Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)
Araşdırma
Oxunub: 2009
12 Feb 2020 | 10:10
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ)
5. Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Əli bəy Hüseynzadə xeyli dərəcədə haqlı idi ki, ortaq türkcədən ayrı Azərbaycan türkcəsinin inkişafında, əlifba islahatı məsələsində əvvəlcə çar Rusiyası, sonralar Sovet Rusiyasının maraqlı və icraçı olmaları təsadüfi olmamışdır. Hər iki halda məqsəd Quzey Azərbaycanı Türk dünyasından, xüsusilə Güney Azərbaycan və Türkiyə türklərindən ayırmaq idi. Ona görə də Hüseynzadənin vaxtında ruslaşdırmaq, qərbliləşdirmək siyasətinə qarşı irəli sürdüyü “türkçülük” ideyasına haqq qazandırmamaq mümkün deyil.
Yusif Akçuraya görə, Ə.Hüseynzadə «Qəzetimizin məsləki» məqaləsində deyil, «Bizə hansı elmlər lazımdır?» mövzusu ətrafında gedən mübahisələr əsasında yazdığı məqaləsində ilk dəfə, tərəqqipərvər islamçılığın və türkçülüyün əsasını təşkil edən «üçlü» (islamlaşma, turkləşmə və avropalaşma) düstura üz tutmuşdur; bu «üçlü» düstur da çox keçmədən Türk aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Z.Gökalp və başqaları tərəfindən dəstəklənmişdir. Bizcə, birincisi bu «üçlü» düstur yuxarıda da qeyd etdiyimiz kimi, Ə.Hüseynzadə tərəfindən daha öncə irəli sürülmüş, yəni «Həyat»ın ilk məqaləsində müəyyənləşdirilmişdir. İkincisi isə, bu «üçlü» düstur sonralar yalnız Türkiyə türkçülüyü deyil, Azərbaycan türkçülüyü ideyasının da yaranmasında mühüm rol oynamışdır. Hər halda Hüseynzadə 1900-1910-cu illərdə bu «üçlü» düsturu irəli sürərkən konkret nə Azərbaycan və Azərbaycan türkçülüyünü, nə də Türkiyə və Türkiyə türkçülüyünü nəzərdə tutmuşdur. Fikrimizcə, o, həmin dövrdə nəzəri-fəlsəfi yönlü «üçlü» düsturunu bütün Türk-İslam dünyası üçün irəli sürmüş, ondan sonralar bütün Türk millətləri, o cümlədən Azərbaycan türkləri (M.Ə.Rəsulzadə və b.) və Türkiyə türkləri (Z.Gökalp və b.) eyni dərəcədə yararlanmışdır.
Deməli, Ə.Hüseynzadə nəzəri-fəlsəfi şəkilə salmağa çalışdığı “üçlü” düsturunun reallaşmasını Türkiyə çərçivəsində məhdudlaşdırmayaraq bütün Türk və müsəlman dünyası bütövlüyündə görmüşdür. 
Osmanlı türkçülüyü. Fikrimizcə, Hüseynzadə 1900-1910-cu illərdə milli və müasir ruhlu islamçılıqdan çıxış etsə də, bunun hədəflərinin qeyri-müəyyənliyini dərk etmiş və onunla müqayisədə reallığa daha yaxın olan «osmanlı türkçülüyü» ideyasını irəli sürmüşdü. Görünür, Hüseynzadə bütün müsəlmanların (ərəb, fars, türk və b.) «islam birliyi»nin mümkün olmadığını görərək, siyasi-ideoloji mənada diqqətini «Türk-İslam» birliyinə əsaslanan «Osmanlı türkçülüyü»nə yönəltmişdir. Bu isə, müəyyən qədər bütün türklərin Turan dövlətində (turançılıq-«panturanizm») birləşməsi ideyası ilə səsləşirdi. Bu baxımdan Hüseynzadənin “Osmanlı mərkəzli türkçülüyü-turançılığı” müdafiə etməsində iki əsas faktor: 1) siyasi-ideoloji; 2) mənəvi-mədəni türkçülük mühüm rol oynamışdır. Akçuranın təbrincə desək, İstanbulu islam və türk dünyasının siyasi və ideoloji mərkəzi kimi görən Hüseynzadə siyasətdə olduğu kimi, dil və ədəbiyyatda da, mərkəzi Osmanlı olmaq üzrə türkçülüyə, yəni osmanlı türkçülüyünə, hətta panturançılığa təkan verən ilk ziyalıdır.
