lakin AXC hökuməti cavab notasında bunun Rusiyanın daxili işi olduğunu bildirmişdi. Sovet Rusiyasının Şimali Qafqazda mövqeyinin möhkəmlənməsini və işğal olunma təhlükəsini görən Azərbaycan və Gürcüstan hökumətləri 1920-ci ilin yazında Rusiya ilə müqavilə bağlamaq üçün öz nümayəndələrini Moskvaya göndərməyə məcbur olmuşdular. Lakin şəraitin dəyişməsi ilə Moskva danışıqları yubatmışdır.
Sovet Rusiyası Qafqazda yerləşən ordularını yenidən formalaşdıraraq “1920-ci il yanvarın 16-da Cənub-Şərq cəbhəsi Qafqaz cəbhəsi adlandırılmağa başlamışdır. Onun tərkibinə 8-ci, 9-cu, 10-cu, 1-ci süvari və 11-ci ordular daxil edilmişdir”.
Bakının işğalı ərəfəsində Orconikidzenin aprelin 23-də Çiçerinə göndərdiyi teleqramında Bakıdakı vəziyyəti belə izah edirdi: “hökumətin tərkibindən ittihadçılar, sosialistlər və başqa partiya nümayəndələri çıxmışdır. Yusifbəyov hökuməti yalnız müsavatçılardan ibarətdir. Türkiyədə Milli hərəkatın rəhbəri Mustafa Kamal Paşa Azərbaycandan tələb edir ki, onları İngiltərənin hücumundan müdafiə etmək məqsədilə, sovet ordusunu Türkiyə sərhədinə buraxsınlar. 1920-ci il aprelin 21-də cəbhə qərargahının məlumatı əsasında, Bakını ələ keçirmək üçün ordunun cəmləşdirilməsi haqqında əmr verilmişdir. Əslində Orconikidzenin guya “Mustafa Kamal Paşa Azərbaycandan tələb edir ki, onları İngiltərənin hücumundan müdafiə etmək məqsədilə, sovet ordusunu Türkiyə sərhədinə buraxsın” fikri heç bir tarixi sənədə əsaslanmadığına görə tamamilə yalnışdır. Çünki indiyə kimi bu məsələ ilə bağlı nə Rusiya, nə də ki, Türkiyə arxivlərində elə bir sənədə rast gəlinməmişdir.  
1920-ci il aprelin 23-də Tuxaçevski və Orçonikidze tərəfindən 11-ci Ordunun komandanlığına göndərdikləri teleqramda “son məqsəd Bakı quberniyası deyil, bütün Azərbaycan ərazisini ələ keçirmək hesab edilməlidir” əmri verilmişdir. 
Bakı işğal olunduqdan sonra Q.Orconikidze və S.Kirovun Bakıdan V.Leninə göndərdiyi 1920-ci il 4 may tarixli teleqramında (Orconikidzenin birinci teleqramı 1920-ci il aprelin 30-da Leninə göndərilib və burada 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycanda baş vermiş hadisələr şərh olunmuşdur) deyilirdi: “27-dən 28-nə keçən gecə, saat 2-də Bakıda hakimiyyət Azərbaycan İnqilab Komitəsinin əlinə keçdi. O da Azərbaycanı Sovet Respublikası elan etdi. Gecə saat 4-də zirehli qatar Bakıya daxil oldu” (RDSSTA, f, 85. siy.13. iş. 12. v. 9-10). 
Q.Orconikidze və S.Kirovun 1920-ci il mayın 4-də Mərkəzə göndərdikləri teleqramda hakimiyyət kommunistlərə təhvil verildikdən iki saat sonra piyada batalyonu olan zirehli qatar Bakıda olduğu, ertəsi günü süvari və ordunun qərargaha gəldiyi qeyd edilmişdir. Q.Orconikidze və S.Kirovun V.Leninə göndərdikləri teleqramda “yaxın vaxtlarda Azərbaycanda baş verənlər Gürcüstanda da olacağı” haqqında və  Azərbaycanı təbrik etməyin və onun ümumi formada tanınmasının vacib” olduğu göstərilirdi. Bundan sonra V. Lenin Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərmişdi. V.Leninin 1920-ci il mayın 5-də RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə göndərdiyi teleqramda deyilirdi: “Xalq Komissarları Soveti müstəqil Azərbaycan respublikasının zəhmətkeş kütlələrinin azad edilməsini təbrik edir”. 
