“AZƏRBAYCAN” toponimi fars istilahı deyil...
Oxunub: 6079
17 Feb 2017 | 13:07
“AZƏRBAYCAN” toponimi fars istilahı deyil...
     
                                    
Azərbaycan toponiminin öyrənilməsi sahəsində aparılan etimoloji araşdırmalar cild-cild əsərlərin meydana çıxmasına səbəb olmuşdur. Tarixi-filoloji və etimoloji tədqiqatlarda aparıcı xətt təəssüf ki, “Azərbaycan” adının mənşəcə fars sözündən törəmə olduğunu kütləvi-ictimai şüurda sabitləşdirmişdir. Əlbəttə, Azərbaycan toponiminin müxtəlif şəkillənmələri elmi ədəbiyyatda çox yayğındır. Tədqiqatçı alimlər hələ də isbat edə bilmirlər ki, Kiçik Midiya və yaxud Midiya-Atropaten dövlət təşkilatının hökmdarının adı olan Atropat ismi hansı dil qanunları əsasında Atropatdan Azərbaycana dönmüşdür? Yalnız təqdim edilən elmi bilgi deyil, yalançı etimologiyanın əsas silahı olan söz oyunu bu dəyişməni Atropatendən Azərbaycana qədər gətirmək üçün Azərbaycan sözünün ərəblər tərəfindən deyilişini əsas göstərmişlər. Bu barədə 1950-ci illərin sonu, 1960-cı illərin əvvəlində nəşr edilmiş III cildlik “Azərbaycan tarxi”nin I cildində oxuyuruq ki, “Atropaten Azərbaycan adının elmə məlum olan adlarından ən qədimidir. Bu ad yunan mənbələrində göstərilmişdir. Sonralar onun şəkli dəyişərək iranlılarda Adərbadaqan, ermənilərdə Atərpataqan və Atrapataqan, ərəblərdə Adərbaycan və Azərbaycan formalarını almışdır. Həmin sözlər “Odlar ölkəsi” deməkdir”.
  
Ümumiyyətlə uzun illərin tarixşünaslığında Azərbaycan toponiminin izahı bu istiqamətdə aparılmışdır. Müəlliflər məhz bu sözlərin bu kimi şəkil dəyişmələrinin nə lnqvistik, nə tarixi, nə də etnoqrafik baxımdan əsaslandırmağın mümkün olmamasını bildikləri üçün ərəblərin Azərbaycan adlandırdıqları məkanı atəşpərəstliklə və od sözü ilə bağlayaraq məntiqi yekun yaratmağa çalışmışlar. Halbuki, bununla da aydın olmur ki, nə üçün ərəblər gördükləri və yaxud adını eşitdikləri məkanı öz dillərində işlənən, od mənası verən  “nar” və s. kimi sözlərlə deyil, eyni mənalı fars sözü olan “azər” sözü ilə adlandırmışlar. Sanki ərəblər öz dillərində yox, fars dilində danışmağı daha çox sevirmişlər. Eyni zamanda o da aydın olmur ki, Makedoniyalı İsgəndərlə işbirliyi içində olan Atropatın atəşpərəstliklə necə əlaqəsi ola bilərdi. Axı tarixçilərin yazdığına görə Makedoniyalı İskəndər on iki min inək dərisi üzərində yazılan “Avesta” əsərini özü yandırmışdı və atəşə sitayiş edənlərin aşkar düşməni idi.
  
Biz cüzi məntiqi müddəalar irəli sürdükcə aydın olur ki, Azərbaycan adının fars sözü ilə bağlanması siyasi sifariş nəticəsində meydana çıxmışdır. Bu adın bu şəkildə izahı  siyasi-ideoloji baxışların məqsədyönlü kompaniyası kimi elmi-kütləvi ədəbiyyata gətirilmişdir. Azərbaycan sözünü fars sözü kimi izah etməklə Azərbaycan ərazisində yaşayan türklərin Türkiyədən təcrid olunub İrana bağlanması və fars mənşəli olmasını əsaslandırmaq cəhdi kimi meydana gəlmişdir.
Çünki Rusiyanın apardığı siyasətin kökündə Azərbaycanın Türkiyəyə və başqa türk xalqlarına bağlılığının qarşısını almaq niyyətləri artıq hər kəsə bəllidir. Elə buna görə də Azərbaycan toponiminin mənasını dəqiqliklə ifadə edən mənbələrdən deyil, fars, ərəb, yunan, hətta erməni mənbələrindən istifadə olunmuşdur. Biz axı nə üçün özümüzün adını özümüzdən deyil, başqalarından öyrənməliyik? Əgər türkdilli qaynaqlara müraciət olunsaydı biz bütün dövrlərdə Azərbaycan adının düzgün izahı ilə rastlaşmış olardıq. Hətta türk düşüncəsini ifadə edən fars dilində yazılan əsərləri də etimoloji tədqiqatlara cəlb etmək istəməmişlər. Bu mənbələrdən biri tariximizdə, folklor və ədəbiyyatımızda, ümumtürk mədəniyyətində əvəzsiz yeri olan, XIII-XIV əsrlərdə Elxani hökmdarlarının vəziri və tarixçisi F.Rəşidəddinin yazdığı “Cəmi ət-təvarix” (tarixlər toplusu) əsərindən çıxarılmış oğuznamədir. Hətta XIII əsr də demək olar. Çünki XIV əsrin yalnız birinci onilliyi buraya daxildir. Bu əsərdə göstərilir ki, Oğuz xan Allah inancını missiya olaraq yayır və bu yolda qəzavat və fütuhatı ilə cahan dövləti qurur. Oğuz xanın gəldiyi məkanlardan biri də məhz Azərbaycandır. Rəşidəddin “oğuznamə”sindən oxuyuruq: “Onlar Azərbaycan vilayətini də tutdular. (Oğuz) öz xüsusi atlarını (yem üçün) Ucanın geniş və gözəl otlaqlarına buraxdı. Orada olduqları vaxt o əmr elədi ki, təpə yaratmaq üçün hərə ətəyində torpaq gətirsin və onu bir yerə töksün. Əvvəl o özü ətəyində torpaq gətirib tökdü.Bunu o özü etdiyi üçün bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular”.
   