Ə.Hüseynzadə siyasi-ideoloji mənada “osmanlı milləti”, “osmanlı millətçiliyi”ni deyil, mərkəzi İstanbul olan “osmanlı türkçülüyü”nü müdafiə etmişdir. Y.Akçura yazır: “Xüsusən “Füyuzat”da nəşr olunan məqalələrinin məzmun və biçimindən Hüseynzadə Əli bəyin türk, türkçü, hətta Osmanlıçı olduğuna dərhal qərar verilir. Bütün türklər arasında Osmanlı türkcəsinin yayılmasını, bütün türklərin ədəbi dilinin Osmanlı türkcəsi olmasını istəyir və özü yazılarını olduqca təmiz Osmanlı ədəbi türkcəsi ilə, o zamanlar İstanbulda mötəbər yeni ədəbiyyat cədidə üslubu ilə yazır. Siyasi cəhətdən Osmanlı dövlətini, Osmanlı türklüyünü müstəqil türklüyün nüvəsi sayır. Bu baxımdan, bütün türkülük məsələsində görüşü, “Üç tərzi-siyasət”in türkçülük fikrinə yaxın deməkdir”. 
Onun türkçülüyün siyasi-ideoloji nüvəsi kimi Türkiyəni görməsinə əsas səbəb o idi ki, digər Türk dövləti Qacarlar ingilislərin və rusların yarımvasalı olmaqla yanaşı, xeyli dərəcədə irançılqı adı altında farslaşdırılmış, eyni zamanda Quzey Azərbaycan, Tatarıstan, Başqırdıstan, Krım, Türküstan və başqaları isə Rusiyanın əsarəti altında idi. Bu anlamda Ə.Hüseynzadə haqlı olaraq hesab edirdi ki, hazırda yalnız siyasi və hüquqi cəhətdən müstəqil olan Türk dövləti türkçülüyü inkişaf etdirərək başqa Türk ellərini də öz ətrafında birləşdirə bilərdi. Onun fikrincə, yaxın zamanda isə türk-islam dünyasının oyanışı, inkişafı və yüksəlməsi Osmanlı dövləti, Osmanlı türklüyü ilə bağlı idi. O, inanırdı ki, məhz Türkiyə türkçülüyü bütün türklər üçün siyasi güc və ideoloji mərkəzə çevrilərsə bundan Çarlığın əsarəti altındakı Rusiya türkləri, o cümlədən Azərbaycan türkləri də qazanmış olacaqlar. Bu baxımdan müstəqil və ideoloji baxımdan daha çox təşkilatlanmış Osmanlı mərkəzli türkçülük bütün Türk milliyyətləri üçün mühüm rol oynaya bilər. Xüsusilə də, o, türkçülüyü ötən 60-70 il ərzində Qafqazda çar Rusiyasının ruslaşdırma, xristianlaşıdrma o cümlədən, Qacarlarda son dövrlərdə güclənən farslaşdırmaya qarşı irəli sürmüşdür. 
Bu bir daha göstərir ki, İslam-Türk dünyasının qurtuluşu üçün irəli sürülən milli-dini birlik (islamlıq və türklüyün vəhdətinə əsaslanan) ideologiyası baxımından Ə.Ağaoğlu Osmanlı mərkəzli  islamçılığa, Y.Akçura və Ə.Hüseynzadə Osmanlı mərkəzli türkçülüyə vermişdir. Bunu təsdiq edən Y.Akçuraya görə, o, hətta Azərbaycan türkləri arasında “mədəni və siyasi türkçülük hərəkatı”nın ilk yayıcısı olmuşdur. Bizcə, Hüseynzadə yeni dövrdə yalnız Aquzey zərbaycanda deyil, bütövlükdə Çarlıq Rusiyası və Osmanlıda da,  “mədəni və siyasi türkçülük hərəkatı”nın ilk yayıcısıdır. 