Sovet ordusu Bakını yenicə işğal etməsinə baxmayaraq, artıq Azərbaycanın Sovet Rusiyası ilə birləşməsindən söhbət gedirdi. Bununla bağlı Q.Orconikidze və S.Kirovun 1920-ci il mayın 4-də Mərkəzə göndərdikləri teleqramda deyilirdi: “Azərbaycanın Sovet Rusiyası ilə hərbi, təsərrüfat və iqtisadi birləşməsini həyata keçirəcəyik. Təcrübə, bizə bütün Qafqazda, eləcə də başqa yerlərdə Xalq Komissarları Sovetinin adından səlahiyyət vermənizi tələb edir. Təcili radio ilə, yaxud kimləsə göndərməklə, bizi bu səlahiyyətlə təmin edin. Nərimanova belə səlahiyyətlər verməyin”. Halbuki Sovet ordusu tərəfindən Bakının işğal edilməsi ərəfəsində N.Nərimanovun onlara nə qədər lazım olduğunu Q.Orconikidzenin Mərkəzə-Moskvaya göndərdiyi teleqramından görmək mümkündür. Q.Orconikidze yazırdı: “Nərimanov olduqca Bakıya lazımdır. Artıq dərəcədə Sizdən xahiş edirəm, sabah onu bizə yola salın”. Buradan göründüyü kimi, əgər əvvəllər Q.Orconikidze və S.Kirov Moskvadan N.Nərimanovu təcili Bakıya göndərməyi xahiş edirdilərsə, indi artıq onun Bakıya gəlişini istəmirdilər, səbəb isə onun nüfuzundan və onların hər ikisinin pərdəarxası oyunlarının N.Nərimanov tərəfindən ifşa olunacağından qorxmaları idi. 
Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra hər cür özbaşınalıqlar baş vermişdir. Bu dövrdə kütləvi həbslər başlamışdır. Qazax qəzasının fövqəladə komissarı Əli İsgəndərovun AK(b)P MK-ya göndərdiyi hesabat xarakterli məruzəsində Gəncə üsyanından (burada söhbət 1920-ci ilin may ayında rus işğalına qarşı silahlı üsyandan gedir) sonra tərkibində 14 bəyin də olduğu 40 nəfər tanınmış şəxsin həbs olunaraq Bakıya göndərilməsi və həbs olunanlar arasında “Müsavat” partiyasının 25 üzvünün olması haqqında məlumat öz əksini tapmışdır. Məlumdur ki, XI Ordu 1920-ci ilin mayında Gəncə üsyanının yatırılmasında xüsusilə qəddarlıq göstərmişdir. O dövrdə Sovet Rusiyanın xarici siyasətini istiqamətləndirən Q.Çiçerin də V.Leninə göndərdiyi teleqramında “Yelizavetpolda (Gəncədə-V.Ş.) müsəlmanların kütləvi öldürülməsini” etiraf etmişdir. 
Pankratovun rəhbərlik etdiyi Xüsusi şöbənin apardığı əməliyyat nəticəsində, Sovet dövlətinin əleyhinə gizli təbliğat apardıqlarına görə, 1920-ci il oktyabrın 30-dən 31-nə keçən gecə “İttihad” partiyasının üzvlərindən  86 nəfər həbs edilmişdir. 1920-ci il noyabrın 20-də isə AKP MK siyasi bürosunun iclasında Pankratovun verdiyi məlumatdan belə aydın olur ki, Zaqatala dairəsindən 70 nəfərə kimi həbs edilmiş, onların da içərisində antisovet əleyhinə üsyanın rəhbəri İslam bəy Kardaşov da var idi. Digər bir sənəddə isə Qazaxda ağ ordunun zabiti Qarayev Həmid həbs olunaraq Qafqaz cəbhəsinin Xüsusi şöbəsinin ixtiyarına verilmişdir. Bu şöbənin də ixtiyarına verilən insanların taleyi nə ilə nəticələnməsi tarixi sənədlərdən məlumdur. Belə ki, Şimali Azərbaycan XI Ordu tərəfindən işğal olunduqdan sonra günahsız insanların sorğu-sualsız güllələnməsi adi hal almışdır. Rəsmi sənədlərə görə Ağdaşda həbs olunanlardan Cəbrayıl Məmməd oğlu, Məmməd bəy Hüseynbəy oğlu Həbibbəyov, Lətif  Əbdüləziz oğlu, Həmid Əziz oğlu güllələnmişdir. İşğalın birinci günü qəzalarda həbs olunanların bir çoxu güllələnmək üçün Bakıya göndərilirdilər. 1920-ci il iyulun 17-də Azərbaycan SSR İnqilabi Hərbi-Səhra Tribunalı 14 nəfər kommunistin Azərbaycandan sürgün edilməsi və 28.340 rubl dəyərində pul və əmlaklarının müsadirə olunması, eləcə də Azərbaycan Dəmir Yol rəisi və General-Qubernatoru Teymur bəy Məlik Aslanovun güllələnmə qərarı çıxatmışdır. 