F.Rəşidəddin Azərbaycan adının hansı tarixi şəraitdə yaranmasını izah etməklə qalmır, daha sonra Azərbaycan toponimini bu şəkildə izah edir:  “Azər” türkcə uca deməkdir, “bayqan” varlıların, böyüklərin yeri mənasını verir. (Bu ölkə belə adla tanındı və elə buna görə də bu gün Azərbaycan adlanır)” (   Rəşidəddin F. Oğuznamə / Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R.M.Şükürova. Bakı: Azərbaycan Dövlət NPB, 1992, 72 s. göstərilən mətn s.22)
  
Onu da qeyd edək ki, bu əsərin fars dilinə daha əvvəlki türkdilli orijinaldan alınıb tərcümə olunması da ehtimal olunur. Ancaq fars dilində olan, lakin türk xaqanından və onun soyundan, türk toplumundan bəhs edən bu əsərə qaynaq kimi yanaşmaq istəməmişlər. Çünki bu qaynaq Azərbaycan adının mənasına daha düzgün izah verir və bu ərazinin türk ərazisi olduğunu tarixi detallarla təsdiq edir. Məlumdur ki, Azərbaycan ərazisindəki türklər türk dillərinin qrup bölgüsünə görə oğuz türklərinə aid edilir. Bu barədə saysız-hesabsız qaynaqlar vardır. Elə burada da məhz Oğuz xanın bu ərazini Azərbaycan adlandırması daha real görünür. Çünki biz Oğuz soyunu yalnız dil baxımından deyil, həmçinin soy baxımından da ifadə edirik. Bunu bilmək üçün Azərbaycan ərazisində əcdadı Oğuz xan və onun nəvələriin adı ilə mövcud olan bir çox yer və soy adları mövcuddur. Oğuz, Bayat, Bəydili, Əfşar və s. toponim və etnonimlər buna misaldır. Soy yaddaşı, qan yaddaşı min illərlə bu adları türk ərazisində işlək dil faktoru olaraq leksikonumuzda saxlamışdır.
  
Azərbaycan adının qədim türk dilində, Oğuz dövründə uca mənasını verən “azər” sözü ilə bağlılığı həm də o baxımdan məntiqli görünür ki, burada həm azər adı, həm də “bayqan” sözü aydınlıqla izah olunur. Ancaq ərəblərin guya fars dilində işlətdikləri və s. mənbələrdə olan Azərbaycan adının izahında “azər” sözü od mənasında açıqlansa da, “baycan” sözünün nə anlama gəldiyinə dair heç nə deyilməmişdir. Elə bu da məhz bu adın düzgün izah olunmasında şübhə yaradır. Daha doğrusu bunun siyasi sifariş olduğu, nəyin bahasına olursa olsun, Azərbaycan adını türklərdən alıb, farslara bağlamaq cəhdi bütün çılpaqlığıyla ifşa olunur. Hətta türklərlə tarixi ədavəti uzun əsrlərə söykənən fars, yunan, erməni dillərindən Azərbaycan adının alınması yeganə qaynaq kimi göstərilir ki, bu da məkrli siyasətin türk xalqına qarşı aparılan şovinist mahiyyətini ortya qoyur.   Təəssüf ki, bu uyğunsuzluq illərlə kütləvi təbliğat yolu ilə toplumun şüruna yerləşdirilmişdir. Halbuki ortada türk adını izah edən türk xaqanının gonkret tarixi mənqəbəsi vardır. Təsəvvür edin ki, ortada konkret  qaynaq belə olduğu halda öz ismimizin türk olduğumuza baxmayaraq başqa dillərdən alınması nə qədər məntiqsiz görünür. Elə buna görə də yekun nəticəyə gəlməliyik ki, Azərbaycan toponimi fars istilahı deyil, qədim türk sözlüyüdür.


ATİF İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru                                                                                                              
                                                                      

Oxşar xəbərlər
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?