Bizcə də, Hüseynzadənin Osmanlı mərkəzli türkçülüyü, turançılığı bütün Türk-İslam dünyasının oyanışı və birliyi kimi görməsinə başlıca amil, başqa Türk xalqlarından fərqli olaraq onların siyasi müstəqilliyə və gücə sahib olmaları ilə bağlı olmuşdur. O hesab etmişdir ki, məhz Osmanlı mərkəzli türkçülük bütün Türk xalqları  üçün bir güc və ideoloji mərkəzə çevirildiyi təqdirdə başqa Türk elləri, uğur qazana bilərlər. Bu mənada bəzi müəlliflərin iddia etmələri ki, Ə.Hüseynzadə Osmanlı mərkəzli türkçülüklə digər Türk xalqlarını  osmanlıların içərisində əritməyə çalışmışdır fikri ilə razlaşmırıq. Bizcə, Ə.Hüseynzadənin “Osmanlı türkçülüyü”nü bütün türklüyün nüvəsi kimi götürməsi digər Türk xalqlarında, o cümləədn Azərbaycan türklərində mövcud olan türkçülüyünün ziddiyyəti kimi deyil, əksinə uzlaşdırıcı amili kimi baxmaq lazımdır. M.Ə.Rəsulzadə tamamilə doğru yazırdı ki, həmin dövrdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və onların həmfikirlərinin irəli sürdükləri Osmanlı mərkəzli Türk birliyi ideyası müstəmləkə altına düşmüş ayrı-ayrı Türk milliyyətlərində müstəqillik eşqi yaradaraq onları inqilabiləşdirmişdi: “Ancaq onlar ayrı-ayrılıqda qarşılarındakı yağıların çox böyük güclərinin qorxusundan azadlıqdan, müstəqillikdən söz belə açamazdılar. Bununla belə, onların kiçik ellər yox, ünlü tarixi, eləcə də gələcəyi olan çoxmilyonlu ulusun-millətin üzvləri olmalarını anlamaları, doğal-təbii olaraq ümidlərini artırıb, yüzilin yağısı ilə dönmədən döyüşməyə çağırırdı”.
Bu o deməkdir ki, Ə.Hüseynzadə həmin dövrdə ayrı-ayrı türk dövlətlərinin yaranması ideyasını çox müdafiə etməsə də, birmənalı şəkildə ona qarşı da olmamışdır. Sadəcə, Hüseynzadə dövrün reallıqlarından çıxış edərək yeganə müstəqil Türk dövləti olan Osmanlının timsalında türkçülüyü gücləndirməyə və möhkəmləndirməyə çalışır, bu yolda digər  Türk milliyyətlərinin ona dəstək verməsinin vacibliyini vurğulayırdı. Bu baxımdan o hesab edirdi ki, çar Rusiyasının əsarəti altında olan türk-tatar xalqları da, ilk növbədə Türkiyə türkçülüyünü müdafiə etməlidirlər. Fikrimizcə, türkçülük nəzəriyyəsi açısından bu mülahizə həmin dövr üçün, ən real və gerçəkçi baxış idi. Çünki son əsrlərdə qarışdırdıqları islamçılıqla türkçülyü bir-birindən ayırmağa başlayan milli mütəfəkkirlər, o cümlədən Ə.Hüseynzadə üçün türkçülük ruhunun parçalanması, yəni ayrı-ayrı milli-məhəlli türkçülüyə bölünməsi çox yad və uzaq bir hiss idi. Bu məsələləri çox doğru dəyərləndirən milli ideoloq Rəsulzadə yazırdı: “Panislamizmdən qurtulan türk ictimai-siyasi düşüncəsi birdən-birə indi çatdığı gerçək milli ideyaya o anda çata bilməzdi. Bu psixoloji baxımdan aydındır. Müharibə və ümumi təhlükə şəraitində islam birliyi  kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücünə malik bir şüar irəli sürməli idilər. Bu, ancaq milli birlik ola bilərdi: “Din birliyi çağı keçdi, indi tarixi uluslar-millətlər irəli aparır. Yaşasın, Dunaydan Altayadək Türk uluslarının birliyi!””. 