Gürcüstanın da sovetləşdirilməsi məsələsini işləyib hazırlanmasının planlaşdırılmasına baxmayaraq, 1920-ci ilin aprelin ortalarında Gürcüstanda hakimiyyətə qarşı yerli kommunistlər tərəfindən təşkil olunmuş üsyan məğlubiyyətlə başa çatmışdır. Gürcü hökuməti üsyanı yatırmışdır. Onun iştirakçılarının bir çoxu həbsxanaya salınmışdır. Q.Orçonikidze 1920-ci il aprelin 23-də gürcü kommunistlərinin həbsi haqqında Lenin və Çiçerinə teleqrafla xəbər vermişdi. Həmin dövrün sənədləri sübut edir ki, Azərbaycanı işğal etməsindən əvvəl Sovet Rusiyası Gürcüstanı işğal etmək fikirində olmuşdur. Lakin Gürcü hökumətinin qəti addımı bunun qarşısını almışdır. 
Məlumdur ki, Azərbaycanda baş vermiş 1920-ci ilin aprel işğalını RSFSR XKS sədri V.Lenin tərəfindən çox sevinclə qarşılanmışdır. O, yanacaqsız qalmış Rusiya sənayesinin artıq “iqtisadi baza”sının olduğunu bildirmişdi.  1920-ci il aprelin 29-da Şüşə-Çini istehsalat müəssisəsi fəhlələrinin Ümumrusiya qurultayında çıxış edən V.İ. Lenin demişdir: “Bakı proletariatı hakimiyyəti öz əlinə almış və Azərbaycan hökumətini devirmişdir. Beləliklə, nəqliyyatımız və sənayemiz Bakı neft mədənlərindən çox böyük yardım alacaq”. 
XI Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra bura Sovet hakimiyyətinin sonrakı fəaliyyəti üçün əsas dayaq məntəqəsi olmaqla yanaşı, Sovet hökuməti Azərbaycanın ərazi bütövlüyünü ermənilərin xeyrinə həll etməyə başlamışdır. Yalnız N.Nərimanovun Mərkəzin Azərbaycana qarşı bu cür münasibətinə qarşı çıxması məkrli düşmənin planlarını tamamilə həyata keçirməyə imkan verməmişdir. Lakin Azərbaycanı işğal edən Rusiya idi, N.Nərimanovun isə ona gücü çatmazdı. Digər tərəfdən, N. Nərimanov və onun silahdaşları bolşevik süngülərinin köməyi ilə hakimiyyətə gəldiklərinə görə ona qarşı nəinki mübarizə apara bilməzdilər, ona heç gücləri də çatmazdı. Azərbaycanın taleyini bolşevik Rusiyası ilə bağlayan N.Nərimanov, ancaq qələminə və şəxsi nüfuzuna görə bəzi haqsızlıqların qarşısını ala bilsə də, ümumilikdə, sovet müstəmləkəçilik siyasətinin qarşısını ala bilməməşdir. 
Q.Orconikidze 1920-ci il mayın 22-də Leninə, Stalinə və Çiçerinə göndərdiyi teleqramında yazırdı: “Mənə elə gəlir ki, Şuşa, Naxçıvan, Ordubad və Culfa ermənilər tərəfindən heç bir müqavimətə rast gəlmədən işğal olunmalıdır” (RDSSTA,  f. 85. siy.2/s. iş. 4. v. 5). 1920-ci il iyunun 19-da Q.Çiçerinin Q.Orconikidzeyə göndərdiyi teleqramda isə bildirilirdi: “Qarabağ, Zəngəzur, Şuşa, Naxçıvan, Culfa nə Ermənistana, nə də Azərbaycana birləşdirilməməli, yerli sovetlər yaratmaqla Rusiyanın hakimiyyəti altında qalmalıdır. Əks təqdirdə başqa qərarlar, ümumi vəziyyətin tələb etdiyi sülh siyasətimizi poza bilər”. 
Q.Çiçerin 22 iyun 1920-ci ildə RK(b)P MK Siyasi bürosuna göndərdiyi digər bir məktubunda “sovet qoşunları tərəfindən ələ keçirilməsi nəzərdə tutulan mübahisəli ərazilərin – Qarabağ, Zəngəzur, Naxçıvan, Culfa, Şərur, Dərələyəz qəzaları Azərbaycana birləşdirilməsinin mümkün olmadığını” qeyd etmişdir. O, bunu guya “Ermənistanla razılaşmanı qeyri-mümkün edəcəyini” önə çəkirdi (RDSSTA, f.5, siy.2, iş.314, v.11). Halbuki, bəhs olunan dövrdə Ermənistan (Ararat) Respublikasının elə bir siyasi və hərbi gücü yox idi ki, Sovet Rusiyasına qarşı dura bilsin. 
İlk vaxtlar Moskva Azərbaycanla hesablaşırdı. Cənubi Qafqazda hər hansı bir tədbir keçirmək istəsəydi, onda Azərbaycanın mövqeyini nəzərə alırdı. Lakin sonrakı mərhələdə, yəni Sovet hakimiyyəti möhkəmləndikcə Azərbaycanın hakimiyyət orqanlarının fikirləri daha nəzərə alınmırdı. Q.Orconikidze isə Azərbaycana xüsusi önəm verirdi. Mərkəz ona Bakıda qalıb Azərbaycan İnqilab Komitəsinin siyasi rəhbərliyini öz üzərinə götürməsi göstərişi vermişdir. 
Beləliklə, “Rusiya dövlət sosial siyasi tarix arxivi (RDSSTA)” sənədlərinin müəyyən bir hissəsinin təhlil olunması aşağıdakı nəticəyə gəlməyə imkan verir: 1. Azərbaycan zəhmətkeşləri Azərbaycana hərbi təcavüz etməyi Sovet hökumətindən xahiş etməmişdir. 2. XI qırmızı ordu Azərbaycanı azad etmək deyil, işğal etmək üçün hərbi təcavüz etmişdir. 3. 1920-ci il aprelin 28-də milli hökumət (Azərbaycan Xalq Cümhuriyyəti) devrildikdən sonra hakimiyyətə, “əməkçi xalq” deyil, Azərbaycanı Sovet Rusiyasına birləşdirmək istəyən bir qrup azərbaycanlı kommunist gəlmişdir. 4. AXC-nin parlament iclası 1920-ci il aprelin 27-də hakimiyyəti azərbaycanlı kommunistlərinə təhvil vermək üçün deyil, müstəqil dövlətin sərhədlərini pozan və Azərbaycanı işğal etməyə gələn rus ordusu ilə bağlı məsələni müzakirə etmək üçün çağırılmışdı. Lakin vəziyyətin daha da kəskinləşməsini nəzərə alan hökumət hakimiyyəti müəyyən şərtlər daxilində müvəqqəti olaraq Azərbaycan kommunistlərinə verməyə qərara almışdır. 5. Azərbaycanın təbii sərvətləri – nefti, pambığı, taxılı və s. məhsulları təmənnasız olaraq Rusiya Sovet imperiyasının ümumi malına çevrilmişdi. 6. Azərbaycanın idarə olunması və ərazi bütövlüyü məsələsi Sovet hökumətinin nəzarəti altında həll olunması nəzərdə tutulurdu. 7. “Müstəqil Azərbaycan Şüarı” yalnız şüar olaraq qalmışdır, həqiqətdə isə Şimali Azərbaycan bolşevik Rusiyasının müstəmləkəsinə çevrilmişdi. 
                                                                       
Vaqif Abışov
Tarix üzrə elmlər doktoru  
Oxşar xəbərlər
16:19, Bu gün
Ukrayna Kursk və Belqorodu hədəfə alıb, ölənlər var
16:11, Bu gün
Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
16:07, Bu gün
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
16:03, Bu gün
Bakıda mənzildə meyit tapılıb
15:52, Bu gün
ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”
15:26, Bu gün
Rusiya qoşunları daha altı yaşayış məntəqəsini nəzarətə götürdü
14:38, Bu gün
Daşkəsən rayon təhsil sektoruna yeni rəhbər təyin olunub
14:28, Bu gün
Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək
14:27, Bu gün
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar - YENİLƏNİB
14:18, Bu gün
Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - FOTO
13:49, Bu gün
Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA + YENİLƏNİB
13:41, Bu gün
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
13:38, Bu gün
Naxçıvanda voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib
13:36, Bu gün
Bakıda kişi gecə saatlarında özünü asdı
13:25, Bu gün
Bayden dostu ilə düşmənini qarışdırdı
13:12, Bu gün
İbrahim Tatlıses Bakıdadır
12:12, Bu gün
Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq
12:11, Bu gün
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər
12:03, Bu gün
"Bu revanşist hərəkat yalnız Paşinyana qarşı deyil, həm də Azərbaycana qarşıdır...”
11:59, Bu gün
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:57, Bu gün
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
11:57, Bu gün
"Borussiya"nın futbolçusu "İnter Mayami"yə keçə bilər
11:55, Bu gün
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
11:55, Bu gün
Ermənistan polisi Eçmiədzində Paşinyanı silah-sursatla “qarşılamaq istəyən” altı nəfəri saxlayıb
11:53, Bu gün
İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul edib - FOTO
11:18, Bu gün
“Hizbullah” Kiryat Şmona şəhərinə kütləvi raket zərbələri endirdi - FOTO/VİDEO
11:15, Bu gün
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - FOTO
11:10, Bu gün
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
11:00, Bu gün
2005-dən sonra görünməmiş təhlükə: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər
10:59, Bu gün
Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar
10:57, Bu gün
Universitetlərə qəbul imtahanlarının nəticələrində ciddi dəyişiklik olacaq- AÇIQLAMA
10:56, Bu gün
Bu 7 bitki evinizə bədbəxtlik gətirər! Hətta ölümə belə səbəb ola bilər...
10:55, Bu gün
Daha bir şirkət cərimələnir
10:52, Bu gün
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)
10:52, Bu gün
Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edib
10:44, Bu gün
Paşinyanı devirmək üçün ŞOK PLAN... - VİDEO 
10:43, Bu gün
“Putin İsrail-Qəzza savaşından əlavə impuls alır...”
10:20, Bu gün
Ölüm xəbəri yayılan Murad Muradov həyata qayıtdı - FOTOlar
10:16, Bu gün
Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? - AÇIQLAMA
10:13, Bu gün
Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıb
10:09, Bu gün
Bu bitkilər stressi azaldır
09:58, Bu gün
Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür! – Həkim XƏBƏRDARLIQ etdi
09:45, Bu gün
Niderlanddan olan müğənni “Avroviziya”dan uzaqlaşdırılıb
09:36, Bu gün
Rusiya hərbçiləri Xarkov üzərinə hücuma getməkdən imtina edirlər...- “Ateş”
09:30, Bu gün
Övladlarınıza verdiyiniz 8 zərərli qida - Hər gün yeyirlər
09:27, Bu gün
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:20, Bu gün
Bu bitki 1 dəqiqəyə uşağı, 15 dəqiqəyə isə böyükləri ÖLDÜRÜR
09:16, Bu gün
"Azərbaycan" adı ilə bağlı daha bir tarixi fakt - FOTO
09:11, Bu gün
Bakıda idman zallarında qiymətlər necədir? - SİYAHI
08:59, Bu gün
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
08:26, Bu gün
Hakim partiya deputatı Paşinyana qarşı mitinq keçirən Baqrata təşəkkür etdi -GÖZLƏNİLMƏZ 
08:10, Bu gün
Ən populyar smartfonun adı açıqlanıb
07:59, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib - YENİLƏNİB
07:57, Bu gün
Dünən axşam Paşinyana qarşı İrəvandakı mitinqdə cəmi 11300 hayk olub...-FOTO
07:31, Bu gün
Qan damarlarını təmizləyən  iki səhər yeməyi
07:01, Bu gün
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?.. -II hissə
10 May 2024 | 23:47
Xorvatiyanın baş naziri yeni hökumət formalaşdıracaq
10 May 2024 | 23:46
Gürcüstanda uşaqları küçələrdə dilənməyə məcbur edən cinayətkar dəstə ifşa olunub
10 May 2024 | 23:35
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
10 May 2024 | 22:51
İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı - VİDEO
10 May 2024 | 22:35
"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 22:31
Pentaqon bütün ABŞ hərbçilərini Nigerdən çıxarır
10 May 2024 | 22:24
Qəzzada ölənlərin sayı 35 minə yaxınlaşıb
10 May 2024 | 22:23
Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı
10 May 2024 | 22:19
Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu
10 May 2024 | 22:16
Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO/VİDEO
10 May 2024 | 22:12
"Rusiya ciddi şəkildə Moldova ilə məşğul olmağa başlayıb" - ISW
10 May 2024 | 21:50
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
10 May 2024 | 20:53
Qazaxda təbii fəlakət fəsadlar törədib
10 May 2024 | 20:50
​İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olundu
10 May 2024 | 20:39
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi
10 May 2024 | 20:36
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
10 May 2024 | 20:31
Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
10 May 2024 | 20:13
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
10 May 2024 | 20:12
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
10 May 2024 | 20:11
Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
10 May 2024 | 20:09
Turistlər regionlara maraq göstərmir - Əsas səbəb... / AÇIQLAMA
10 May 2024 | 19:52
Fransa Ukraynaya utilizasiya edilməli olan uzaqmənzilli raketləri təhvil verib
10 May 2024 | 19:51
Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO
10 May 2024 | 19:50
İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB+ FOTO
10 May 2024 | 19:47
Rusiya mayın ortalarında Xarkova hücum etməyə hazırlaşır
10 May 2024 | 19:40
Putin Mişustini Baş nazir təyin edib
10 May 2024 | 19:39
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
10 May 2024 | 19:06
Azay Quliyev seçicilərilə görüş keçirib - FOTO
10 May 2024 | 19:06
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq
10 May 2024 | 19:03
Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik
10 May 2024 | 18:56
"Zelenski ilə söhbətdən sonra məndə belə təəssürat yaranıb ki, o, səmimi-qəlbdən sülhə can atır..."
10 May 2024 | 18:40
Pakistan Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
10 May 2024 | 18:39
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB
10 May 2024 | 18:35
Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"
10 May 2024 | 18:32
Prezident: “Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar”
10 May 2024 | 18:31
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
10 May 2024 | 18:30
Azərbaycan Prezidenti: “Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi”
10 May 2024 | 18:29
İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
10 May 2024 | 18:26
Azərbaycan Prezidenti: "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır"
10 May 2024 | 18:25
Prezident: "Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq"
10 May 2024 | 18:23
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
10 May 2024 | 18:05
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
GÜNLÜK
10 May 2024 | 17:00
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
10 May 2024 | 16:36
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
10 May 2024 | 18:23
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
10 May 2024 | 17:37
Putin “İ” üzərində nöqtələri qoydumu?
10 May 2024 | 16:32
İranda toy mərasimi yasa çevrildi - VİDEO
10 May 2024 | 16:50
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
10 May 2024 | 16:45
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
10 May 2024 | 16:40
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
AYLIQ
10 May 2024 | 17:00
“Heydər Əliyev tozlu alnımdan, neftli əllərimdən öpüb dedi ki, sənin çörəyini yeyirik, niyə utanırsan?” - ÖZƏL + FOTO
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
10 May 2024 | 16:36
Qusarda meşəlik ərazidə aparılan tikinti işləri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
10 May 2024 | 18:23
İlham Əliyev: "İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək"
10 May 2024 | 17:37
Putin “İ” üzərində nöqtələri qoydumu?
10 May 2024 | 16:32
İranda toy mərasimi yasa çevrildi - VİDEO
10 May 2024 | 16:50
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
10 May 2024 | 16:45
ADNSU-nun kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
10 May 2024 | 16:40
Əhməd Rəcəbli küçəsində təmir işləri aparılır - VİDEO
10 May 2024 | 21:07
"Fələstinlilərin, israillilərin və bütün regionun taleyi tükdən asılıdır" - Quterriş