Türkçülükdən milli-məhəlli türkçülüyə keçid isə yalnız o zaman baş verdi ki, 1911-1913-cü illərdə Türkiyə Balkanlarda məğlub duruma düşdü, daha sonra 1-ci Dünya müharibəsindən məğlub çıxdı, bununla da, türkçülüyün nüvəsi olmaq gücünü xeyli dərəcədə  itirmiş oldu. Məhz bu hal türkçülükdə yeni bir dönəmin başlanğıcı oldu və bir çox türkçülər siyasi romantik-özəkçilik türkçülükdən (Türk birliyi-vahid Turan dövləti) xeyli dərəcədə uzaqlaşaraq, real milli-məhəlli türkçülüyə meyil göstərdilər. Doğrudur, Ə.Hüseynzadə bu halda da, daha çox Türkiyə mərkəzli Türk birliyi ideyasına sadiq qalmışdır. Ancaq bu, Hüseynzadənin milli-məhəlli türkçülük kimi Azərbaycan türkçülüyünü, onun nəticəsi olan Azərbaycan Cümhuriyyətini qəbul etməsinə heç də əngəl olmamışdır. 
Belə ki, 1918-ci ildə Türkiyə hökuməti tərəfindən Ə.Ağaoğlu ilə birlikdə milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi üçün Azərbaycana gələn Hüseynzadə yazırdı: “Hilali-Əhməriyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm”. O, yazırdı ki, Azərbaycan Türk dövlətini çiyin-çiyinə qoruyan Türkiyə və Azərbaycan türkləri bir-birlərini mükəmməl anlayırlar: “…Çünki Azərbaycan avam xalqı ilə Anadolu köylüsünün dili lap bir-birinin eynidir! Bir-birini anlamayanlarsa rus məktəblərində yetişib lisanları ruslaşmış olan Azərbaycan oxumuşları və İstanbulun seçilmişlər ailəsinə məxsus istilahlar işlədən şəxslərdir”. Azərbaycan və Türkiyə türklərinin bir-birinə qovuşmasını tarixi hadisə, təbii bir cərəyan kimi qəbul edən Hüseynzadənin fikrincə, hər iki türk millətinin bir-birinə qarışması ilə bütün türk milləti müasirləşmiş, güclənmiş və bütövlşəmiş olacaqdır. Belə ki, imperializm, nasiyonalizm və sosializm cərəyanlarının faciəli fəaliyyət mərkəzinə çevrilən Azərbaycan, Azərbaycan türkləri bu müxtəlif cərəyanların altında nə edəcəyini bilmədi, mühakiməsini itirdi. Ancaq Türkiyə türklərinin onların imdadına çatması ilə yalnız Azərbaycan deyil, həm də Türkiyə türkləri də xilas oldu.
Oxşar xəbərlər
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
27 Apr 2024 | 22:34
Ukrayna paytaxtına Belarusdan zərbə ediləcəyi barədə anons edilib
27 Apr 2024 | 22:18
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
27 Apr 2024 | 22:15
Hacıqabul sakinini gürzə sancıb
27 Apr 2024 | 22:12
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
27 Apr 2024 | 21:40
ABŞ Ukraynaya yardımı təsdiq edəndən sonra Rusiya yeni səfərbərliyə hazırlaşır?..
27 Apr 2024 | 21:38
"Ukrayna bütün torpaqlarını işğalçılardan azad edə biləcəkmi?" - ISW
27 Apr 2024 | 21:37
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
27 Apr 2024 | 21:32
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 20:54
Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
27 Apr 2024 | 20:33
Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!
27 Apr 2024 | 20:31
Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər
27 Apr 2024 | 20:26
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27 Apr 2024 | 20:25
"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"
27 Apr 2024 | 20:22
Namiq Hacıheydərli vəfat etdi – SON DƏQİQƏ / FOTO
27 Apr 2024 | 20:15
Cəlilabadda minik avtomobili yanıb
27 Apr 2024 | 19:59
Eynəyi cızıqlardan xilas edən TƏBİİ ÜSUL – FOTO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
GÜNLÜK
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 16:45
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
27 Apr 2024 | 16:31
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
27 Apr 2024 | 16:40
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 15:15
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI